Bitmiş münaqişə və bitməyən müdaxilə Lavrov status məsələsini niyə qaldırır?

Analitika 13:29 11.06.2021

Rusiya Xarici İşlər naziri Serqey Lavrov iyunun 7-8-də Moskvada keçirilən “Primakov qiraətləri” adlı beynəlxalq konfransda Rusiyanın beynəlxalq münasibətlərdə və regional münaqişələrdə rolu barədə çıxış edib.

Serqey Lavrov çıxışında digər münaqişələrlə yanaşı Dağlıq Qarabağ məsələsi, eləcədə Azərbaycan-Ermənistan sərhədində son zamanlar baş verən gərginliyə də toxunub. Baş diplomat Dağlıq Qarabağın statusu ilə bağlı suala cavablandırarkən qeyd edib ki, status məsələsi yalnız Ermənistan və Azərbaycan tərəfinin razılığı ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərin vasitəçiliyi ilə həll edilə bilər. Lakin onu da bildirib ki, status məsələsi hal-hazırda gündəmə daxil edilə bilməz və bu məsələ gələcəyə saxlanılmalıdır.

Lavrov status məsələsindən öncə bir sıra problemlərin həll olunmasının vacibliyini vurğulayıb. Həmin problemlər Ermənistan və Azərbaycan arasında sülhün təmin edilməsi, regionda humanitar məsələlərin həll olunması, hər iki dövlət arasında sərhədlərin demarkasiyası, kommunikasiyaların açılması, ən əsası erməni və Azərbaycan xalqlarının bircə yaşayışının təmin edilməsi ilə bağlıdır.

Lavrova görə, bu problemlər tam həll olunduqdan sonra Dağlıq Qarabağın status məsələsinə qayıtmaq olar.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında Dağlıq Qarabağın status məsələsinin heç bir halda müzakirə mövzusu olmadığını, Qarabağ münaqişəsinin həll olunduğunu və bu problemin artıq bitdiyini dəfələrlə qeyd edib.

Belə olan halda Rusiya xarici işlər naziri nəyə görə status məsələsini yenidən gündəmə gətirib? Status ilə bağlı bu açıqlama Azərbaycanın mövqeyinə zidd deyilmi? Baş diplomat çıxışında Bakıya və Yerevana hansı mesajları vermək istəyib?

Eurasia Diary bu məsələnin aydınlaşdırılması üçün Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri və beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəylidən şərh alıb.

   

Məsələyə toxunan Əziz Əlibəyli ilkin olaraq qeyd edib ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra Dağlıq Qarabağın status məsələsini yenidən gündəmə gətirmək mənasızdır.

“Azərbaycanın müzəffər ordusunun qələbəsindən sonra Dağlıq Qarabağın status məsələsi artıq gündəmə gələ bilməz. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi artıq bərpa edilib. Prezidentimiz  çıxışlarında dəfələrlə qeyd edib ki, Dağlıq Qarabağ ifadəsi artıq yoxdur və status məsələsi müzakirə mövzusu ola bilməz. Bu baxımdan məsələyə münasibət bu cür olmalıdır” – deyə Əlibəyli bildirib.

“Həmçinin Prezident anlayır ki, Rusiya, Azərbaycan və Ermənistan tərəfindən imzalanan 10 noyabr və 11 yanvar razılaşmalarının nəticələrinə təsir etmək üçün erməni tərəfi və prosesdən faydalanan digər qüvvələr status məsələsindən istifadə edə bilərlər. Ölkə rəhbərimiz heç bir halda buna imkan verməməyə çalışır” - deyə əlavə edib.

Əziz Əlibəylinin fikrinə görə,  Serqey Lavrovun Qarabağla bağlı çıxışını müsbət xarakterizə etmək olar. Lakin ekspert Lavrovun status açıqlamasını Rusiyanın bu regiona təsir imkanlarının olması mesajı ilə əlaqələndirib: “Lavrovun Qarabağla bağlı çıxışında kommunikasiyaların açılması məsələsinə toxunması müsbət haldır. Lakin baş diplomatın status ilə bağlı açıqlaması Moskvanın Ermənistana və Azərbaycana ciddi təsir imkanlarının olduğunu göstərir. Serqey Lavrov Azərbaycana mesaj verməklə bildirmək istəyir ki, Moskva istənilən vaxt Dağlıq Qarabağın status məsələsini yenidən gündəmə gətirə bilər. Ermənistana gəlincə isə Rusiya Yerevanın könlünü almaq üçün status məsələsini hərdən dilə gətirir” – deyə ekspert qeyd edib.

Əlibəyli onu da əlavə edib ki, Moskva Dağlıq Qarabağın status məsələsini labüd hesab edir və bu məsələni gec-tez gündəmə gətirə bilər.

Bununla bərabər ekspert Ermənistan və Azərbaycan arasında sülhün təmin olunması, hər iki dövlət arasında sərhədlərin demarkasiyası və hər iki xalqın birgə yaşayışı üçün atılacaq addımları müsbət proses hesab edib. Bu proseslərin Azərbaycanın mənafeyinə xidmət edəcəyini vurğulayıb.

Ekspert Rusiyanın bu proseslərin təmin olunmasında rolunu da vacib amil hesab  edib: “Fikir verirsinizsə, Ermənistan və Azərbaycan arasında hal-hazırda gedən proseslərin kökündə Rusiya amili dayanıb.  Bu proseslərdə başqa dövlətlərin, o cümlədən Türkiyənin təsirinin az və ya ümumiyyətlə olmadığını görürük. Kreml proseslərə başqa güclərin müdaxilə etməməsi üçün əlindən gəlini edir. Bu da regionun yalnız Moskvanın maraq dairəsinə daxil olması anlamına gəlir”.

“Yaxın zamanlarda Brüsseldə dövlət səviyyəsində bir sıra önəmli görüşlər keçiriləcək. Buraya Bayden-Putin və Bayden-Ərdoğan görüşləri də daxildir. Brüssel görüşündən sonra Ərdoğanın Bakıya və oradan isə Şuşaya səfəri gözlənilir. Bu səfərində Ərdoğan önəmli mesajlar verəcək. Ona görə də, Moskva bu prosesləri diqqətdən izləyir. Belə mesajlar verməklə regionda öz varlığını göstərir” – deyə ekspert fikrini tamamlayıb.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Niderland şahzadəsi əsgərliyə gedir
11:12 02.07.2025
"Xiaomi"nin elektrik avtomobili satış rekordları qırdı - 3 Dəqiqəyə 200 min sifariş....
10:57 02.07.2025
"BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi istefaya getməlidir"
10:42 02.07.2025
Süveyş körfəzində qazma qurğusu batıb
10:36 02.07.2025
“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”
10:27 02.07.2025
Özbəkistan Prezidenti Azərbaycana gəlir
10:21 02.07.2025
Fransa ordusu Seneqaldan çıxır
10:12 02.07.2025
"Rusiya və Azərbaycanın arasındakı dostluq münasibətlərini pozmaq istəyənlər var"
10:04 02.07.2025
"Cəmiyyətdə müsabət dəyişikliyə nail olmaq istəyiriksə,qadınları təhsilə cəlb etməliyik"
09:59 02.07.2025
"Google" külli miqdarda təzminat ödəyəcək
09:54 02.07.2025
"Qadınlarla bağlı planların həyata keçirməsində əsas problem maliyyədir"
09:44 02.07.2025
Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır
09:39 02.07.2025
ECO qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planlar hazırlayıb
09:27 02.07.2025
İsrailin zərbələri nəticəsində 100-dən çox fələstinli həlak olub
09:24 02.07.2025
"Qadının iqtisadi müstəqilliyi olmadan sosial və ictimai müstəqilliyi mümkün deyil"
09:17 02.07.2025
Klublarası dünya çempionatı: "Borussiya" "Real Madrid"lə görüşəcək
09:09 02.07.2025
PKK-nın tərksilah prosesi 10 gün ərzində baş tutacaq
08:54 02.07.2025
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
08:38 02.07.2025
Öldürülən qardaşlara işgəncə faktları təsdiqləndi
08:17 02.07.2025
Azərbaycan Polisi – 107 illik xidmət və fədakarlıq!
00:01 02.07.2025
"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Hamısı