“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”

Ölkə 18:40 05.07.2025

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, iyulun 4-də Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Görüşü təkcə diplomatik təqvimin mühüm hadisəsi deyil, həm də Azərbaycanın Qarabağda qurduğu yeni həyatın dünyaya təqdimatıdır.

O, qeyd edib ki, bu beynəlxalq tədbir Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən suveren və müstəqil inkişaf modelinin əyani göstəricisidir: "Zirvə görüşünün məhz Xankəndidə baş tutması, Ermənistanın 30 illik işğalından azad olunmuş ərazilərdə ilk dəfə belə yüksək səviyyəli tədbirin keçirilməsi tarixi və siyasi baxımdan son dərəcə əhəmiyyətlidir".

Komitə sədri əlavə edib ki, Prezident İlham Əliyevin zirvə görüşündəki çıxışı həm Azərbaycanın mübarizə yolunun, həm də regional sabitlik və beynəlxalq əməkdaşlıq fəlsəfəsinin dolğun ifadəsi idi: "Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəllər bu tədbir Bakıda keçirilmişdisə, bu dəfə Xankəndidə təşkil olunması Qarabağda bərqərar edilən sabitliyin və sülhün rəmzidir".

 Sadiq Qurbanovun sözlərinə görə, son illərdə işğaldan azad olunmuş ərazilərdə keçirilən beynəlxalq tədbirlərin sırasına Şuşada ECO Nazirlər Şurası, TDT-nin qeyri-rəsmi Zirvə görüşü, Laçında Azərbaycan-Türkiyə-Pakistan liderlərinin üçtərəfli görüşü və digər əhəmiyyətli beynəlxalq formatlar daxildir.

"Bu tədbirlər bir daha sübut edir ki, azad edilmiş torpaqlarda artıq yalnız quruculuq deyil, eyni zamanda yüksək diplomatik gündəmin daşıyıcısı olan proseslər də reallaşır," – deyə o bildirib.

Deputat qeyd edib ki, Ermənistanın işğal dövründə törətdiyi ekoloji və mədəni vandalizmin nəticələri bu gün beynəlxalq diqqətdədir: "67 məsciddən 65-i tamamilə dağıdılıb, qəbiristanlıqlar talan və məhv edilib. Bütün bunlar sadəcə tarix deyil, həm də hüquqi məsuliyyət məsələsidir. Ermənistanın Azərbaycana vurduğu maddi ziyanın həcmi 150 milyard dollarla ölçülür".

Komitə sədri eyni zamanda mina təhlükəsinə də diqqət çəkib və bildirib ki, basdırılmış bir milyondan çox mina bu günə qədər 400-ə yaxın insanın ölümünə və ya ağır yaralanmasına səbəb olub: "Bu, sadəcə humanitar fəlakət deyil, sülh və əməkdaşlıq üçün ciddi təhlükədir".

 
Sadiq Qurbanov əlavə edib ki, Prezident İlham Əliyevin çıxışında “Böyük Qayıdış” proqramı ilə bağlı xüsusi vurğular da yer alıb: "Artıq 16 şəhər və kəndə keçmiş məcburi köçkünlər qayıdıb. 50 mindən artıq vətəndaş azad olunmuş ərazilərdə yaşayır, işləyir və təhsil alır".

Komitə sədri Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqları ilə bağlı beynəlxalq səviyyədə əldə olunan irəliləyişlərə də toxunaraq qeyd edib ki, İƏT tərəfindən qəbul edilən İstanbul Bəyannaməsi və müvafiq qətnamələr bu istiqamətdə əhəmiyyətli sənədlərdir: "İslam dünyasının susmadığı, ədaləti müdafiə etdiyi bir məqamda Qərbdəki bəzi dairələrin bu məsələyə göz yumması təəssüf doğurur".

Sadiq Qurbanov Azərbaycanın diplomatik təşəbbüslərinə toxunaraq bildirib ki, son illər ərzində Şuşada ECO Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında Qadınlar Forumu təşkil olunub. Həmçinin ECO Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzinin Azərbaycanda fəaliyyətə başlaması regional əməkdaşlığa yeni təkan verir.

 
Deputat vurğulayıb ki, Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edən, 350 milyard dollarlıq sərmayə cəlb etmiş və nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən mühüm enerji və logistika mərkəzidir: "Bu göstəricilər Azərbaycanın yalnız iqtisadi potensialını deyil, həm də strateji baxışını və beynəlxalq məsuliyyətini nümayiş etdirir".

Sonda komitə sədri qeyd edib: "İşğaldan azad edilmiş torpaqlarda keçirilən beynəlxalq tədbirlər, yenidən qurulan şəhərlər, qayıdan insanlar və qalib xalqın iradəsi – bütün bunlar həm ölkə daxilində, həm də xaricdə Azərbaycana qarşı qərəzli yanaşanlara tutarlı cavabdır. Azərbaycanın qələbəsi təkcə silahla yox, həm də diplomatiya, milli birlik və quruculuqla qazanılıb".

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib
17:06 07.07.2025
Vərəsəliklə bağlı yeni qaydalar təsdiqləndi
16:44 07.07.2025
Ən şanslı gündə doğulan bürclər açıqlandı
16:29 07.07.2025
Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib
16:19 07.07.2025
Rutte Məcburi Hərbi xidmət haqqında danışdı
16:14 07.07.2025
2025-ci il ərzində dərman zəhərlənmələrindən 7 nəfər ölüb
15:59 07.07.2025
Qala Dövlət Qoruğunda genişmiqyaslı iməcilik keçirilib
15:44 07.07.2025
"Qarabağ" Juninyonu geri alır?
15:29 07.07.2025
"Saakaşvili əfv olunmayacaq"
15:14 07.07.2025
Azərbaycanla bağlı məşhur trendə Puyol da qoşuldu
14:59 07.07.2025
Şəxsi məlumatlarımızı necə qoruyaq?
14:44 07.07.2025
“Rusiya və Azərbaycan müttəfiq qalmalıdır”
14:29 07.07.2025
Polşa ordusu Almaniya ilə sərhəddə xüsusi əməliyyat keçirir
14:14 07.07.2025
SAXAL Suriyada İranla əlaqəli olduğu iddia edilən yaraqlıları ələ keçirib
13:59 07.07.2025
Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər -Mütəxəssislər xəbərdarlıq edir
13:44 07.07.2025
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi
13:29 07.07.2025
Dünyanın ən yaşlı quru heyvanı tapıldı
13:14 07.07.2025
"II Qaregin arxiyepiskopların hərbi çevriliş planlarını dəstəkləyir"
12:59 07.07.2025
Çin “Rafale”yə qarşı propoqanda aparır
12:34 07.07.2025
3 500 illik qədim şəhər aşkarlandı
12:29 07.07.2025
Rusiyada 8 azərbaycanlı saxlanılıb
12:14 07.07.2025
Ukraynanın Almaniyadan istədiyi silahların siyahısı yayımlandı
11:59 07.07.2025
Ukrayna dronları Rusiya səmasını işğal etdi
11:38 07.07.2025
İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11:23 07.07.2025
Hamısı