Rüşvət verib, qaytarmaq istədiyim illər Oğuz Ayvaz yazır

Yazarlar 14:09 12.01.2023

İnsana həyat verən, onu ayaqda saxlayan xatirələridir. Xatirəsiz ömür boş yelləncək kimidir. Zaman çayın axdığı sürətlə keçib gedir. Arxada qoyduqlarım, itirdiklərim və yerdə qalanlar...

Xatırlayıram, dərsə başladığım ilk günü. Atamın əllərindən bərk-bərk yapışmışdım. Qorxurdum şəhərdən, şəhər uşaqlarından, kənddə qalıb çoban olmaq istəyirdim. Zəngin səsi, məktəbin qoxusu, yayın son hənirtisi...

Nədənsə yadıma düşdü, yazıya qardaşımla bağlı xatirəmlə başlayım. Qardaşım dərsdən çıxanda ona duzlu peçenye alırdım. O, həmişə pulunu tez xərcləyirdi. Mən isə məktəbdə bəzi günlər yemək yemir, duzlu peçenyenin pulunu saxlayırdım. Ayxan dərsdən çıxanda üzündəki məsum uşaq mənə elə sevgi ilə baxırdı ki, dünyaları vermək istəyi keçirdi ürəyimdən, ancaq ona peçenye alacaq pulum vardı. Bəlkə də, bu xatirə sizə adi gələ bilər, amma mənim üçün o qədər həssasıdr ki...

Məktəb illərindən, o xoşbəxt günlərdən geridə qalan adamlar mövcudluqlarını itirməyiblər. Onlar bu gün həyatımın parçalarından, keçmişimin ən işıqlı uşaqlarıdır. Sinif yoldaşları sözü onları tam ifadə etmir.

Birlikdə böyümək, birlikdə məktəbə başlamaq, birlikdə eyni sinifdə oxumaq... Tanış oluruq, sinifin qoxusunu, müəllimin danlağını, bir-birimizi yaxşıca tanıyırıq... Yaşadığımız məhəllələr bir-birinə yaxın, dərsdən sonra görüşlər, futbol oyunları, çayxana söhbətləri, sevdiyimiz qızların adları...

Məktəbdə yaşadığım illər yaddaş arxivimin kitabxanasında yerini tutmaqdadır. Hər gün o kitabı götürüb vərəqləyir, oxuyuram. Qoymuram ki, tozlansın. Sinif yoldaşlarımla vaxtaşırı görüşürük. Onlarla görüşməyə həmişə tələsirəm. Uşaqlıqdan bu günə çox da bir şey dəyişməyib. Bir-birimizi görən kimi 14-16 yaşlı yeniyetmələrə dönüşürük. Atmacalar atır, söyüş söyür, sonra da qucaqlaşırıq. Sadəlik bizim üstümüzdən əllərini çəkməyib. Həyatın ağrısını, əzabını yaşasaq da, çirkabına batmamışıq. Məktəbdə uşaqlara ən çox ad qoşan mən idim. Liliput Elvin, vızdıran Nicat, yekəbaş Mustafa, maldarax Rəşad, dönər İlkin, qırlaç Şəhriyar... Bu yazımı oxuyub məni yaxşıca sevəcəklər.

Sinif rəhbərimiz dərslərimizdən aşağı qiymət alanda bizə yumruq göstərirdi. Bu o demək idi ki, ya oxuyacağıq, ya da döyüləcəyik. Müəllim bəzi uşaqları basketbol topu kimi yerə döyəcləyirdi, bəzilərinə isə dumbuz ilişdirirdi. Heç unutmuram, İlkinə elə vurmuşdu ki, yazıq uşaq stolun altına girmişdi. Şəhriyarı siqaret çəkdiyinə görə sinifdə biabır etmişdi. Sözləri hələ də qulaqlarımda cingildəyir: “Bala, Şəhriyar papiros çəkir, avaradı, ondan uzaq durun”. Halbuki müəllimizin özü də siqaret çəkirdi. Həmişə də üstündən külqabı iyi gəlirdi.

Bir dəfə isə uşaqlardan kimsə stolu sındırmışdı. Onu gözdən itirmək üçün aparıb məktəbin tualetində gizlətmişdik. Sonra da 5-ci mərtəbənin pəncərəsindən yerə atmışdıq.

Qız sevməyə başlayanda isə ilk dəfə hüznün nə olduğunu duymuşduq. Mustafa sevdiyi qıza görə Emrahın gic-gic mahnılarına qulaq asıb zarıyırdı. Qız varlı olduğundan ona üz vermirdi. Bildiyiniz, türk filmi.

Rəşad sinifin ən sakit uşaqlarından idi. İndi də elədi, heç nə dəyişməyib. Dərslərini yaxşı oxusa da, universitetə gec qəbul olundu. Ona Enşteyn, Tesla deyirdik. Di gəl, elm sahəsində yenilik edə bilmədi. Hər dəfə onun üstünə atılır, canındakı sükutu pozmağa çalışırdıq. Nicatın ona Van Damm təpiyindən vurması hələ də gözümün qabağından getmir. Rəşad xırd-xəşil olub qıvrıla-qıvrıla qalmışdı.

On birə keçəndə isə dərsdən qaçmağa başlamışdım. Avaralanmağa həvəsli idim. Dərsin sonunda bacımın yanına gəlir, ona bugünkü gün haqda anama bir şey deməməsi üçün yalvarırdım. Bacım demiş, onunla 11 il bir yerdə oxumuşuq. Bəzən isə rüşvət vermək istəyirdim. Ancaq bacım əlaçı, sinif nümayəndəsi və seçilən şagirdlərdən idi. Heç bir şey istəmirdi. Evdə hər şeyi ən xırda detallarına kimi danışırdı. Evdə anam məni oxlovla döyürdü.

Keçmişimin xoşbəxt günlərini paylaşdığım o uşaqlara görüşəndə elə bilirəm atam, anam sağdılar, bir azdan zəng edib evə çağıracaqlar.

Oğuz Ayvaz 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı