İranda 13-14 yaşlı qız uşaqları polis tərəfindən həbs edilib.
Ednews Azad İran teleqram kanalına istinadən xəbər verir ki, Tehran şəhərində məcburi hicab qaydalarına riayət etməyən yüzə yaxın qadın həbs edilib. Onların arasında 13-14 yaşlı qız uşaqları da olub.
İran Polis Qüvvələrinin Komandanlığı iddia edib ki, məcburi hicab qanunlarının tətbiqinin yeni mərhələsində polisin bütün səyləri qadınların təhlükəsizliyi və dincliyini təmin etməkdir. Ancaq bir çox vətəndaş sosial media hesablarında polis qüvvələrinin zorakılığı haqqında paylaşımlar ediblər.
Qeyd edək ki, Tehranın polis komandanlığı daha öncə məcburi hicab qaydaları ilə bağlı xəbərdarlıq edərək, sərt tədbirlər görəcəyini vurğulamışdı.
Oğuz