Ağrı unudulmaz, amma paylaşdıqca azalar.
Kult.az xəbər verir ki, bu sözləri türkiyəli məşhur müğənni İbrahim Tatlısəs şəxsi İnstaqram hesbında yazıb. O, anasının ölümünə görə başsağlığı verən hər kəsə təşəkkür edib:
“Bu gün canım anamın, Leyla sultanımın yeddisidir. Ağrı-acımızı mənimlə və ailəmlə paylaşan cənab prezidentimə, hökumət adamlarına, siyasət, incəsənət, media və iş dünyasından olan dəyərli dostlarıma təşəkkür edirəm. Cənazəmizə və başsağlığımıza Türkiyənin dörd bir tərəfindən, məmləkətim Şanlıurfadan hətta ölkə xaricindən gələn dəyərli dostlarıma, sevənlərimizə minnətdaram . Allah anam üçün etdiyiniz duaları qəbul etsin. Yaxşı ki, varsınız”.
Qeyd edək ki, bir müddət əvvəl sənətçinin anası dünyasını dəyişmişdi.