Yas yerlərində məni gülmək tutur - Oğuz Ayvaz yazır...

Yazarlar 11:35 14.09.2023

Azərbaycanlılar yas, toy mərasimlərinə çox bağlıdırlar. Çünki azərbaycanlılar ancaq yasdan-yasa, toydan-toya bir-birinin bəhsinə girə bilirlər. Hamı əlləşib vuruşur ki, qonşuya, qohuma özünü göstərsin. Bizdə özünə görə yaşamaq yoxdur. Başqasına görə yaşayırıq. Azərbaycanlılar özlərini başqalarına nümayiş etdirməkdən ötrü dəridən-qabıqdan çıxır. Kredit alır, lomabarda qızılını qoyur, borc götürür, qaldıra bilməyəcəyi yükün altına girir. Hamısının da səbəbi budur – qonşudan dala qalma. Bu “qonşudan dala qalma” prinsipi ilə yaşayanlar günlərini göy əskiyə bükürlər. Özlərini göstərmək, heç kimin yanında gözü kölgəli olmamaq hissi onları çətin, əziyyətli bir həyatla qarşı-qarşıya qoyur. Nəticədə, Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoymaq kimi absurd bir həyat tərzi başlayır. 

Keçən dəfə bir xəbər yayıldı. Sosial şəbəkənin dünyagörüşlü seqmenti bu xəbəri sevinclə qarşıladı. Nə idi xəbər? Deməli, Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi qadağan edilib. Bu qərarı, hansısa icra, yaxud bələdiyyə başçısı verməyib. Kənd sakinləri, xüsusən, ağsaqqalların qərarı yekdil olub. Kimsə bu qaydanı pozarsa, yas mərasimində heç kim iştirak etməyəcəkmiş. 

Uzun müddətdir Azərbaycanda baş verən hadisələrin içində ən nikbin xəbərdir. Kaş Azərbaycanın bütün şəhərlərinə, rayonlarına, kəndlərinə yayılsa bu qadağa. Cəmiyyətimizin həyata baxış fəlsəfəsi kabab, aş, manqal üstü dönərdir. Onlar üçün həyatın qızıl qaydası odur ki, eybi yox, kreditimiz olsun, təki qarnımız ac qalmasın. 

Yas mərasimlərində ifrat israfçılıq var. Nəyə gərəkdir, anlamıram. Elə bil yasa gələnlər nə qədər çox yesə ölü diriləcək. Hərdən adət-ənənələrimiz mənə Afrika qəbilələrində olan əndrabadi ayinləri xatırladır. Təssəvvür edin, dünyada, ət tükənir, nə toyuq tapmaq olur, nə mal, nə də qoyun əti. Bir düşünün, ət yeyən insanlarımız nə edərlər? Afrika qəbilələrindəki kimi kimisə qurban etməzlərmi? 

Yas mərasimlərində verilən yemək-içməyə baxaq: xurma, çay, su, buğlama, plov, kətə, halva, qoğal, sirab, limon, konfet, qənd. Unutduqlarım olsa siz siyahının ardını qeyd edin. Bundansa, su, yaxud da çay olsa bəs etməz? 

İslam dininə əsasən, vəfat edən şəxs dəfn olunduqdan sonra ölü üçün ifrat dərəcədə ağlamaq, yas tutmaq doğru deyildir. Çünki bu halda arxasınca haray qoparılan vəfat etmiş şəxsin məzarda rahatlıq tapmadığı inancı vardır. Məhəmməd peyğəmbər (s) də ölünün ardınca bu cür yas tutmağın doğru olmadığına münasibətini belə ifadə etmişdir: “Başına, üzünə vuran, üst-başını yırtan, İslamdan əvvəlki dövrlərdəki kimi ağılarla yas tutan bizdən deyildir”. 

Bizim üçün isə İslamın bu tərəfi maraqlı deyil. Çünki özümüz özümüzü həbsə atırıq – “el-aləm nə deyər?” həbsinə. Bu həbsin müddəti isə ömürlükdür. Ömürlük həbsdə yaşayırıq. Bu həbsin estafetini öz uşaqlarımıza, nəvələrimizə də ötürürük. Yas yerindəki yaxşı bir buğlama bizim həyat kredomuz olub. Borc-xərc, kredit – fərqi yoxdur, əsas odur, gələnlər desin ki, Kələntərin (ad şərtidir) yası yaxşı keçdi, Kələntərin toyu babat idi. 

