Dünən saat 20:30 radələrində Artik-Gümrü yolunda, Ermənistanın Şirak vilayətinin Axuryan kənd sakini, 29 yaşlı Yura Apinyanın idarə etdiyi "Toyota" və Şirak vilayətinin Saralanc kənd sakini, 35 yaşlı Perc Papoyanın idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub.
Eurasia Diary "Shamshyan.com" saytına istinadən xəbər verir ki, "Opel" markalı avtomobilin sürücüsü P.Papoyan, onun sərnişini İrəvan sakini 44 yaşlı A.Papoyan və "Toyota" markalı avtomobilin sürücüsü Yura Apinyan müxtəlif bədən xəsarətləri ilə Artik xəstəxanasına təxliyyə ediliblər.
Məlumata görə, "Toyota" markalı avtomobilin sürücüsü 29 yaşlı Yura Apinyan Ermənistan Müdafiə Nazirliyinin mayor rütbəli hərbi qulluqçusudur.