Haqqımızda - ednews.net

12 Noyabr, Çərşənbə axşamı

BİZ KİMİK?

Müasir dünya terrorizm, müharibə, işsizlik, aclıq, vətəndaş qarşıdurmaları, iqlim dəyişikliyi və digər kimi problemlər əleyhinə mübarizə aparmaqdadır. Bu məsələlərlə bağlı ictimaiyyəti məlumatlandıran qlobal mediyanın rolu günü gündən artmaqdadır.

Bu anlamda, mediya insanların ehtiyaclarını keyfiyyətcə obyektiv və operativ xəbərlərlə tanış etmək üçün hazır olmalıdır. Başlıca olaraq, obyektiv mətbuat resurslarının məhdudluğu millətlər arasında bilik boşluğu və çaşqınlıq yaratmışdır.

Məqsədimiz Avrasiya məkanında belə bir KİV-in yaradılması və dünyada mövcud bu boşluğu doldurmaqdan ibarətdir. Beynəlxalq Avrasiya Mətbuat Fondunun Avrasiya regionunda başlıca istiqamətlərini nəzərə alaraq, hal-hazırda bu analitik informasiya portalının yaradılması lazımdır.

Portal sülhün və stabilliyin carçısı və ideya daşıyıcısı olacaqdır. Əsas vəzifəmiz geniş oxucu kütləsi qazanmaq imkanına malik, balanslaşdırılmış informasiya və təhlil verəcək və başlıca rol oynayacaq analitik informasiya portalının yaradılmasıdır.

Əsas funksiyalara həmçinin nəhəng Avrasiya məkanında sosial-iqtisadi və mədəni irsin daha yaxşı öyrənilməsi üçün doğru düşüncənin inkişaf etidirilməsinə yardım etmək məqsədi ilə regional reallıqların xarici ölkələrdə göstərilməsi də aiddir.

Avrasiya Gündəliyinin göstərəcəyi başlıca istiqamətlər aşağıdakılardır:

- Beynəlxalq qurumun gündəmi haqqında hadisələrlə bağlı lazımi informasiya və xəbərlərin toplanması və rəqəmsal yollarla oxucalara çatdırılması.

- Tanınmış və görkəmli məşhurlarla müsahibə. Xarici ekspertlərin fikirlərini öyrənmək və onlara müxtəlif mövzularla bağlı müzakirələr aparmaları üçün virtual arenalar vermək.

- Regional millətlərin maddi-mədəni dəyərlərin təbliği.



TƏSİSÇİ

Umud Mirzәyev
Umud Mirzәyev BAMF-ın rәhbәri, Beynәlxalq Mәtbuat İnstitutunun (BMİ) İdarә Heyәtinin üzvü vә Beynәlxalq Sülh Bürosunun (BSB) Ali Şurasının üzvüdür. O, hәmçinin, Azәrbaycan Mәtbuat Şurasının sәdr müavini vә Avrasiya Media Şәbәkәsinin tәsisçisidir.

 

Adel Dərviş – London bürosunun rəhbəri
Cənab Dərviş, Böyük Britaniya parlamentində qeydiyyatda olan xarici əlaqələr, xüsusilə Yaxın Şərq üzrə ixtisaslaşmış, siyasi mövzular üzrə şəhrlər verən məşhur britaniyalı jurnalistdir. O, peşakar karyerası müddətində Britaniyanın tanınmış "The Daily Mail”, "The Daily Telegraph”, "The Independent” və "The Times” nəşrlərində çalışıb, Yaxın Şərq üzrə xüsusi müxbir, siyasi icmalçı və redaktor vəzifələrini icra edib. Misir, Livan, Liviya, Sudan və İraq haqqında siyasi icmallar hazırlayan Adel Dərviş həm də bir çox məşhur dövlət başçısı, hökümət rəhbəri ilə müsahibələrə də imza atıb. Səddam Hüseyn, Müəmmar Qəddafi, Hafiz Əl Əsəd, o cümlədən İran və Səudiyyə hökümətlərinin yüksək çinli rəsmiləri ilə görüşüb, özəl müsahibələr alıb. Cənab Dərviş bu müsahibələrin əsasında hazırlanan 6 kitabın müəllifidir. Ona məşhurluq gətirən isə İran-İraq müharibəsi, İraqın Küveytə hücum etməsi və ABŞ-ın "Səhrada fırtına” əməliyyatı haqqında geniş bəhs olunan "The Edge of War” ("Müharibənin astanasında”) kitabıdır. Bu kitabın müqəddiməsini məhz həmin dövrdə ABŞ prezidenti olan ata Corc Buş yazıb. Adel Dərviş 2008-ci ildə jurnalistika fəaliyyəti ilə dünyada sülh və qarşılıqlı anlaşmaya verdiyi tövhələrinə görə beynəlxalq mükafata da layiq görülüb.

 

BAŞ REDAKTOR

Aqil Aslan
Aqil Aslan siyasət və parlament üzrə təcrübəli və tanınmış jurnalistdir. Beynəlxalq münasibətlər və hüquq üzrə mütəxəssisdir. Azərbaycan Parlament Jurnalistləri Birliyinin sədr müavinidir. Yerli və beynəlxalq media qurumları ilə geniş əlaqələrə malikdir.

 

Güngör Yavuzaslan Türkiyə Bürosunun Rəhbəri
Güngör Yavuzaslan İstanbulda yaşayan aparıcı jurnalistdir. O bir sıra tәdqiqat jurnalları vә digәr nәşrlәrin müәllifidir. Güngör Türkiyә vә Yaxın Şәrq İşlәri üzrә ekspertdir.

 

Basim Əl-Nadi Misir Bürosunun Rəhbəri
Basim Əl-Nadi müstәqil jurnalistdir, müxtәlif mәsәlәlәrә dair mәqalәlәr üzrә geniş tәcrübәyә malikdir. O, yerli vә beynәlxalq mәsәlәlәrlә mәşğul olur vә Yaxın Şәrq siyasәti üzrә ekspertdir.

 

Viktor Kaspruk – Ukrayna Bürosunun Rəhbəri
Viktor Kaspruk siyasi alim, analitik vә jurnalistdir. O, Ukrayna vә Beynәlxalq siyasәt mövzusunda 2300-dәn artıq mәqalәnin müәllifidir.

 

Serge Matsko – ABŞ Bürosunun Rəhbəri
Serge Matsko jurnalistika vә әdәbiyyat üzrә çox böyük tәcrübәyә malikdir vә beynәlxalq münasibәtlәr üzrә aparıcı analitikdir.

 

Maruan Yassir – Livan Bürosunun Rəhbəri
Mәrvan Yassir, Parlament namizәdlәrinin qәnatәbәxş seçiminә nail olmaq üçün Livanlı seçicilәrә yardım etmәk mәqsәdilә hazırlanan bukletlәrin müәllifi vә istehsalçısıdır.

 

Mustafa Nәcәfizadә – Əfqanıstan Bürosunun Rəhbəri
Mustafa Nәcәfizadә Şimali Əfqanıstanda Mәzari-Şәrif şәhәrindә yaşayan әfqanıstanlı jurnalistdir. O, yerli vә beynәlxalq mediaya Əfqanıstanın müxtәlif mәsәlәlәri ilә bağlı reportajlar hazırlamışdır.

 

Rita Ariani Widiadana – İndoneziya Bürosunun Rəhbəri
Rita Ariani Widiadana İndoneziyada geniş yayılmış ingilis dilli Jakarta Post qәzetinin yardımçı redaktorudur. O, jurnalistika üzrә çox böyük tәcrübәyә malikdir.

 

Ferdous Ahmad Bhuiyan – Banqladeş Bürosunun Rəhbəri
Ferdous Dәkkәdә akkreditasiya olunan veteran jurnalistdir. Banqladeşin aparıcı qәzetlәrindә 25 ildәn çox tәcrübәsi var. O milli vә beynәlxalq mәsәlәlәr üzrә ekspertdir.

 

Jerry Nelson – Cənubi Amerika Bürosunun Rəhbəri
Jerry Nelson Argentinada yaşayan fotojurnalistdir. Onun şәkillәri özündә güclü ismarıc vә informasiya ehtiva edir.

 

Racelma Kaci – Şimali Afrika Bürosunun Rəhbəri
Racelma Kaci aparıcı araşdırmaçı jurnalistdir vә Şimali Afrikada qәbilә rәhbәrlәri, zabitlәr, tәdbir tәşkilatçıları vә digәrlәri arasında etibarlı mәnbәlәrә malikdir.

 

Laura Pavesi – İtaliya Bürosunun Rəhbəri
Laura Pavesi İtaliyada yaşayan araşdırmaçı müxbir vә jurnalistdir. İnsan haqları vә mütәşәkkil cinayәtlәr daxil olmaqla müxtәlif mövzuları ingilis, fransız, ispan, alman vә italyan dillәrindә işıqlandırır.

 

Arison Tamfu – Mərkəzi Afrika Bölməsinin Rəhbəri
Arison Mәrkәzi Afrikada, Kamerunda fәaliyyәt göstәrәn çoxsaylı mükafatlar sahibi olan jurnalistdir. Jurnalistika sahәsindә on ildәn çox tәcrübәyә malikdir. Afrikada vә Cәnubi Amerikada keçirilәn әsas beynәlxalq tәdbirlәri işıqlandırıb.

 

Dimitris Papageorgiou – Birləşmiş Krallıq Bürosunun Rəhbəri
Dimitris 2010-cu ildәn jurnalist kimi fәaliyyәt göstәrir. Dimitris, hal-hazırda City Universitetindә Siyasi Kommunikasiya üzrә tәhsil aldığı London şәhәrindә yaşayır. O, siyasi vә araşdırmaçı reportajlar üzrә mütәxәssisdir.

 

Rafael Leal-Arcas – Birləşmiş Krallıqdan müstəqil ekspert
Rafael Leal-Arcas, Aİ Beynəlxalq İqtisadiyyat üzrə Hüquqi Proqramının Jan Mone Tribunasının rəhbəri, Avropa və Beynəlxalq İqtisadi Hüquq üzrə Professor və London Queen Mari Universitetinin Kommersiya Hüquqi Araşdırmaları Mərkəzinin müəllimidir. Rafael Leal-Arcas 6 kitabın və beynəlxalq dərəcəli jurnallarda dərc edilən 130-dan çox akademik yazının müəllifidir.