“Cavab zərbələri ilə bağlı Rusiya tərəfi rəsmi olaraq heç bir bəyanat verməyib. Əgər kimsə, buna oxşar KİV-də nə isə deyibsə, xatırladım ki, bizdə həqiqətən söz azadlığı var. Bunu görmək üçün dövlət kanallarında tok-şouya baxmaq kifayətdir”.
Belə bəyanatla MDB ölkələri İnstitutunun sədr müavini Vladimir Jarixin “Eurasia Diary”yə eksklüziv açıqlamasında bildirib.
"Ukrayina hakimiyyəti bu təlimlərlə Rusiyanı təhrik edir, amma biz təslim olmuruq. Onlar qorxurlar ki, ABŞ-ın yeni hakimiyyət onları unudacaq" - Rusiya eksperti iddia edir.
Xatırladaq ki, Ukrayna Qara dəniz ərazisində hərbi təlimlərə başlayıb. Təlimlərə cavab olaraq, Rusiya Ukrayinanı raket zərbəsiylə hədələyib.