Liviyada 5 ay əsirlikdə qalan yeddi misirlinin acı həyat hekayəsi eksklüziv

Analitika 11:45 11.10.2016

Liviyada misirlilərin zorla saxlanılması ilə bağlı hələ qələmə alınmayan növbəti son  hekayələrdən biri belədir. Bu dəfə yeddi misirli fəhlə  doğma yurdlarına - Minya vilayətinin Səmalut bölgəsində yerləşən Suba kəndinə  qayıtdıqdan sonra, 5 ay müddədində Liviyada silahlıların caynaqlarında yaşadıqları cəhənnəm həyatı barədə ətraflı danışıblar.

“5 ay

Əvvəlcə Liviyadan qayıdanlardan biri olan Xələf Məhəmməd Şətyəvi danışıb: “Beş aydan artıq bir müddət ərzində Liviya həbsxanalarında cəhənnəmi öz gözlərimlə gördüm. Misrata şəhərində silahlı milislər bizim bütün şəxsi əşyalarımızı, həyatımız boyu zorla topladığımız qiymətli şeylərimizi, hətta mobil telefonlarımızı belə əlimizdən aldıqdan sonra bizi döyür, ağır əzablar verirdilər. İşgəncələr ardıcıl olaraq elektrik şoku, qamçı zərbəsi və təhqir şəklində davam edirdi, bəzən bizi casus olub kəşfiyyata xidmətdə, bəzən də “İŞİD” üzvü olmaqda ittiham edirdilər.

“Zərbə və təhqir”

Şətyəvi qeyd edib ki, “Misirdəki yaxınlarımızla istər Xarici İşlər Nazirliyi, istərsə də Minya vilayəti idarəsi xəttilə bütün əlaqələrimiz kəsilmişdi. Söyüş və zərbələrin davamında iki gün üçün bizə verilən bir tikə quru çörəklə kifayətlənməyə məcbur idik. Bütün bu əzab və əziyyətə bir parça çörək qazanmaq üçün bura gələn misirli fəhlə olduğumuza görə məruz qalırdıq”.

“Saxlanma anı”

İşgəncələrə məruz qalmış digər misirli Vəlid Fərəhat Subi deyib ki, ailəsini, övladlarını qoyub bir il yarımdan artıq bir müddət ərzində Livayada bir tikə çörək qazanmaq xatirinə qalmışdı: “Bir mikroavtobus bizi atəş xəttinə yönələn bir yolla apardı. Misrata ordusu deyilən silahlı milislər bizi həbs edib, şəhər həbsxanasına saldılar və 26 gündən artıq bir müddət ərzində orada saxladılar. Bundan sonra bizi Liviya ordusunun Hərbi Hava Qüvvələri məktəbinin həbsxanasına köçürdülər. Bir müddət də burda qaldıq. Zərbələrin, təhqirlərin, vaxtaşırı sorğu-sualın arası kəsilmirdi, bizi 24 saatdan artıq vaxt ərzində ac və susuz saxlayırdılar və sonra yenidən işgəncələr, təhqirlər və söyüşlər başlayırdı”.

O, daha sonra deyib: “Bizim haqqımızda qanunsuz immiqrasiya protokolu tərtib edib, Misrata aeroportundan Liviya təyyarəsilə Bürcülərəb hava limanına gətirdilər. Liviyada bizi tutanda  nəyimiz vardı, hər şeyi- pul, pal-paltar, telefonları əlimizdən aldılar”.

 “Biz bir şey bilmirik”

Qayıdanlardan digəri Xalidin bacısı deyib: “Dəfələrlə Misir Xarici İşlər Nazirliyinə müraciət etdik. Hər dəfə bizi katib səviyyəli bir adamla görüşdürüb deyirdilər ki, biz hələ bir şey bilmirik. Liviyalılarla əlaqəyə girib, onların harada olmasını öyrənərik”.

“Elektroşok və qamçı”

Liviyadan qayıdanlardan biri olan Məhrus Cümə Bərəkət bunları açıqlayıb: “Bizim bədənimizdə qamçı və elektroşokla verilən işgəncələrin izi hələ də qalmaqdadır. Bu cür işgəncəni heç yerdə görməmişdim. Dörd ay yarım həbsxanada qaldıq. Buna qədər il yarım orada  evlənmək üçün pul yığa bilim deyə,  işlədim. Amma taleyin hökmü belə oldu. Mikroavtobusun sürücüsü bizim cəbhə  xəttinə yaxınlaşmağımızın səbəbkarı oldu. Əvvəlcə bizi Təmimə həbsxanasına saldılar, sonra heç bilmədik haraya köçürdülər. Bizi İskəndəriyyənin Bürcülərəb aeroportuna gətirənə qədər həbsxanada qaldıq ”.

“Quru çörək”

Zülmə məruz qalanlardan biri olan Nəcah Camal Tuni deyir: “Kədər və həsrət bizi öldürmədən ata-anamı  görməyi arzulayırdım.  Kaş ki, Misir höküməti gənclər üçün ölkə daxilində iş yerləri açaydı, öz əlimizlə, özümüzü Liviya torpağında bir tikə çörək xatirinə təhlükə altında qoymazdıq”.

Nəbil Həfzi Seyyid gənclərə bu məsləhəti verdi: “Misirdə qalıb quru çörək yeyin, amma Liviyaya getməyin”.

“Qurumuş  göz  yaşları”

Qayıdanlardan birinin anası isə bunları deyib: “Biz gördüyümüzü  gördük. Oğlum Misirdə nə iş olsa işləyər, daha heç bir yerə getməyəcək. Bəsdir, mənim daha onun üçün axıdılası göz yaşlarım qalmayıb”.

Misirin Xarici İşlər Nazirliyi  Minyanın Səmalut bölgəsindən olan  7 misirli fəhlənin bir qədər əvvəl, Liviya hakimiyyət orqanları ilə əlaqələr qurulandan sonra vətənə döndüyünü elan edib. Vətənə qayıdanlar bunlardır: “Məhrus Cümə Bərəkət, Nəbil Həfzi Seyyid, Vəlid Fərəhat Subi, Əhməd Məhəmməd Yusif , Rami Rza Tuni, Xələf Məhəmməd Şətyəvi və Nəcah Camal Tuni”.


Müəllif: Misirli jurnalist Əhməd əl-Əzhəri

Ərəb dilində tərcümə : Zakir Qasımov

 

 

  


Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı