İranlı polkovnikin qətlində yatan gizli mesajlar Molla rejiminə göndərilən ismarıclar yoxsa sifarişli ölüm? - SƏBƏBLƏR

Analitika 16:20 24.05.2022

Son günlər İranda ardıcıl olaraq hərbçilərin qətlləri ölkə gündəmində böyük rezonans doğurub. Edilən şərhlərdə İranın ali rütbəli zabitlərinin rejim tərəfindən qətlə yetirilməsi haqqında iddialar isə beyinlərdə bir çox müəmmalı sualların yaranmasına səbəb olub. 

Hətta ötən gün paytaxt Tehranda öz evinin qarşısında, avtomobilində naməlum şəxs tərəfindən atəş açılaraq öldürülən polkovnik Həsən Seyyid Xodainin ölümü general Qasım Süleymaninin qətli ilə müqayisə edilir.  Bu zaman iki sual meydana gəlir: görəsən rejim bunu nəyə görə edir? Bu ölkədə idarəçi qüvvə olan molla rejimi tərəfindən ötürülən bir mesajdır, yoxsa rejimin ona mane olan ünsürləri siyasi meydandan  təmizləmək üçün apardığı bir kadr təmizliyidir?     

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltanın fikrincə baş verən hadisə İran rejiminə qarşı ciddi bir siqnaldır. O Ednews-a açıqlamasında bildirib ki, bu il ərzində artıq ölkədə baş verən 3-cü hadisədir. 

Sədrəddin Soltan arşivleri – Azad Şuşa

“İran İnqilab Keşikçiləri Qvardiyasının polkovniki Həsən Səyyad Xodainin qətlə yetirilməsi İran hakimiyyəti üçün çox ciddi siqnalların olduğunu göstərir. Ümumiyyətlə, aprelin sonu, mayın əvvəllərində İranda İnqilab Keşikçiləri Qvardiyasının zabitlərinin öldürülməsi kimi bir neçə oxşar hadisələr baş verib. Məsələn, aprelin 22-23-də İİKQ-nın Sistan-Bəluçustan ərazisindəki bölməsinin komandanı general Hüseyn Almasinin olduğu avtomobilə naməlum bir şəxs tərəfindən atəş açıb, nəticədə mühafizəçi Mahmud Əbsalam hadisə yerində ölüb. Digər oxşar bir hadisədə SEPAH-ın zabiti Müslim Tağızadə mayın 13-də naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib. Xodainin qətli artıq ictimaiyyətə məlum olan 3-cü hadisədir. 

Politoloq bu hadisədə rejimin əlinin olması faktını inkar edib. 

“Mən inanmıram ki, bu hadisədə birbaşa dövlətin və ya bilavasitə Xamneyinin əli olsun. Bu tip hadisələr bir qədər gec açılır. Düzdür, İran hakimiyyəti daxilində cəsusluq hadisələri hər zaman baş verib. Lakin bu tip hadisədə xarici kəşfiyyatdan daha çox müxalif tərəflərin əlinin olması ehtimalı özünü daha çox göstərir. Bu həm də hakimiyyət daxilində xaos və çaş-başlıq salmaq niyyəti və bir növ mövcud hakimiyyətə mesaj vermək mənasına da gələ bilər”. 

Sədrəddin Soltan şərhində İraqda öldürülən general Qasım Süleymani ilə Həsən Xodainin oxşar qətlləri ilə bağlı fərziyyələrə də fikir bildirib. 

“Bəli, bəzi şərhlərdə Qasım Süleymaninin Xamnei tərəfindən sifarişlə öldürüldüyü deyilsə də, bu ehtimal öz təsdiqini tapmayıb. Həsən Xodai ilə Qasım Süleymaninin qətlində bir-birinə yaxın məqamlar olsa da bunu birbaşa rejimlə bağlamaq qeyri-peşəkarlıq olardı. Çünki Qasım Süleymaninin qətlinin bombardman nəticəsində olduğunu ABŞ özü təsdiq edib. Hadisə hələ yeni baş verdiyi üçün Həsən Xodainin qətlinin kimlər tərəfindən törədilməsi faktı hələ ki, öz təsdiqini tapmayıb. Güman edirəm bu da yaxında üzə çıxacaq”.      

Bundan əlavə Sədrəddin Soltan qətllərlə bağlı İran hakimiyyətinin ciddi tədbir görməməsi və rejimin səriştəsiz adlandırılması iddiaları ilə bağlı da fikir bildirib. O, İran hakimiyyətinə qarşı müxalifətin daha sərt addımlar ata biləcəyini və bununla bir siqnal verdiyini deyib. 

“Həsən Xodainin qətlində hökumətin səriştəsizliyi iddiasını tamamilə inkar edirəm. Bu cür hadisələr tarixdə istər ABŞ, istər Misir, istərsə də digər ölkələrin hökumət daxilində baş verib. Bu, az öncə qeyd etdiyim kimi hökumətə bir siqnal kimi qiymətləndirilə bilər. Iran hakimiyyətini sevməyən Bəluçustan əyalətindəki silahlı dəstələr, PKK-nın İrandakı qolu və sair kimi çoxsaylı müxalif qüvvələr mövcuddur. Faktlar öz təsdiqini tapmayınca, burada konkret bir tərəfi günahlandırmaq mümkün deyil. Sadəcə, deyə bilərəm ki, bu hadisə hakimiyyət üçün ciddi bir xəbərdarlıq mesajıdır”.

Elnur Ənvəroğlu 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Niderland şahzadəsi əsgərliyə gedir
11:12 02.07.2025
"Xiaomi"nin elektrik avtomobili satış rekordları qırdı - 3 Dəqiqəyə 200 min sifariş....
10:57 02.07.2025
"BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi istefaya getməlidir"
10:42 02.07.2025
Süveyş körfəzində qazma qurğusu batıb
10:36 02.07.2025
“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”
10:27 02.07.2025
Özbəkistan Prezidenti Azərbaycana gəlir
10:21 02.07.2025
Fransa ordusu Seneqaldan çıxır
10:12 02.07.2025
"Rusiya və Azərbaycanın arasındakı dostluq münasibətlərini pozmaq istəyənlər var"
10:04 02.07.2025
"Cəmiyyətdə müsabət dəyişikliyə nail olmaq istəyiriksə,qadınları təhsilə cəlb etməliyik"
09:59 02.07.2025
"Google" külli miqdarda təzminat ödəyəcək
09:54 02.07.2025
"Qadınlarla bağlı planların həyata keçirməsində əsas problem maliyyədir"
09:44 02.07.2025
Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır
09:39 02.07.2025
ECO qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planlar hazırlayıb
09:27 02.07.2025
İsrailin zərbələri nəticəsində 100-dən çox fələstinli həlak olub
09:24 02.07.2025
"Qadının iqtisadi müstəqilliyi olmadan sosial və ictimai müstəqilliyi mümkün deyil"
09:17 02.07.2025
Klublarası dünya çempionatı: "Borussiya" "Real Madrid"lə görüşəcək
09:09 02.07.2025
PKK-nın tərksilah prosesi 10 gün ərzində baş tutacaq
08:54 02.07.2025
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
08:38 02.07.2025
Öldürülən qardaşlara işgəncə faktları təsdiqləndi
08:17 02.07.2025
Azərbaycan Polisi – 107 illik xidmət və fədakarlıq!
00:01 02.07.2025
"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Hamısı