"Bu əməliyyatlar böyük müharibəyə planlanmış addımlardır" Ekspert detalları açıqladı - ÖZƏL

Analitika 10:52 13.06.2018

Günnüt əməliyyatı Azərbaycanın 2016-cı il aprel döyüşlərindən bu günə qədər olan ən böyük hərbi əməliyyat idi. Bu əməliyyat nəticəsində 11000 hektara yaxın ərazi azad edildi. Ermənistan tərəfi ilk başda bu xəbəri təkzib etsə də, sonradan faktlar qarşısında qalaraq geri çəkildiklərini qəbul etdi. Lakin bu əməliyyat yalnız Günnüt kəndinin azad edilməsi kimi qiymətləndirilə bilməz. Ermənistan ordusunda yüksək rütbəli şəxslər tez-tez qeyd edirdilər ki, mümkün  müharibədə Ermənistan tərəfi böyük strateji mövqeyə sahib olacaq. Ordumuz Günnüt kəndini azad etməsi ilə bərabər sözü gedən ərazidəki strateji hədəfləri də ələ keçirdi ki, bu da gələcəkdə ola biləcək müharibə ehtimalında ordumuza böyük ölçüdə strateji üstünlük verəcək. Azərbaycanın son illərdəki 2 uğurlu əməliyyatına (Aprel döyüşləri və Günnüt əməliyyatı) fikir verdikdə görərik ki, hər iki əməliyyat strateji mövqelərin ələ keçirilməsi baxımından bir birinə bənzəyir. Bu birbaşa böyük müharibəyə planlanmış addımlardır. Əgər 3 il əvvələ qədər müharibə baş versə idi, Azərbaycan strateji olaraq zəif mövqedə olacaqdı. Lakin 2016-cı il aprel döyüşləri və bu ilin may ayındakı Günnüt əməliyyatı nəticəsində Azərbaycan bu geriliyi də aradan qaldırmış oldu. Artıq Ermənistan mövqeləri Azərbaycan ordusunun nəzarəti altındadır. Bir sözlə Günnüt əməliyyatı da Azərbaycanın gəkəcəkdə başlayacağı böyük müharibədə açar rolu oynayacaq. Bundan sonra Ermənistan tərəfi Dağlıq Qarabağ cəbhəsindən başqa Naxçıvan cəbhəsinə də böyük ölçüdə diqqət ayırmalı olacaq ki, bu da onların ordularının iki cəbhəyə bölünməsinə və orduda müəyyən boşluqlara gətirib çıxara bilər. Bu isə gələcəkdə baş verə biləcək müharibədə Azərbaycanın lehinə işləyəcək.

Bütün bunların fonunda Azərbaycanın arsenalında olan yeni silahları nümayiş elətdirməsi də, düşmən tərəfdə şok effekti yaratdı. Ermənistan tərəfi bu günə qədər arsenalında olan “İsgəndər” raketi ilə öyünür və Azərbaycanı hədəliyirdi (Silahın texniki göstəricilərinə görə). Azərbaycan yeni silahlarını nümayiş etdirdikdən sonra isə fərqli mənzərənin yaranacağı artıq bəllidir. Artıq Azərbaycanın əlində yüksək texniki göstəricilərə malik Belarus istehsalı “Polonez” və ən əsası İsrail istehsalı “LORA” Taktiki-Ballistik raket sistemləri Ermənistanın istənilən nöqtəsini yüksək dəqiqliklə məhv edə bilər. Sonda onu söyləmək lazımdır ki, Ermənistanın hərbi balansı bərpa etmək istəyi hələ uzun müddət istək olaraq qalacaq. Azərbaycanın son 1 ay müddətində gələcəkdə baş verəcək müharibənin taleyinə birbaşa təsir göstərəcək addımlar atması isə, düşməni daha konstruktiv mövqe sərgiləməyə vadar edəcək.

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Qadir Kazımov 

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı