Qərb kəşfiyyat orqanları İranın raket proqramını genişləndirməsi faktını aşkar edib.
Eurasia Diary xəbər verir ki, rəsmi Tehran raket sınaqlarının sayını artırıb, sınaqdan keçirilən raketlər isə Avropanı vurmaq qabiliyyətinə sahibdir.
Məlumata görə, İran raketlərin sınağı zamanı poliqon kimi Suriya ərazisindən istifadə edib. Cari il ərzində İran 7 orta mənzilli, 5 yaxın mənzilli, həmçinin qanadlı raketlərin sınağını həyata keçirib. Sınaqlar zamanı həmçinin “Şahab-3” raketlərinin istifadə olunduğu bildirilib.