İran və Rusiya arasında Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı saziş imzalanır
Ednews xazrinews-a istinadən xəbər verir ki, ötən həftə Rusiya Dəmir Yolları baş direktorunun birinci müavini Sergey Pavlovla İranın Rusiyadakı səfiri Kazem Cəlali arasında görüş keçirilib.
Danışıqlar zamanı bu infrastruktur layihəsi üzrə müqavilənin imzalanmasının vacibliyinə toxunulub.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində nəqliyyat infrastrukturunun inkişafına da böyük diqqət yetirilmişdir.
Sergey Pavlov bu ilin birinci rübündə "Saraxs" və "İnçexborun" məntəqələri vasitəsilə Şərq tərəfin konteyner yük daşımalarının həcminin ötən illə müqayisədə 400 faiz artdığını qeyd edib.
Xəyal Ramiz