Ermənistan rəhbəri Nikol Paşinyan yerli KİV-də yayılmış “Paşinyan iş görmək yerinə yemək yeyir” iddiasına cavab verib.
Eurasia Diary xəbər verir ki, o, iddiaya cavabında yeməklərdən xaşı çox sevdiyini bildirib.
Paşinyan açıqlamasında bildirib:
“Yeni Ermənistan hakimiyyəti Respublikaçı Partiyasından zəif deyil. Hətta, xaş alüdəçisidir”.
Qeyd edək ki, “Hraparak” qəzeti yayımladığı bir məqalədə Nikol Paşinyanın müxalifət və hökumət fraksiyalarının üzvlərini Eçmiədzindəki restoranlardan birinə xaş süfrəsi ətrafında birləşdirmək niyyətində olduğunu bildirib.
Paşinyan isə qəzetə verdiyi cavabnında belə deyib:
“Nəinki Ermənistan hakimiyyəti, bütün Ermənistan cəmiyyəti xaş ətrafında birləşə bilər. Belə təmaslar bir-birimizi yaxşı tanımağa imkan yaradır”.