"Sumqayıt hadisələri Qarabağın işğalına siyasi don geyindirmək üçün lazım idi" Millət vəkili

Analitika 18:04 28.02.2022
Bu gün Sumqayıt hadisələrindən 34 il ötür.
 
1988-ci il fevralın sonlarında Rusiya KQB-si tərəfindən hazırlanan, etnik ermənilərin əli ilə törədilən “Sumqayıt poqromları” Qarabağ münaqişəsində açar rol oynadı. Sumqayıt hadisələrindən sonra azərbaycanlıların Xankəndindən boşaldılmasına başlanıldı.
 
Lakin 34 il keçməsinə baxmayaraq, cinayətin təşkilatçıları və icraçıları hələ də cəzasız qalıb.
 
Həmin dövrdə hadisələrin şahidi olan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Ednews-a açıqlama zamanı bildirib ki, Sumqayıt hadisələri sonradan məhkəmə prosesində də meydana çıxdığı kimi əsasən xaricdə işlənib-hazırlanmış təxribatın tərkib hissəsi idi.
 
 
“Burada, o cümlədən erməni əsilli vətəndaşların da iştirakı məhkəmə istintaqı ilə sübuta yetirilmişdi. 1987-ci ilin ikinci yarısı və 1988-ci ilin əvvəllərində Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası və onlara qarşı terror başlandı. Şübhəsiz, bu hadisələr özündə xalqlar və ayrı-ayrı etnik mənsubiyyəti olan insanlar arasında vəziyyəti də gərginləşdirməyə xidmət edirdi”.
 
P. Hüseynin sözlərinə görə, Sumqayıt hadisələrindən sonra həm keçmiş SSRİ ərazisi, həm də bütün dünyada o vaxt çox qüdrətli olan erməni diasporunun fəaliyyəti başladı və Qarabağın Azərbaycandan ayrılması və digər Azərbaycan torpaqlarına da iddia irəli sürülməsi üçün əsas kimi ciddi bir şəkildə xalqımıza qarşı istifadə olunmağa cəhd göstərildi.
 
“Sumqayıt hadisələri erməniçiliyin, erməni terrorunun Azərbaycana və Azərbaycan xalqına qarşı cinayətlər törətməsi, Qarabağ məsələsinin o dövrdə qloballaşdırılması və bu yolla onun Azərbaycandan ayrılmasına nail olmaq üçün həyata keçirdiyi əməliyyatın, planın tərkib hissəsi olub”. 
 
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov isə qeyd edib ki, Sumqayıt hadisələri əslində dağılmaqda olan Sovet imperiyasının törətdiyi bir cinayət idi.
 
 
“Bu, eyni zamanda Sovet dövlətinin erməni maraqlarına xidmət edərək Azərbaycan torpaqlarını, Qarabağ ərazisini işğal etmək niyyətinin mühüm tərkib hissəsi idi və onu həyata keçirmək üçün müəyyən siyasi don geyindirmək lazım idi. Azərbaycanlıların ermənilərə qarşı çox düşmən mövqedə olduğu ovqatını formalaşdırmaq lazım idi. Bu səbəbdən də bu, o zaman Rusiya Dövlət Təhlükəsizlik Komitəsinin birbaşa iştirakı və işğalçı Ermənistan dövləti ilə birgə törətdiyi bir cinayət aksiyası idi".
 
Deputatın sözlərinə görə, Sumqayıt hadisələrinin tədqiqatı göstərdi ki, ona məqsədyönlü və planlı şəkildə hazırlaşıblar.
 
“Ermənilərin həmin dövrdə şəhəri tərk etməsi halları özünü göstərirdi. Artıq şəhərin ayrı-ayrı binalarında xüsusi qurğuların quraşdırılması və çəkilişlərin aparılması baş verirdi. Deməli məqsədyönlü şəkildə Sumqayıt qırğınına hazırlıq prosesi gedirdi və bu, birbaşa SSRİ dövlət təhlükəsizlik xidməti mərkəzinin əli və birbaşa təşkilatçılığı ilə həyata keçirilirdi. Sumqayıt hadisələrində 32 nəfər qətlə yetirildi, onlardan 6 nəfəri azərbaycanlı idi. Məlum oldu ki, bu cinayət aksiyasında SSRİ Təhlükəsizlik Komitəsi Eduard Qriqoryan adlı erməni mənşəli şəxsdən istifadə edib. Eyni zamanda onların erməni qadınlarına qarşı təcavüz faktları qeydə alınıb. Sonradan erməni qadınlar dindirmələr zamanı həmin Qriqoryanı tanıyıb və onlara qarşı təcavüz aktını törədənin məhz onun olduğunu təsdiqləmişdilər. Bütün bunlar Qarabağda ermənilərin iğtişaşları başlaması üçün lazım idi. Sumqayıt hadisələri birbaşa Sovet rəhbərliyinin erməni separatçıları ilə birgə təxribatının nəticəsi idi və Qarabağın Azərbaycandan qoparılması mənafeyinə xidmət göstərirdi”.
 
Gülnar Səlimova
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı