Alman əsgərlər yunan adasına bayraq sancdılar - Qalmaqal | Eurasia Diary - ednews.net

22 Aprel, Bazar ertəsi


Alman əsgərlər yunan adasına bayraq sancdılar - Qalmaqal

Dünya A- A A+

Yunanıstanın Krit adasında iki alman əsgər ölkəsinin dövlət bayrağını qaldırdığı üçün həbs edilib.

Eurasia Diary Teleqraf.com-a istinadən xəbər verir ki, alman əsgərlər adada yerləşən NATO-nun Sudas hərbi hissəsində xidmət edirmiş.

Əsgərlər qayalıqda Yunanıstan dövlət bayrağını endirərək Almaniya bayrağını qaldırıblar.

Adada insanların şikayətindən sonra əsgərlər saxlanılıb. Əsgərlər məhkəmədə bildiriblər ki, pis niyyətləri yoxdur, sadəcə mənzərə onların xoşuna gəldiyi üçün bayrağı ora asıblar.

Hər iki alman əsgəri təcili deportasiya edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...