Rusiya-Türkiyə Beynəlxalq Avtomobil Nəqliyyatı Komissiyası Soçidə toplantı keçirib.
Eurasia Diary xəbər verir ki, iki ölkə arasında RO-RO xəttinin yaradılması barədə razılıq əldə edilib.
Ötən gün baş tutan görüşdə 1988-ci il tarixli müqavilənin yenilənməsi üçün lazımi prosedurlar görülüb. Belə ki, ilk olaraq, Rusiya heyəti üç aylıq mərhələlərlə aktiv hala gələcək yük nəqliyyatı mexanizminə başlamağı təklif edib. Türkiyə nümayəndə heyəti isə Rusiyada icazələrin aylıq olaraq verildiyindən, bu təklifin hər iki tərəfə xeyir verəcəyini bildirib.