F-35-lər yenidən gündəmdə ABŞ Türkiyə qarşısında sözünü tutacaqmı?

Analitika 16:23 10.01.2022

F-35 təyyarələri ilə bağlı sövdələşmə artıq uzun zamandır ki, Türkiyə və ABŞ arasında qapanmamış məsələ kimi qalmaqdadır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2019-cu ildə Rusiyaya məxsus S-400 hava hücumundan müdafiə sistemini almaq qərarını verdiyinə görə, ABŞ Türkiyəni F-35 proqramından xaric edib. Hələ üstəlik, ortada Türkiyə tərəfindən ödənən 1.4 milyard dollar pul havada qalıb. Hətta alternativ vasitə – F-35-lərin F-16-la əvəzlənməsi barədə Ərdoğanla ABŞ prezidenti Cozef Bayden arasında ilkin razılaşma olsa da, məsələ növbəti dəfə ABŞ Konqresi tərəfindən çək-çevirə salınaraq həll edilməmiş qalıb. 

Ötən həftənin şənbə günü Türkiyənin Müdafiə naziri Hulusi Akar bəyanat verərək F-35-lərin alınması ilə bağlı tərəflər arasında danışıqların davam etdiyini bildirib. O, qeyd edib ki, Türkiyə tərəfi ABŞ rəsmiləri ilə yaxın günlərdə Amerikada görüş keçirməyi planlayıb.    

Türkiyə Müdafiə naziri həm də S-400-lərin alışının səbəbi ilə bağlı da açıqlama verib. Nazir Akar həmin qurğuların NATO-nun aparıcı üzvlərindən olan Türkiyə üçün son dərəcə əhəmiyyətindən bəhs edib və bunun Rusiyadan başqa ikinci bir əldən alınmasının mümkünsüz olduğunu vurğulayıb.    

ABŞ Rusiya ilə aralarındakı ziddiyyətindən dolayı Türkiyə kimi güclü bir NATO üzvünü 5-ci nəsil F-35 proqramından məhrum etməklə yanaşı, hətta Türkiyənin müdafiə sənayesinə bəzi sanksiyalar tətbiq edib. ABŞ rəsmilərinin rəyinə gəlincə, məsələnin birdəfəlik həllində sanki Türkiyəni yola vermək istədikləri də özünü büruzə verir. 

Bu tip fikirlər daha çox Konqresin istəkləri ilə uzlaşsa da, alacağını öncədən ödəyən Türkiyə tərəfi bazarlıq qərarında israrlılıq nümayiş etdirir və heç bir narahatlıq keçirmədən ABŞ-ın gec və ya tez borcunu ödəyəcəyini əmin bir şəkildə bəyan edir.     

Bəs görəsən ABŞ bu dəfə də danışıqlarda yayınmağa çalışacaq? Bu dəfə Baydenin, yoxsa Konqresin sözü ötəcək? 

Görüş öncəsi sual doğuran bəzi məsələlərlə bağlı Kocaəli Universitetinin professoru, siyasi analitik İrfan Kaya Ülgər EDNews.net-ə açıqlama verib. 

May be an image of one or more people

 “Türkiyə ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın tarixi 1946-cı ilə təsadüf edir. 1952-ci ildə Türkiyə NATO-ya daxil olanda bu sahədəki inkişaf daha da sürətləndi və Soyuq Müharibədən sonra problem meydana gəlmədi.

Ümumi fərziyyələrə görə ABŞ-ın Türkiyəyə qarşı ittihamları onun S-400-lə bağlı qərarından sonra başladı. ABŞ bir növ Türkiyəni onun hərbi müdafiə ehtiyaclarına və tələblərinə saymamazlıqda günahlandırdı. Türkiyə təxminən 2002-ci ildə birgə istehsalına qərar verilən F-35 döyüş təyyarəsi sisteminə daxil edilmişdi. Lakin bu qərar 2019-cu ildən sonra dəyişdi. Arada isə uzun bir zaman məsafəsinin olması bəllidir. Daha sonra Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməyə başladı. Ümumiyyətlə, hesab edirəm ki, Türkiyənin F-35 proqramında çıxarılması təkcə S-400-lə bağlı deyil. Burada digər bir məsələ Türkiyənin NATO üzvü olduğu halda, onun hərbi sahədə irəliləyişini istəməyən Konqresidir”.

Professor İrfan Kaya Konqresin qərarı ilə bağlı məsələyə bir qədər də aydınlıq gətirib.  

“ABŞ administrasiyasında belə bir sistem mövcuddur. Əgər administrasiyanın müdafiə ilə bağlı bir sahədə irəliləyişdə könlü yoxdursa, Konqresə veto qoyur. Onlar hökumət olaraq bununla bağlı addımların atılması fikrində olduqlarını, lakin qanunverici orqanın buna razı olmadığını bildirirlər. Bu, həmişə istifadə edilən bir üsul olaraq diqqət çəkir. 

Bu gün Bayden də bunu Konqres qarşısında edə bilər. Lakin mən düşünmürəm ki, Bayden administrasiyasının buna könüldən istəyi ola. Çünki ABŞ idarəetmə sistemində bu dəqiqə böyük bir Ərdoğan fobiyası mövcuddur. Digər narahatlıq isə İsraildən qaynaqlanır. ABŞ-dakı yəhudi lobbisi də bununla bağlı səy göstərir və Türkiyə əleyhinə kampaniya aparır. Bu səbəbdən də görünür ki, ABŞ administrasiyası məsələni uzadacaq və Konqresin münasibətindən asılı olaraq yekun qərarı müəyyən edəcək”.

Siyasi analitik həmçinin ABŞ-ın Türkiyə silah sənayesi üzərinə qoyduğu sanksiyalara da toxunub. O, ABŞ-ın bu sanksiyaları geri götürməsi ilə bağlı fikir bildirib. 

“ABŞ əgər həqiqətən də S-400-ə görə Türkiyəyə sanksiya tətbiq edibsə, o zaman həmin sistemin digər NATO üzvlərində olduğu barədə açıq misal çəkə bilərəm. Məsələn, Yunanıstan, Bolqarıstan və Slovakiyada S-300 sistemi mövcuddur. Bu o demək deyil ki, ABŞ onlara da sanksiya tətbiq etməlidir? 

Türkiyənin S-400 alması sırf milli müdafiə ehtiyacları ilə bağlıdır. ABŞ bu məsələdə həssaslıq göstərdiyi və “Patriot” raketləri vermədiyi üçün bu boşluq münasibətlərin daha da kəskinləşməsinə yol açdı.

Bütün bu məsələlərin hazırkı mərhələdə yenidən müzakirəyə ehtiyacının olduğu görünür. Yəni bir tərəfdən ABŞ Türkiyənin F-35 döyüş təyyarələri proqramına qayıtmasını tələb edir, digər tərəfdən isə bu sahədə irəliləyiş əldə olunarsa, “Patriot” üçün danışıqların aparıla biləcəyi bildirilir. Burada problemli Konqresidir. Konqresin razılaşdırılmış məsələlərdə veto kartından istifadə etməsi mümkündür. Digər tərəfdən, ABŞ administrasiyası Ərdoğanın Yaxın Şərq siyasətindən narahatdır. Bütün bu məsələlərin gündəmdə qalması və 2022-ci il ərzində müzakirə olunacağı gözlənilir. Belə görünür ki, Co Bayden və Ərdoğan arasında buzları qırmaq və dialoq qurmaq Tramp dövründəkindən daha çətin olacaq”.

Elnur Ənvəroğlu 

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı