Prezidentlərin görüşündən real nəticə gözləmirəm. Bunu Eurasia Diary-yə Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu prezidentlərin Cenevrə görüşünə münasibət bildirərkən deyib.
"Əgər həmsədrlərin fəaliyyətində bir dönüş yaranmayıbsa, Ermənistan hələ də Dağlı Qarabağ ətrafındakı rayonları boşaltmağa hazırlıq nümayiş etdirirsə, belə şəraitdə görüşdən heç bir nəticə gözləmirəm. Ola bilsin ki, həmsədrlər bölgədəki gərginliyi nisbətən azaltmaq üçün prezidentləri görüşdürüb fikir mübadiləsi aparmaq üçün bir təminat almağı məqsəd qoyublar"-deyə politoloq əlavə edib. Elxan Şahinoğlu nəticəsiz görüşlərin hər zaman bölgədə gərginliyi daha da artırdığını istisna etməyib: "Prezidentlərin görüşü nəticəsiz qalsa cəbhə bölgəsində vəziyyət daha da gərginləşə bilər”.