Ermənistanın eks-prezidenti Robert Köçəryanın böyük oğlu Sedrak çirkli pulların yuyulması və vergidən yayınmada ittiham olunub.
Eurasia Diary xəbər verir ki, bunu Sedrak Köçəryanın özü jurnalistlərə açıqlamasında deyib. O, ittihamı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin irəli sürdüyünü bildirib.
Sedrak ondan ölkəni tərk etməmək haqqında iltizam alındığını vurğulayıb.
Qeyd edək ki, bundan öncə Sedrak Köçəryan “Konqres” otelinin alınması işi üzrə Milli Təhlükəsizlik Xidmətində dindirilib.