Son zamanlar bazar dəyərinin sürətlə azalması və işdən çıxarma planları ilə gündəmə gələn Teslanın Hindistana 2-3 milyard dollarlıq sərmayə qoymağa hazırlaşdığı bildirilib.
Ednews bloomberght-a istinadən xəbər verir ki, Tesla-nın baş direktoru Elon Musk gələn həftə Yeni Dehliyə səfəri zamanı Hindistanda yeni fabrik tikmək üçün 2-3 milyard dollarlıq investisiya planını açıqlamağa hazırlaşır.
Mask Hindistana səfəri çərçivəsində gələn bazar ertəsi Hindistanın baş naziri Narendra Modi ilə görüşəcək.
Mask, elektrikli avtomobil sənayesinin hələ başlanğıc mərhələsində olan dünyanın üçüncü ən böyük avtomobil bazarı olan Hindistan bazarına daxil olmaq planını açıqlayacaq.
Hindistanda hazırda kiçik, lakin böyüyən elektrik avtomobil bazarı yerli avtomobil istehsalçısı Tata Motors tərəfindən idarə olunur.
Xəyal Ramiz