Yəhudi Evi Partiyası İsrailin müdafiə naziri vəzifəsinə Təhsil naziri Naftali Bennetin namizədliyini irəli sürə bilər.
Eurasia Diary xəbər verir ki, partiya bunu hazırkı hökumətin saxlanılması üçün əsas şərt olaraq irəli sürüb.
Qeyd edək ki, Liberman az öncə istefaya gedib. O, istefasına səbəb kimi hökumətin HƏMAS-la bağlı apardığı siyasəti dəstəkləməməsini göstərib.