Maraqların qanlı oyunu Darfur

Analitika 13:45 02.05.2016

Sudan sözü-ərəbcədən tərcümədə Bilyad ES-Sudan-qaralar ölkəsi mənasını verir.

EurasiaDiary © MÜTLƏQ hiperlinklə istinad olunmalıdır

Sudan ərazisinə görə Afrikanın 3-cü, dünyanın isə 16-cı ən böyük şəhəridir. Sudan Respublikası və ya Şimali Sudan  7 ölkə-Cənubi Sudan, Misir, Liviya, Çad, Mərkəzi Afrika Respublikası, Eritreya və Efiopiya ilə həmsərhəddir. Paytaxtı Xartum şəhəridir.

Bayrak    Arma

Şimali Sudanın dövlət rəmzləri

Sudan tarixi etnoqrafik vilayəti Şərqi və Qərbi Sudan rayonlarına bölünür. Şərqi Sudan Nil çayı hövzəsində geniş bir ərazidə yerləşir. Qədim Misirlilər bu torpaqları Nubiya və yaxud Kuş ölkəsi adlandırırdılar. 

Ölkənin ərazisi  2 milyon 505 min 810 km²-dir. Ərazisinin böyük hissəsi Şimali Afrikada yerləşir. Nil çayı ölkəni iki hissəyə ayırır, həmçinin Nil çayının qolları olan Ağ Nil və Mavi Nil ölkə ərazisində qovuşur. Ərazisi Nil çayı sahilləri istisna olmaqla əsasən səhralardan ibarətdir. Sudan şimal-şərqdən Qırmızı dənizlə sərhəddir .

Şimali Sudanın əhalisi 41 milyona yaxındır. Əsas din islam dinidir.

Xartum şəhəri

Sudan əhalisi rəngarəng etnik tərkibə malikdir. Ölkədə təxminən 134 dildə danışan xalq və tayfa yaşayır. Onların içərisində ən böyük saya malik etnik qrup ərəblərdir və onlar Sudan əhalisinin 51%-ni təşkil edirlər. Ərəb dillərində danışanların sayı 18 milyondan çoxdur. Rəsmi dil ərəb və ingilis dilidir.

Sudan əvvəllər ərəblərin, daha sonra Osmanlı imperiyası və Misirin işğalına məruz qalıb. 1899-cu ildə ingilislər buranı işğal edib və 1956-cı ildə Sudan müstəqilliyini qazanıb.

Afrikanın imperialist bölüşdürülməsinə qədər Sudanın bir çox xalqları yüksək mədəniyyət yaradıblar. Sudanın ərazisi əlverişli təbii coğrafi şəraitdə yerləşdiyindən burada kənd təsərrüfatı inkişaf edib. 

Sudanda Şimal-Cənub qarşıdurmasının tarixi XIX əsrdən başlayır. Sudanın dövlət müstəqilliyi elan edilən vaxt 1956-cı ildə ölkədə Şimal-Cənub qarşıdurması artıq başlamışdı. Uzun illər davam etmiş silahlı münaqişələr nəticəsində  2011-ci ildə Sudan 2 ölkəyə bölünüb: Şimalı Sudan və Cənubi  Sudan.

Hərbi əməliyyatların gedişində iki milyon sudanlı həlak olmuş təxminən dörd milyon nəfər qaçqın düşmüşdür.

Sudan neft ehtiyyatları ilə zəngindir və neft yataqlarının 82-95 faizi Cənub vilayətlərində yerləşir.Şimali və Cənubi sudanda neft gəlirlərinin bölüşdürülməsi üstündə mübahisələr baş verir. Ölkənin bir tərəfi münbit, digər tərəfi quraq şəraitdədir. Bütün bunlar Sudanda Darfur adlı münaqişə ocağının yaranmasına təkan verib.

Sudanın Darfur problemi

Darfur Xartum şəhərinin 1300 km qərbində yerləşən bir regiondur. Yerli və ərəb qəbilələrinin əsas məşğuliyyəti heyvandarlıq olan bu bölgədə su və otlaq ehtiyyatları qeyri-bərabərdir. Quraqlığın günü-gündən artması bu problemi daha da qabardıb. Nəticədə 2003-cü ildə  “Toro Boro” adlı bir qəbilə ilə Sudan hökumətinin təşkil etdiyi milis qüvvələri (janjavid) arasında toqquşmalar başlayır. Bu münaqişələrdə Darfur əhalisinin üçdə bir hissəsi, təxminən 2 milyonu yerindən didərgin düşür,  yüz minlərlə insan öldürülür. 1.5 milyon Darfurlu hal-hazırda da qaçqın düşərgələrində yaşayır.

Darfur soyqırımı

Sudan hökümətinə qarşı etnik təmizləmə, soyqırım törətmək adı ilə iddia qaldırılır və Beynəlxalq qaydalarla Sudan prezidenti Ömər əl-Bəşir barəsində Darfur Regionunda soyqırım, müharibə və insanlığa qarşı cinayət  törətmək maddəsi ilə həbs əmri çıxardılır.

