İranda son 80 ilin inflyasiya rekordu qırılıb.
Ednews "Fararu” qəzetinə istinadən xəbər verib ki, İran prezidenti İbrahim Rəisinin seçki şüarlarına və ali rəhbər Əli Xameneyinin təkidlərinə baxmayaraq, ölkədə inflyasiya cilovlanmayıb, hazırkı hökumət dövründə 80 illik inflyasiya rekordu 52%-lə qırılıb.
Mərkəzi Bankın məlumatına görə, bundan öncə də inflyasiya rekordu İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin dövründə 49,4 faizlə olub. Qeyd olunub ki, 2023-cü ilin may ayında ölkədəki müxtəlif qurumlara inflyasiyanın və istehsal artımının cilovlanması üçün 10 göstəriş verilib.
Əkbər Novruz