Heç kim inciməsin, amma yas yerlərinə gedəndə məni gic gülmək tutur. Özümü güclə saxlayıram. Bəzən məhz bu səbəbdən yas yerlərinə getmək istəmirəm. Təbii ki, yaxın ətrafım buna görə məni qınayır. Axı həm də yas yeri, toylar bir-birimizi görmək üçün bəhanədir. Məsələn, biz o vaxtları kəndə ancaq kimsə öləndə gedə bilirdik. Ölü düşən evə gedib, onların ehsanını dadandan, “Allah rəhmət eləsin” deyəndən sonra bir neçə gün kəndin sükuta bürünmüş havasını alıb, təzədən şəhərə qayıdırdıq. 

Yas yerlərinin gülünc tərəfi hədsiz ciddiliyinə görədir. Hamı özünü ciddi aparır. Qəsdən. Özünü buna məcbur edir. Halbuki buna heç ehtiyac yoxdur. Başını aşağı salanlar, susub oturanlar, dayanmadan siqaret sümürənlər. Yas yerlərində hamı darıxır. Hamı durub getmək üçün bəhanə gəzir. Elə o vaxt mollanın gur səsi gəlir: “Amin...” Fatihə oxunur. Hamı yalandan əlini açır. Fatihəni bilməyənlər yan-yörəsindəkilərin hərəkətlərini təkrarlayır. Axırda da naşı bir salavat çəkib təzədən başını aşağı salır. 

Bilmirəm, bu yeni qadağa bütün ölkə boyu yayılacaqmı? Çətindir. Çoxdandır düşünürəm ki, bizim düşdüyümüz quyu çox dərindir. Biz o quyudan çıxmaq üçün çox tər tökməliyik. Ənənələri bir anın içində vurub dağıtmaq çətindir. Sosial şəbəkənin ağıllı başlı seqmenti bu xəbəri sevinclə qarşılamışdı. Amma sosial araşdırma aparın, onda görəcəksiniz, azərbaycanlılar bu qərarı yaxşı qəbul etməyəcək. Çünki ənənə var. Möhkəm, qırılmaz ənənə. Bu ənənənin içində mütləq ki, özünü ifadə forması da var. Hər xalqın özünü ifadə forması olub. İndi də o ifadə forması aktivdir. Tutaq ki, Latın Amerikası ölkələrinin özünü ifadə forması futboldur. Bizim də özümüzü ifadə formamız yas və toylardır. Bizim əlimizdən bu ifadə forması alınsa, əminəm ki, dəhşətli bir boşluq yaranar. Bu boşluqdan qurtula bilməyən azərbaycanlılar üçün əsl faciə baş verər. Bəs bundan sonra kim üçün yaşayacaqlar? Nəyə görə kreditə girəcəklər? Özlərini kimlərə göstərəcəklər? Böyük dərddir. Ona görə də o qadağanın sevincimi, yoxsa kədərmi gətirdiyini heç cür özüm üçün aydınlaşdıra bilmirəm. Mən belə bu yazını yaza-yaza sabaha gedəcəyim yas yeri haqda dostumla söhbətləşirəm. Yasa nə qədər pul atacaqsan? Haradadır? Mağarda, ya mərasim evində? 

Görürsünüz də, çətindir. Artıq bu içimizdə yuva qurub. Necə deyir, Salam Sarvan, “Neyləsən də baş daşı qəbirdən çöldə qalır”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
İlham Əliyev Nikolas Maduronu təbrik edib
11:10 05.07.2025
ABŞ Ukraynaya "Patriot" tədarükünü bərpa edəcək
10:34 05.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" yarımfinala yüksəldi
10:06 05.07.2025
Yaponiyada güclü zəlzələ baş verib
09:32 05.07.2025
Britaniyada COVID-19-un yeni ştamı yayılıb
09:01 05.07.2025
Hamısı