ABŞ-ın “Vaşinqton Post” nəşri Səudiyyə tərəfinin jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı açıqlamalarının təəccüb doğurduğunu yazıb.
Eurasia Diary xəbər verir ki, bu barədə nəşr “Səudiyyə Ərəbistanının Camal Qaşıqçı cinayəti ilə bağlı açıqlamaları şokedicidir” başlıqlı məqalə dərc edib.
“Səudiyyə rejimi bu inanılmaz açıqlamaları verərək, tam hesab vermək çağırışı edən Konqres üzvləri də daxil olmaqla, hər kəsə açıq-aşkar meydan oxuyur. Tramp administrasiyası isə ləngitmə taktikasına əl atmağa hazır görsənir”, - yazıda deyilib.