Türkləri sevməyən dövlət məmuru istefa verdi | Eurasia Diary - ednews.net

19 Dekabr, Çərşənbə


Türkləri sevməyən dövlət məmuru istefa verdi

Dünya A- A A+

Bolqarıstanda türklərə qarşı millətçi çıxışları ilə tanınan baş nazirin müavini Valeri Simyonov istefa verib.

Eurasia Diary-nin məlumatın agörə, Bolqarıstan Milli Qurtuluş Cəbhəsinin (NFSB) lideri olan Simyonov bəyan edib ki, ona qarşı qaralama kampaniyası aparıldığından iqtidara yük olmaq istəmir.

Bolqarıstanda bir aydır əlil uşaqların anaları baş nazirin müavininə qarşı aksiyalar təşkil edirlər. Valeri Simyonovun əlil uşaq və onların anaları barədə sözləri ölkədə böyük qalmaqal yaradıb.

Valeri Simenov son parlament seçkilərində Türkiyədən Bolqarıstana səs vermək üçün gələn cütlüyün ünvanına da qarşı qeyri-etik ifadələr işlətmişdi. O, ölkədə türklər əleyhinə çıxışı ilə tanınır

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...