Koçaryan formulu Ermənilərin faciəsinə çevrilən düşüncə

Analitika 17:08 05.03.2021
Ermənistanın keçmiş prezidenti, "Qarabağ klanının" lideri, qatil Robert Koçaryan Rusiya KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib ki, Qarabağda ədalətsiz sülh yeni müharibəyə gətirib çıxaracaq. 
 
"Koçaryan “maraqlı” misal çəkib: “İkinci Dünya Müharibəsi də ədalətsiz Versal sülhünün nəticəsi idi”. Koçaryan fikrini belə davam edib ki, “əgər tərəflərdən hansısa biri müharibənin nəticəsi ilə razılaşmırsa, deməli yeni müharibəni gözləməlisən. Bu, əlverişli geopolitik şərtlər yarananda baş verəcək: “Azərbaycanda düşünürlərsə ki, Qarabağ problemini həll ediblər, bu, əslində əks məna kəsb edir. Baxmayaraq ki, üstün mövqedədirlər”. Koçaryanın bu açıqlaması nə deməkdir?
 
Birincisi, Ermənistanın müharibədə məğlubiyyəti Robert Koçaryanın "keçmiş şanlı tarixi" üzərindən yekə bir xətt çəkib və o bunu həzm edə bilmir. Koçaryan gəncliyindən 2020-ci ilin sentyabrın 27-ə qədər nəyin uğrunda mübarizə aparmışdısa, Azərbaycan ordusu erməni qatilinin bütün bu "mübarizəsini" sıfırladı. Koçaryan digər qatillərlə birgə Şuşanı, Laçını, Kəlbəcəri və Dağlıq Qarabağ ətrafındakı digər rayonlarımızı ona görə işğal etmişdi ki, "təhlükəsizlik zolağı" yaratsın və Dağlıq Qarabağın "müstəqilliyinə" nail olsun. "Təhlüksəzilik zolağının" ömrü 26 il sürdü və ortadan qaldırıldı, "müstəqllik" xülyası da puç oldu. Yəni Koçəryan nəyin uğrunda mübarizə aparmışdısa, savaşmışdısa, qətliamlar törətmişdisə - hamısı nəinki ermənilər üçün nəticəsiz qaldı, ermənilərin faciəsinə çevrildi. Ona görə də Koçaryan erməniləri yenidən "mübarizəyə" səsləməyə çalışır. Aydındır ki, Kaçaryandan "mən gərək belə etməzdim, səhv etmişəm" açıqlamasını eşitməyəcəkdik.
 
İkincisi, Robert Koçaryanın 10 noyabr bəyanatını Versal sülh müqaviləsi ilə müqayisəsi uğursuzdur. Bəli, Almaniya Birinci Dünya müharibəsinin nəticəsinə görə Versal sülh müqaviləsini imzalamağa məcbur idi və bu Almaniyada revanşist əhval-ruhiyyənin artması, faşistlərin hakimiyyətə gəlməsi – İkinci Dünya Müharibəsinin başlaması ilə nəticələndi. Koçaryanın müqayisəsi ona görə başdan ayağa qüsurludur ki, Ermənistan Almaniya deyil, qonşu ölkənin əhalisi azalır, Azərbaycanın və Türkiyənin əhalisi isə artır. Ermənistan hansı insani və texniki potensialı ilə bizdən “intiqam” almağa çalışacaq? Koçaryanın Versalla bağlı paralellər aparması həm də o deməkdir ki, Ermənistanda da keçmişdə Almaniyada olduğu kimi faşistlər hakimiyyətə gəlib Azərbaycana qarşı müharibəyə başlayacaq, qətliamlar törədəcək. Yenə də eyni sual gündəmə gəlir: Koçaryan Ermənistanda hakimiyyəti zəbt etsə belə hansı güclə Azərbaycana qarşı savaşacaq? İndi 1990-cı illər deyil, Azərbaycan da tək deyil, Türkiyə ilə hərbi ittifaq qurulub. Biz azad etdiyimiz ərazilərimizi göz bəbəyimiz kimi qoruyacağıq, Türkiyə də torpaqların yenidən işğalına imkan verməyəcək.
 
Buna baxmayaraq, Ermənistanda indi və gələcəkdə Robert Koçaryan kimilərin var olduğunu və var olacağını nəzərə alaraq Azərbaycan öz ordusunu daima gücləndirməli, modern hərbi texnika alınmalı və Türkiyə ilə hərbi ittifaqı daha da gücləndirilməlidir. Yəni əlimiz hər zaman tətikdə olmalıdır!"

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Niderland şahzadəsi əsgərliyə gedir
11:12 02.07.2025
"Xiaomi"nin elektrik avtomobili satış rekordları qırdı - 3 Dəqiqəyə 200 min sifariş....
10:57 02.07.2025
"BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi istefaya getməlidir"
10:42 02.07.2025
Süveyş körfəzində qazma qurğusu batıb
10:36 02.07.2025
“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”
10:27 02.07.2025
Özbəkistan Prezidenti Azərbaycana gəlir
10:21 02.07.2025
Fransa ordusu Seneqaldan çıxır
10:12 02.07.2025
"Rusiya və Azərbaycanın arasındakı dostluq münasibətlərini pozmaq istəyənlər var"
10:04 02.07.2025
"Cəmiyyətdə müsabət dəyişikliyə nail olmaq istəyiriksə,qadınları təhsilə cəlb etməliyik"
09:59 02.07.2025
"Google" külli miqdarda təzminat ödəyəcək
09:54 02.07.2025
"Qadınlarla bağlı planların həyata keçirməsində əsas problem maliyyədir"
09:44 02.07.2025
Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır
09:39 02.07.2025
ECO qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planlar hazırlayıb
09:27 02.07.2025
İsrailin zərbələri nəticəsində 100-dən çox fələstinli həlak olub
09:24 02.07.2025
"Qadının iqtisadi müstəqilliyi olmadan sosial və ictimai müstəqilliyi mümkün deyil"
09:17 02.07.2025
Klublarası dünya çempionatı: "Borussiya" "Real Madrid"lə görüşəcək
09:09 02.07.2025
PKK-nın tərksilah prosesi 10 gün ərzində baş tutacaq
08:54 02.07.2025
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
08:38 02.07.2025
Öldürülən qardaşlara işgəncə faktları təsdiqləndi
08:17 02.07.2025
Azərbaycan Polisi – 107 illik xidmət və fədakarlıq!
00:01 02.07.2025
"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Hamısı