Doha sammiti neftin gələcək taleyini həll edə biləcəkmi? Gözləntilər və ehtimallar

Analitika 15:47 16.04.2016

ABŞ-da neftin kralı adlandırılan və xəsisliyi ilə milyonçular arasında iz qoyan Con Pol Qettinin məşhur bir deyimi var:

“Bərəkət istəyirsənsə, mərhəməti unut, maraqlarını güd – Tezdən oyan, çox işlə və neft çıxar!”

Red. Con Pol Qetti demək olar ki, hər şeyə qənaət edirdi. Öz villasında qonaqlarının danışıq pullarını ödəməmək üçün taksofonlar (ictimai telefonlar) quraşdırmışdı. 1973-cü ildə onun nəvəsi Con oğurlandıqda baba 17 milyon girov pulunu ödəməkdən imtina etmişdi. O, yalnız nəvəsi Conun kəsilmiş qulağı olan zərfi aldıqda ürəyində ona qarşı mərhəmət yarandı və bu halda da 17 milyon yox, cəmi 2.7 milyon ödədi.

Görünür, neftin kralı Qetti sabahkı Doha sammmitinə qatılsaydı fərqli proqnozlar irəli sürərdi.

Çünki sabah onun da çox sevdiyi  qara qızılın taleyi həll edilir…

Neftin dünya bazar qiyməti neft istehsal edən ölkələr üçün ən önəmli məsələlərdən biridir.  Son illərdə dünyada baş verən proseslər neftin qiymətinə də təsir göstərib. Belə ki, büdcəsi neft gəlirlərindən asılı olan ölkələrin iqtisadi göstəricilərində enişlər qeydə alınıb.

Dünya iqtisadiyyatının formalaşmasında mühüm rol oynayan neftin gələcək taleyi aprelin 17-də Dohada neft ixrac edən ölkələrin də iştirak etdiyi sammitdə həll ediləcək. OPEK üzvü olan və üzv olmayan 18 ölkənin energetika nazirləri və aidiyyəti dövlət qurumları başçılarının iştirakı ilə keçiriləcək sammitdə neft hasilatının 2016-cı ilin yanvar və ya fevral aylarının orta səviyyəsində dondurulması ilə bağlı qərarın qəbul edilməsi nəzərdə tutulur.

Dünyada neft hasilatının çox az faizini qarşılayan Azərbaycanı neft hasilatçılarının görüşündə energetika naziri Natiq Əliyev təmsil edəcək.

Qeyd edək ki, sabah keçiriləcək iclas 16 fevral 2016-cı il tarixində Doha şəhərində Qətər, Səudiyyə Ərəbistanı, Rusiya və Venesuela arasında baş tutmuş görüşün davamı kimi keçirilir. Həmin görüş zamanı ölkələr neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması ilə bağlı təklif irəli sürüb və digər neft ölkələrini də bu təklifə qoşulmağa çağırıblar.

Görüşdə iştirak edəcək ölkələrin iqtisadiyyatı neftdən, neft məhsullarından asılıdır. Neftin qiymətinin ucuz olması bu ölkələrin iqtisadiyyatına ciddi şəkildə təsir göstərir. İştirakçıların əsas məqsədi isə neftin bir barrelinin qiymətini 60 dollar ətrafında formalaşdırmaqdır.

Doha sammitində neft hasilatının 2016-ci il yanvar səviyyəsində dondurulması ilə bağlı açıqlamalar neftin qiymətinə təsiri danılmazdır.

Beynəlxalq ekspertlər hesab edir ki, neft hasilatının dondurulması heç də, hasilatın həcminin azalmasına səbəb olmur. Lakin, bu toplantı məhz iştirakçı ölkələr arasında ümumi razılıq əldə edilməsi baxımından xüsusi önəm daşıyır.

Azərbaycanın büdcəsində neft amilinin payı 65 faiz təşkil edir. Bu faizi nəzərə alanda Doha sammitinin Azərbaycan üçün də nə qədər önəmli olduğu anlaşılandır.

Proqnozlar…

Ekspertlərin fikrincə, neftin dünya bazarında qiyməti son həftələrdə artması, xüsusilə BRENT markalı neftin qiymətinin hər barrel üçün 45 dollaracan yüksəlməsi real nəticədir.

