Avropanın gülən və ağlayan gözü Britaniya nə üçün qaz böhranı yaşayır?

Yazarlar 16:17 01.10.2021

Nəhayət böyük siyasi hadisələrlə yadda qalan yay başa çataraq yerini qışa buraxdı. Bu dəfə qarşıdan sürətlə gələn qış Avropanı və ondan yenicə ayrılan Böyük Britaniyanı narahat etməyə başlayıb. Faktiki olaraq təbii qaz ehtiyatları kifayət qədər olmayan və özünün təxminən 80% qaz ehtiyaclarını ödəmək üçün Rusiya qazına möhtac olan Avropa yeni enerji resursu əldə etmək yollarını fikirləşir. Çünki müstəqil siyasi ambisiyalarını ehtiyaclarına görə boğan Avropa, xüsusilə mərkəzi ölkələri olan Almaniya, Avstriya və digər ölkələr keçmiş təcrübələrində olduğu kimi yenə qazsız qalmaq istəmir. 

Nord Stream 2 must be stopped immediately – EURACTIV.com

Artıq ötən aydan tikilişi tamamlanan Şimal Axını 2 qaz boru xətti bu layihənin gerçəkləşməsində daha maraqlı olan Almaniyanın çöhrəsində böyük sevinc təbəssümü yaradıb. Almaniya sözün əsl mənasında bütün siyasi maneələrə göz yumaraq, o cümlədən Ukrayna məsələsinə bir qədər biganə qalaraq irəli addımladı və təxminən yeddi il əvvəlki kimi Rusiyanın qəzəbinə gəlib qışın soyuğunda titrəməmək üçün bütün səylərini layihənin tamamlanmasına yönəltdi. İndi Rusiyadan asılı olsa da Avropa ən azından bu qışı təbii qazla keçirəcəyinə ümidlidir. Lakin problemlər təkcə bununla bitmir. Az öncə qeyd etdiyimiz kimi Avropadan yenicə bağlarını qoparan Böyük Britaniya son iki aydır ki, təbii qaz və yanacaq böhranı ilə gündəmə gəlib. Artıq bir neçə həftədir ki, İngiltərə magistrallarındakı YDM-lərdə uzun avtomobil növbəsi yaranıb. Boşalan yanacaq çənlərinin yeri doldurulmadan qalır. Digər tərəfdən təbii qazın topdan satış qiymətində son dərəcə kəskin artım müşahidə olunur. Bəs görəsən krallıq ölkəsini bu vəziyyətə gətirən səbəb nədir? 

Britaniyada yerli medialar bunu həm Breksit-dən sonra yaranan işçi qüvvəsi çatışmamazlığı, həm də pandemiyanın yaratdığı mənfi səbəblərlə bağlayır. Digər mənbələrdə isə bunun Britaniyanın bir sıra enerji şirkətlərinin iflasa uğramaları ilə əlaqələndirlir. Bunun üçün bir qədər geriyə nəzər salmaq lazımdır. 

Britaniyada təbii qaz və yanacaq böhranının başlaması 20 sentyabr tarixdə Böyük Britaniyanın altıncı nəhəng şirkəti olan “Balb Enerji” -nin iflas siqnalını işə salması ilə başlayır. Şirkətin iflasdan qurtarmaq üçün maliyyə ehtiyacı olduğu barədə məlumat verən məşhur Faynənşal Tayms jurnalı qarşıdan gələn problemlər barədə artıq öncədən xəbərdarlıq etmişdi.    

Britaniya hökuməti “Balb Enerji” və onun kimi iflas həyəcanı təbili çalan şirkətlərə yardım üçün qısa-müddətli maliyyə dəstəyi ayırsa da, onlara təmənnasız maliyyə dəstəyi üçün tam öhdəçiliyə razılıq vermədi. 

Beləliklə qısa müddətdə və sürətlə öz mənfi təsirini hiss etdirən proses 23 sentyabrda özünü göstərir. Britaniyada qazın qiymətinin kəskin şəkildə artması kiçik kommunal xərcləri sıxışdırıb sıradan çıxarır. Bir tərəfdən şirkətlər pandemiyadan sonra yoxsullaşmış istehlakçıların enerji xərclərini ödəyə bilmədiklərinə görə borca düşəcəyindən narahat olmağa başlayır. Digər tərəfdən ölkədə aparıcı tərəf olan “Ofgem”-in (Britaniyada qaz və enerji təchizat ofisi) ilkin olaraq 1.5 milyon nəfər abunəçiyə daha aşağı kommunal qiymət təklifi kommunal şirkətləri narazı salır. 

Britaniyada qaz böhranı ilə bağlı zəncirvari səbəblərdə BP-də rol oynayıb. Enerjinin 50%-ni qazla işləyən qurğulardan alan Britaniya həm də işçi çatışmazlığı səbəbindən yanacağa tamarzı qalıb. Belə ki, ingilis neft şirkəti BP, ayrıca bir yük maşını sürücüsü çatışmazlığı səbəbindən bir neçə istehsalat saytını bağlayacağını açıqlayıb. Buna səbəb isə pandemiya və İngiltərənin Aİ-dən ayrılmasından sonra ölkədə logistika işçilərinin davamlı azalması olub. Bu xəbərin ardınca ExxonMobil -in İngiltərədəki satış şəbəkəsi “Esso” istehsalat saytlarını bağlayacağını açıqlayıb. 

Bu cür fiaskodan sonra hazırda ölkədə enerji və yanacaq istehsalı Britaniyada digər böyük şirkət olan “Drax” üzərinə düşüb. Lakin burada bir problem var ki, bu da həmin şirkətin kömürlə çalışan turbinləridir. İngiltərə hökuməti isə 2025-ci ildən etibarən kömür istehsalına qadağa qoyub. Bu səbəbdən də ölkənin ümid qaynağı olan “Drax” növbəti ildən kömürlə işləyən qurğularını bağlamağı planlaşdırır. 

Proseslərin zəncirvari hərəkəti nəticədə 28 sentyabr tarixdən “Ofgem”-in yeni tarif tətbiq etməsinə gətirib çıxarır. Hazırda Britaniyada istehlakçılar yeni qiymətlərdən narazıdır, bunun gələcək aqibəti isə hələ də bəli deyil.

Elnur Ənvəroğlu  

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı