Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin müşaviri İvan Aparşin yeni liderin hərbi doktrinasıyla bağlı sənədi jurnalistlərə verib.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Novoye vremya” saytı yayıb. Sənəddə yeni hökumətin Silahlı Qüvvələr üçün NATO standartlarına uyğun birləşmiş rəhbərlik yaradacağı vurğulanıb. Doktrinada həmçinin ordunun baş qərargah rəisi vəzifəsininin Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı vəzifəsindən ayrılacağı bildirilib.
Maliyyənin bölüşdürülməsinə gəlincə isə burada da NATO standartı tətbiq ediləcəyi qeyd edilib. Belə ki, orduya ayrılan vəsaitin 50%-i ordunun saxlanmasına, 30%-i silahlanmaya, 20%-i isə hazırlığa yönəldiləcəyi vurğulanıb. Bundan başqa “Ukroboronprom” konserni ölkənin hərbi-texniki siyasətini artıq formalaşdırmayacağını və bu işin icrasının yeni quruma tapşırılacağı söylənilib.