Bununla yanaşı, yanvar-fevral aylarında əsas neft hasilatçısı olan ölkələrin hasilatı tarixi rekord səviyyəyə kimi artırması Doha razılaşmasının neft qiymətlərinin kəskin yüksəlməsinə səbəb olmayacağı da güman edilir.

Müxtəlif ölkələrdən olan mütəxəssislər Doha sammitinin nəticələrinə nikbin ruhda yanaşırlar.

Birləşmiş Ştatların nüfuzlu “Bank of America Merrill Lynch” mərkəzinin də ekspertlərinin fikrincə, əgər neft ixrac edən ölkələr neftin ixracının dondurulması ilə bağlı vahid mövqeyə gələ bilməsələr, bu, neftin qiymətinin 40 dollardan aşağı düşməsinə səbəb olacaq. Onlar ehtiyat edirlər ki, Səudiyyə Ərəbistanı İranın neft bazarına dönüşünə cavab olaraq neftin ixracını artıra bilər. Bu da qiymətlərin 30 dollara kimi düşməsinə səbəb ola bilər.

Rusiya üçün də Qətər görüşünün mahiyyəti böyükdür. Çünki rublun dollara nisbətdə bahalaşması görüşün nəticələrindən asılı olacaq.

Belə ki, aprelin 12-də neft ixrac edən ölkələr - Səudiyyə Ərəbistanı və Rusiya qarşıdakı Doha görüşündə neftin istehsalının əvvəlki səviyyədə dondurulması barədə razılığa gəliblər. Rusiya Energetika Nazirliyinin nümayəndəsi Aleksandr Novak jurnalistlərə açıqlamasında hətta İranın iştirakı olmasa belə, neft ixrac edən ölkələrlə razılıq əldə ediləcəyinə optimist yanaşıldığını bildirib.

Səudiyyə Ərəbistanının ikinci vəliəhdi Salman əl-Sauda  “Əl-həyat” qəzetinə  verdiyi müsahibədə qeyd edib ki, onun ölkəsi neftin ixracını İranla birlikdə dondurmaq istəyir. Səudiyyənin neft naziri Əli əl-Naimi isə ölkəsində neftin istehsalının azaldılacağı imkanlarını tam şəkildə istisna edib. Bu mövzunu yaddan çıxartmağı tövsiyyə edib.

“Eurasia Diary”yə müsahibə verən iqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, Doha sammitindən gözləntilər yüksəkdir. “Sammitdə hasilatın  dondurulmasına dair əldə olunacaq razılıq dünya bazarında  qiymətlərin stabilləşməsinə gətirib çıxardacaq”.

Ekspertin fikrincə, neft ixrac edən ölkələrin yekdil razılığa gəlməməsi dünya bazarında neftin qiymətinin yenidən azalmasına yol açacaq.

Sammitin neftin dünya bazarında qiymətini müəyyənləşdirmək üçün stabillik yaradacağını bir daha qeyd edən iqtisadçı ekspert İranın tutduğu mövqeyə aydınlıq gətirib: “İran hasilatın 2016-ci ilin yanvar ayı səviyyəsində dondurulmasına maraq göstərmir və ixracatın 4 milyon barrelə çatdırıldaqdan sonra hasilatın  dondurulması ilə bağlı qərarı dəstəkləyəcəyini bildirir.  Əgər, İran bu qərarı qəbul edərsə,  1 barrel neftin dünya bazarında qiymətinin 50 dollara ətrafında bəqərar olmasına imkan yarada bilər. Əks halda,  razılıq əldə edilməyəcəksə azalmalar müşahidə ediləcək”.

Sözsüz ki, sammitin əldə etdiyi nəticələr dünya iqtisadiyyatına və siyasətinə də birbaşa təsir edəcək. Çünki neft dünya bazarında aparıcı yerlərdən birini tutur. 

Ekspert V.Bayramov  bildirib ki, siyasətə də neft ölkələrinin bir qismi fərqli cəbhələrdə olan ölkələr kimi qiymətləndirilir: “Neftin qiyməti artması dünya bazarında Rusiyanın və Venesuellanın  iqtisadi cəhətdən güclənməsinə gətirib çıxarda bilər. Qiymət dəyişməsə və aşağı düşərsə, sözügedən ölkələrin  iqtisadi baxımdan zəifləməsi prosesi sürətlənə bilər”.


Vüsalə Əlövsətqızı

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı