Erməni mətbuatı İnqilab vəziyyəti dəyişmədi, rus özbaşınalığı davam edir

Dünya 16:37 18.12.2018
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan Gümrü sakini olan qadının öldürülməsində şübhəli bilinən rus hərbçinin erməni tərəfinə verildiyi yoxsa, rus hərbi bazasında saxlanıldığı barədə suala cavab verməkdən yayınıb. 
 
Eurasia Diary erməni KİV-lərinə istinadən xəbər verir ki, jurnalistlər baş prokurorluğun bu məsələyə aydınlıq gətirmədiyini və buna görə də MTX-nin mövqeyini bilmək istədiklərini desələr də, Vanetsyan qeyd edib ki, əgər prokurorluq bu sualı cavablandırmayıbsa, o da cavablandıra bilməz. 

“Qatilin milliyyəti, bu və ya digər peşəyə aidiyyati olmur. Qatil, elə qatil olaraq da qalır. O, istənilən halda müəyyən edilməli və cəzalandırılmalıdır”,- deyə Vanetsyan əlavə edib. 

Onun fikrincə, əgər cinayət Ermənistan ərazisində baş veribsə, o zaman cinayətkar Ermənistan məhkəməsi qarşısında cavab verməlidir. Direktorun fikirləri əvvəlcə müsbət qarşılansa da, o sonradan Rusiya tərəfinin məsuliyyətini yumşaltmağa çalışıb.

“Bu günə qədər adı gizli saxlanılan qatil rus hərbi bazasının təmsilçisidir və bazanın nüfuzuna xələl gətirir. Bundan başqa, əgər 2015-ci ilin faciəli hadisəsindən sonra rus hərbi bazası daxildəki özbaşınalığı aradan qaldırmayıbsa, deməli Rusiya Ermənistana işğalçı gözü ilə baxır. Yaxud Ermənistan qarşısında hesabat verməyə ehtiyac görmür.

2015-ci ildə Permyakov avetisyanlar ailəsinə qarşı qırğın törədərkən də Ermənistan hakimiyyəti vəziyyəti yumşaltmağa çalışırdı. Nəticədə guya formal olaraq Permyakov erməni ədalətinə verilsə də, əslində rus hərbi bazasında saxlanılmaqda davam edirdi. Bu isə araşdırma və istintaqın rus tərəfinin diktəsi üzrə aparılacağına əsas verirdi. Ermənistanda baş verən inqilab əslində heç bir şeyi dəyişməyib. Hətta İrəvana yeni narahatlıq doğuran hallar da daxil olub. İlk növbədə ehtimal olunan qalmaqalın seçki təbliğatına mane olmaması üçün cinayət himayə altında 9 gün gizlədilib. Məqsəd, hakim ittifaqın işinə və təbliğatına mane ola biləcək gündəliyin formalaşdırılmasının qarşısını almaqdan ibarət olub.

İkinci məsələ budur ki, cinayəti törədən hərbi qulluqçunun adı, vəzifəsi, saxlanma yeri naməlum qalır. Ermənistanın səlahiyyətli orqanları bu informasiyaların açıqlanmasını bir-birinin üzərinə atmaqla cəmiyyəti qeyri-müəyyənlik içində, Gümrü sakinləri baxımından eyni zamanda qorxu içində saxlayırlar. Hadisəyə hakimiyyət orqanları açıq siyasi qiymət verməyiblər, əksinə rus tərəfinin məsuliyyətinin yuyulmasına yönəlmiş açıqlamalar verirlər. 

Ən dəhşətlisi isə vətəndaş mövqeyinin nümayiş etdirilməməsidir. Ermənistan hakimiyyəti Moskva ilə onsuzda mövcud münasibətləri daha da kəskinləşdirməməyi qərara alıb. Bu isə ən azı bu sahədə inqilabın siyasi effektini şübhə altına alır. Bu, o deməkdir ki, rus-erməni münasibətlərində keyfiyyətcə heç bir şey dəyişməyib”, - deyə erməni mətbuatı Vanetsyanın timsalında Ermənistan hakimiyyətinin digər nümayəndələrinə cavab verib. 
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
Hamısı