“Moskva-Bakı oxu” təkcə məmur və siyasətçilərin işi deyil. Bu, ilk növbədə bizim xalqlarımızın işidir.
Bunu “Moskva-Bakı oxu” konfransında çıxışı zamanı rusiyalı ideoloq Aleksandr Duqin söyləyib.
“Azərbaycan artıq əvvəlki kim deyil. Azərbaycan bu gün Cənubi Qafqaz pələngidir. İlham Əliyevin siyasəti buna əhəmiyyətli faydalar verib. Əgər əvvəllər Rusiya-Azərbaycan münasibətləri soyuq idisə, indi biz daha çox strateji tərəfdaş olmağa başlayırıq. Bakının beynəlxalq rolu artır. Hamımız bilirik ki, Azərbaycan Rusiya-Türkiyə konfliktinin həllində böyük rol oynayıb”, – deyə o bildirib.(axar.az)