Dünyanın ən yoxsul insanları dünyanın ən zəngin qitəsində yaşayır

Analitika 13:56 24.05.2016

Dünya əhalisinin 15%-ni məskunlaşdırır.

Yeraltı və yerüstü zənginlikləri baxımından isə dünyanın ən dəyərli bölgəsidir.

Dünyadakı qaz ehtiyatlarının 8%-inə malikdir. Qitədəki 45 ölkədə neft yataqları mövcuddur.

Dünyadakı kobaltın 57%-i, almazın 47%-i, manqanın 49%-i, fosfatın 31%-i, qızılın isə 21%-i bu qitədə yerləşir. Bundan əlavə, qitə hidroelektrik enerjisi, günəş enerjisi və geoistilik enerji baxımından da çox geniş potensiala malikdir.

Əkinçiliyə əlverişli əraziləri də olduqca çoxdur. Dünyanın bir çox ölkəsi bu qitədə torpaq icarəyə götürərək kənd təsərrüfatı ilə məşğul olur. Bütün bu xüsusiyyətləri ilə birlikdə Afrika ərazisinə görə dünyanın ikinci ən böyük qitəsidir.

Bu məlumatlar insana təbii olaraq Afrika qitəsinin ən zəngin ölkələr və insanlar diyarı olduğunu düşündürür. Ancaq vəziyyət tam əksinədir.

Afrika dünyanın ən yoxsul və ən az inkişaf etmiş qitəsidir.

Dünyadakı ən kasıb 49 ölkədən 34-ü Afrikadadır.

Qitə əhalisinin 40%-dən çoxunun gündəlik 1 dollardan az gəliri var. Üstəlik qitəyə vətəndaş müharibələri, terror, xəstəliklər, yoxsulluq və aclıq hakimdir.

BMT-nin məlumatlarına görə, 2010-2012-ci illər arasında Somalidə yarısından çoxu uşaq olmaqla 250 mindən çox insan acından ölüb. Qitədə inkişaf yox deyiləcək qədər aşağı səviyyədədir. Qadın və uşaq ölümləri də çoxdur.

Məsələn, 2013-cü ilin inkişaf indeksi göstəricilərinə görə axırıncı yerdə olan Nigeriyada körpələrin ölüm nisbəti 72,5%-dir. Bu nisbət dünya ortalamasının demək olar ki, iki mislidir. Bu ölkədə hər 100 min doğuşda 590 ana ölür.

Bəs qitənin bu qədər zəngin olmasına baxmayaraq, belə böyük yoxsulluğun səbəbi nədir?

İlk növbədə qeyd etmək lazımdır ki, qitə miqyasında sabit hakimiyyətə malik ölkə sayı olduqca azdır. Vətəndaş müharibələri, qəbilə münaqişələri yayılıb. Boko Haram, Əş-Şəbab kimi qruplaşmalar bir çox Afrika ölkəsində terror həyata keçirir. Bu da siyasi və sosial sabitliyin, inkişafın qarşısındakı böyük maneələrdəndir. Oxfam İnternational təşkilatının hazırladığı hesabata görə Afrikadakı xarici və daxili müharibələr Afrika ölkələrinin iqtisadiyyatını 15% azaldaraq qitəyə illik təqribən 20 milyard dollar zərər verir.

Hakim idarələrdə sui-istifadələr, insan hüquqları pozuntuları, korrupsiya çox geniş yayılıb. Bu vəziyyət qitədəki ölkələrdə inkişaf planlarının hazırlanıb həyata keçirilməsinin qarşısını alır. İnkişaf layihələrinə köçürülməli olan maliyyə mənbələri silah alınması üçün istifadə edilir və korrupsiya mənbəyi olur.

Ancaq hər şeydən əlavə, Afrikadakı yoxsulluğun arxasındakı ən böyük amil keçmiş Avropa müstəmləkə dövlətlərinin bu gün hələ də qitədəki hakimiyyətlərini fərqli üsullarla davam etdirməsidir. Bu neo-müstəmləkəçilər qədim imperiyalarının hakimiyyətləri üzərində qurduğu təzyiq, təhdid və sanksiyalarla bu ölkələrin neft, faydalı qazıntı, qızıl kimi təbii sərvətlərinin müəssisə və gəlirlərində böyük pay sahibi olurlar. Buradan əldə olunan gəlirləri də Avropadakı ölkələrinə aparırlar.

Afrikanı ideal bazar kimi görən qlobal silah sənayesi də bura gözünü dikib. Silah və hərbi sursat satışını artırmaq üçün regionda terror təşkilatları, əks və üsyançı qruplar vasitəsilə münaqişə və müharibələr daima qızışdırılır, ölkələrarası gərginliklər artırılır.

