Azad Suriya Ordusunun tərkibindəki “Həmzə” briqadası Türkiyənin Fəratın şərqində əməliyyat keçirəcəyi halda birlikdə vuruşmaq üçün hazırlıqlar apardığını açıqlayıb.
Eurasia Diary-nin axar.az-a istinadən verdiyi xəbərə görə, bu barədə “Həmzə”nin komandirlərindən Seyf Əbu Bəkr danışıb.
“Bütün səylərimizlə Fəratın şərqinə hazırlaşırıq. ASO-nun hədəfi oradakı vətəndaşlarımızı terror zülmündən xilas etməkdir. Siyasi və hərbi cəhətdən Türkiyənin dəstəyilə o bölgələri də xilas edəcəyik”, - komandir bildirib.