Darfurda qaçqın düşərgəsi

Cənubi Sudan

Cənubi Sudanın ərazisi 600 min kvadrat kilometrdir, əhalisi təqribən 6-13 milyon nəfərdir.  Cənubi Sudanın əhalisinin əksəriyyəti Neqroid irqinə aid edilir və ənənəvi afrika animistik dinləri qəbul ediblər yada xristiandılar. Əhalinin əsasını nilotlar (dinkalar, nuerlər, azandelər, barilər, şilluklar) təşkil edir. Rəsmi dil ingilis dilidir.

Bayrak     Amblem

Paytaxtı Cuba şəhəridir. 2011-ci ildə Sudan Respublikası tərəfindən müstəqilliyi rəsmi tanınandan sonra müstəqillik qazanıb.

Uzun müddət Sudan ərazisi Misir-Britaniya qoşunlarının nəzarətində olub. Britaniya öz mövqelərini möhkəmlətmək üçün bu ərazilərdə  xristian və animist afrika qəbilələrini yerləşdirib və ölkənin şimalında yaşayan müsəlman qəbilələr arasında daim iğtişaşları gücləndirib. Ölkədə baş verən vətəndaş müharibələri nəticəsində iki milyon sudanlı həlak olub, təxminən dörd milyon nəfər qaçqın düşüb.

Cənubi Sudanlı uşaqlar 

Şimali Sudanla Cənubi Sudan arasında xarici qüvvələrin dəstəyi ilə daim müharibə qızışıb. Nəticədə referendum keçirilib. Amma nəticəsiz qalıb. Bir tərəfdən xarici qüvvələr ABŞ və Avropa,  digər tərəfdən daxili qüvvələr, köçəri tayfaların yeni sərhədləri tanımaması, qəbilələr arasında çəkişmələr bölgənin iki dinc dövlət kimi qurulmasına mane olur.

Cənubi Sudanın ayrılacağı təqdirdə Nil çayının suyunun bölüşdürülməsi məsələsi son dərəcə mühüm problem kimi meydana çıxacaq. 1959-cu ildə imzalanmış Misir-Sudan sazişinə uyğun olaraq, Nil çayının 90 faizindən bu iki dövlət istifadə edir. Cənubi Sudanın bu sazişi tanıyacağı şübhə doğurur. Digər tərəfdən, Nil çayı hövzəsinin ölkələri - Efiopiya, Keniya, Burundi, Konqo Demokratik Respublikası, Ruanda, Tanzaniya və Uqanda çayın su ehtiyatlarının bölüşdürülməsi haqqında mövcud razılaşmalara yenidən baxılmasında maraqlıdır. Artıq Efiopiya su kvotalarının yenidən müəyyənləşdirməyi təklif edib və ona ABŞ dəstək verir. Kvotalara yenidən baxılması Misiri pis vəziyyətdə qoya bilər. Hazırda Nil suyunun ildə 55,5 milyard kubmetrindən istifadə edən Misirin kvotanın azaldılacağı mübahisəli məsələdir.

Cənubi Sudan, Ağ Nil

Cənubi Sudanın ərazisi bataqlıq və meşələrlə zəngindir. Ərazidə Afrikaya məxsus heyvan və quş növləri yaşayır. Heyvanların böyük köçünün baş verdiyi regiondur.  Dünyanın ikinci ən böyük vəhşi təbiətinə malik olan ölkələrindən biridir. 

Ölkə ərazisində neft ehtiyyatlarının qeyri-bərabər paylanması, bəzi bölgələrin bölünməsində razılığın olmaması Sudanı dünyanın qaynar münaqişə ocaqlarından birinə çevirib. Şimalla cənub arasında baş verən müharibələrdən isə hər iki tərəfin əhalisi əziyyət çəkir. Ölkə iqtisadiyyatı zəifləyir. Mədəniyyətə ciddi ziyan dəyir.

Şimalla Cənub milli valyuta, vətəndaşlıq, təhlükəsizlik, indiyədək bağlanmış beynəlxalq müqavilələr və digər məsələləri həll etməlidirlər.

Sudanın referendumdan sonrakı vəziyyəti elə indidən narahatlıq doğurur. Gələcək proseslərin rəvan gedəcəyinə zəmanət vermək çox çətindir. Zorakılığın yenidən baş qaldıracağını istisna edilmir. Sudanın problemləri təkcə Cənubla bitmir. Ölkənin mərkəzində və şərqində separatçılıq meyilləri özünü göstərir. Ən böyük problem isə Darfurdur. Bu vilayətdə müsəlman ərəblərlə müsəlman qeyri-ərəblər arasında münaqişə ən gərgin həddə çatmışdır.

Sudanın yeni siyasi xəritəsi

Cənubi Sudan

Xartum şəhəri

Darfurda qaçqın düşərgələrindən biri

Cənubi Sudan əhalisi


"Eurasia Diary"

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı