DƏYƏRLƏRİMİZ
Biz əminliklə inanırıq ki, sülh diplomatiya, dialoq, rabitə, danışıqlar, sülh sammitləri, arbitraj, vasitəçilik və qarşılıqlı etimad mühitinin formalaşdırılması kimi dinc və qeyri-zorakı üsullarla təmin edilə bilər.
Avrasiya Gündəliyi dünyanın siyasi cəhətdən dinamik və iddialı ölkələrinin bir çoxunun yerləşdiyi Avrasiya regionunda təsirə malikdir. Qlobal gücün bütün tarixi iddiaçıları bu regiondan çıxmışdır.
Avrasiya dünyanın ən böyük materikidir və malik olduğu güc dünyanın iqtisadi cəhətdən daha çox məhsuldar olduğu üç regiondan ikisi – Qərbi Avropa və Şərqi Asiya üzərində üstün təsirə malikdir.
Müasir dunyada medianın rolu və əhəmiyyəti inkaredilməzdir. Məlumdur ki, “Zorakılıq zorakılıq doğurar” və bəşəriyyət müharibə hücumlarından konstruktiv dialoq vasitəsi ilə qorunub mühafizə edilə bilər və bu yalnız insanların bir-biriləriylə qarşılıqlı müzakirələri vasitəsi ilə mümkün ola bilər ki, bunu da Avrasiya Gündəliyi təmin edəcək.