Mərkəzi İsveçdə yerləşən Stokholm Beynəlxalq Sülh Araşdırma İnstitutunun (SIPRI) hesabatı və BMT-nin məlumatlarına görə 2015-ci ildə Afrika ölkələri hərbi məqsədlə 39 milyard dollar həcmində pul xərcləyiblər. Eritreya, Somali və Sudan bura daxil deyil.

Son statistikalar Afrika ölkələrinin üçdə ikisinin silahlanmağı artırdığını göstərir.

Silahlanmağa ayırdığı büdcəni 8,8% artıran Əlcəzair 10 milyard dollarlıq xərci aşaraq silahlanmağa ən çox pul ayıran ölkədir. 2004-cü ildən etibarən Əlcəzairin silah xərclərində 176% artım olub. İkinci yerdə isə silahlanma büdcəsini 36% artıran Anqola gəlir. Sonra bunları 26%-lə Mərakeş, 6%-lə Sudan təqib edir. Səhraltı Afrika ölkələri isə qitədəki silahlanmanın 42%-ni təşkil edir.

Bu gün Afrikaya silah satışından ən böyük gəliri ABŞ, Çin, İngiltərə, Rusiya, Fransa, Almaniya, İsrail, Hindistan, İtaliya və İspaniya əldə edir.

Qəribə olan isə dünya sülhünü təmin etmək naminə BMT-nin Təhlükəsizlik Şurasında daimi üzv olan beş ölkə də (ABŞ, Çin, İngiltərə, Rusiya, Fransa) bunların arasındadır.

Əslində Afrikada aclığın, yoxsulluğun məğlub edilməsi, sülh və əmin-amanlığın təmin olunması üçün edilə biləcək şeylər elə də mürəkkəb deyil.

Həll yolunun ilkin mərhələsi kimi Afrikada münaqişələrin, qarşıdurmaların qarşısını alıb sabit və demokratik hökumətlər qurulmalı, xalqın hakimiyyət orqanlarında iştirakı artırılaraq monarxiya diktator rejimlərindən demokratik rejimlərə keçid təmin olunmalı, korrupsiyanın qarşısının alınması üçün lazımi hüquqi tədbirlər görülməlidir.

Bunun üçün BMT Baş Assambleyası çərçivəsində təkcə Afrika üçün fəaliyyət göstərən sülh və sabitlik masası yaradıla bilər. Masada başda Afrika millətlərinin və regionda marağı olmayan tərəfsiz dövlətlərin nümayəndələrinin iştirakı çox mühümdür. Axan qanı dayandıraraq, qitəni silah tacirlərinin əlindən xilas etmək bu masanın ən mühüm vəzifələrindən olmalıdır.

Həll yolunun ikinci mərhələsi kimi isə Afrika ölkələrinin təbii sərvətlərinin hasil və emalından gəlir əldə edən xarici dövlət və firmaların mənfəət payları ədalət meyarı baxımından tənzimlənməlidir. Yəni bir ölkədəki neft və ya hər hansı bir qiymətli faydalı qazıntını çıxarıb emal etməklə məsul olan xarici müəssisələrə bu xidmətin dəyəri və çıxardıqları miqdara görə ağlabatan nisbətdə pay ödənilməlidir. Xarici firma və ya təşkilatların çıxardıqları qiymətli yeraltı sərvətlərin çox böyük hissəsini özləri alıb o sərvətin həqiqi sahibi olan dövlətə və ölkə xalqına çox cüzi paylar ayıraraq onları yoxsulluq və səfalətə düçar etməyə qətiyyən imkan vermək olmaz.

Xülasə, yüzlərlə ildir başqa ölkələri zəngin edib özü həmişə yoxsulluq və səfalət içində olan bu qoca qitənin bu gün də hiyləgər və qapalı üsullarla istismar edilməsinə artıq son qoyulmalıdır. Afrikanın sahib olduğu dəyərlər və sərvətlər həqiqi sahibləri olan afrikalılara təhvil edilməlidir.

"Dailypost"

İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - VİDEO
14:44 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:40 09.05.2024
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
ABŞ səfiri: Amerika şirkətləri COP29-da maraqlıdır
14:27 09.05.2024
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
Lənkəranda əməliyyat keçirilib, 22 kiloqram narkotik aşkar olunub
14:20 09.05.2024
İcma: Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür
14:18 09.05.2024
Türkiyənin Müdafiə Nazirliyi: Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçirəcəyik
14:00 09.05.2024
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Hamısı