Türkiyə Müdafiə Nazirliyi İŞİD-ə qarşı təşkil edilən əməliyyatlarla bağlı bəyanat yayıb.
Eurasia Diary xəbər verir ki, nazirlik bəyanatda TSQ-nin İŞİD-lə üz-üzə mübarizə aparan yeganə ordu olduğunu vurğulayıb:
”Digər ölkələr İŞİD-lə mübarizədə daha çox hava əməliyyatları təşkil etsələr də, Türkiyə ordusu terror qruplaşması ilə üz-üzə, göz-gözə döyüşüb. Bu sahədə ordumuz dünyada birinci və təkdir”.
Bəyanatda şanlı türk ordusunun İŞİD-ə vurduğu ağır zərbələrdən də bəhs olunub.