"Qorbaçov və ətrafı əmin idi ki, Qarabağda da Krım ssenarisi təkrarlanar" Sabiq prokuror

Analitika 22:43 28.02.2018

Qorbaçov və onun ətrafı Dağlıq Qarabağı Ermənistana verməyi qərara almışdı. Bunu Azərbaycanın məşhur vəkili, Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu ildə Sumqayıt hadisələri ilə bağlı keçirilmiş iclasında dövlət ittihamını müdafiə edən sabiq prokuror Aslan İsmayılov deyib.

Bu il 1988-ci ilin 27 və 29 fevral tarixlərində Azərbaycanın Sumqayıt şəhərində baş verən dəhşətli hadisələrdən 30 il keçir.

İsmayılovun sözlərinə görə, Sumqayıt hadisələrində 26 erməni və 6 azərbaycanlı ölüb. O, həmçinin qeyd edib ki, erməni əhali arasında qurbanların sayı daha çox ola bilərdi, əgər Sumqayıt sakini olan azərbaycanlılar öz həyatları ilə risk edərək dostlarını, qonşularını və sadəcə tanımadıqları erməniləri qatillərdən qorumasaydılar. 

"Həmin günlərdə öldürülən 6 azərbaycanlı erməniləri öz evində gizlədənlər idi və onlar bunun hesabını ödədilər" — deyə hüquqşünas bildirib.

Sumqayıt hadisələri planlaşdırılmış aksiya idi. Onun sözlərinə görə, bu aksiyada Ermənistanın xüsusi xidmət orqanları, Qərb, Mixail Qorbaçov və ətrafı, eləcə də SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi (KQB) iştirak etmişdi.

Vəkil qeyd edib ki, bu, Ermənistana bütün dünyaya azərbaycanlıların vəhşi olduğunu və Dağlıq Qarabağı zorla onlardan almaq istədiklərini təqdim etmək üçün lazım idi. Onların planına görə, beynəlxalq ictimaiyyət buna səssiz qalmalı idi və onlar bunu bacardılar" — deyə İsmayılov bildirib.

"Qərb də öz növbəsində SSRİ-nin parçalanmasını istəyirdi və buna nail oldu" — deyə İsmayılov əlavə edib. 

Onun sözlərinə görə, Qorbaçov və onun ətrafı Dağlıq Qarabağı Ermənistana vermək istəyirdi. Onlar bunu planlaşdırarkən elə hesab etmişdilər ki, onlarda da Nikita Xruşşovun 1964-cü ildə Krımı Ukraynaya verdiyi kimi Dağlıq Qarabağı da Ermənistana vermək alınacaq. Amma onlar bunu hesablamamışdılar ki, azərbaycanlılar onlara layiqli müqavimət göstərə biləcək.

"Qorbaçov erməni diasporunun Qərbdə onu bir dünya adamı kimi təqdim etməsində maraqlı idi. O, buna nail olmağı bacardı: nəticədə Qorbaçov Nobel sülh mükfatına layiq görüldü" — deyə Sputnik-in həmsöhbəti əlavə edib.

İsmayılovun sözlərinə görə, bu situasiya ilə bağlı SSRİ DTK-sının da öz baxışı vardı. Qorbaçov özünün yenidənqurması ilə güc strukturlarını, xüsusilə də DTK-nı zəiflətmişdi. DTK-ya yeni gərginlik ocaqları lazım idi ki, öz gücünü tətbiq etsin və göstərsin ki, xüsusi xidmətlər hələ də mövcuddur. Bu yolla onlar Qorbaçovun imicinə zərbə vurmağa çalışırdılar.

"Bu hadisələrdə yeganə zərərçəkmiş tərəf Azərbaycan idi. Azərbaycanlılar təkcə təxribatların qurbanı deyildi, həm də bütün dünyada rüsvay edilmişdi" — deyə vəkil əlavə edib. 

İsmayılovun dediyinə görə, o, dövlət ittihamçısı olaraq bu hadisələrin əsas təhrikçisi və təşkilatçısı Eduard Qriqoryana və onun "sağ əli" Vahid Hüseynova ölüm hökmü istəyib. Lakin yuxarının göstərişini yerinə yetirən hakim Qriqoryana cəmi 12 müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Sonra onu Ermənistana etap ediblər və tezliklə azalığa buraxıblar. O, bu gün də azadlıqdadır və Moskva yaxınlığında sakit həyatını yaşayır.

"Bütün bunlar ona görə baş vermiş və ağır nəticələr doğurmuşdu ki, Sumqayıt hadisələrinin təşviqatçıları əvvəla SSRİ-i rəhbərliyi, sonra isə xüsusi xidmət orqanları idi" — deyə Sputnik-in həmsöhbəti əlavə edib. (sputnik)

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı