İnsanların özlərini ifadə etmək dərdi - Oğuz Ayvaz yazır...

Yazarlar 14:00 30.11.2023

İnsanlar həmişə özlərini ifadə etməkdə çətinlik çəkirlər. Özünü tapa bilməyənlər özlərini ədəbiyyata soxuşdurmaq istəyirlər. Bizim ədəbiyyatda da"n" qədər belə adamlar var. Bədbəxtlik ondadır ki, bir adam demir, a kişi, sənin yerin səhvdi. İşdən ayrılır, şeir yazır, sevgilisindən ayrılır, şair olur, kitab oxuyur, yazıçı donuna girir və s.

Bir tanış var. Ömrü boyu bir kitab üzü açmayıb, həyatında yaşadığı uğursuzluqları aforizmlərə çevirib. Özünə də filosof deyir. Üstəlik kitab da çıxartdırdı, təqdimat da elədi. Sosial şəbəkələrdə bəh-bəhlə fotolarını paylaşdı ki, qoy camaat buna uğurlar yazsın. İnsanlar şöhrətə, dahi olmağa o qədər meylli olurlar ki, bir də ayılanda görürlər hər şey alt-üst olub. Həyatları yolda qalıb.

Bizim millət əslində istedadlı millətdi. Amma yerlərinin harda olduqlarını tapa bilmirlər. Ona görə də istedadsız kütlə yaranır. Yaxud da başqa bir misal çəkək. Üç-dörd kitab oxuyub həmən roman yazmağa girişir.

Adam var ki, iqtisadiyyatdan yaxşı başı çıxır, gedib bu işin qulpundan yapışmır, tamam ayrı sahəyə baş vurur. Ya da yaxşı səsi olan biri mahnı oxumaq əvəzinə, gedir şeir yazır.İnsanlarımız belədi. Özlərini sınamaq yox, fərqli şeylər etmək onlarlıq deyil.

İnsanlar yaddaşlarda, tarixdə qalmaq istəmirlər. Sadəcə öz eqolarını, qürur hisslərini bəsləməklə məşğul olurlar. Qoy camaat desin, bu nə kişidi! Biz nə vaxta qədər başqaları üçün yaşayacağıq? Nə vaxta qədər özümüzdən qaçacağıq? Bəlkələr axırımıza çıxmasa yaxşıdı...

Belə-belə özlərini aldadır insanlar. Xoşbəxtliyi imitasiya edirlər. Ona görə də maskalanırlar. Özü də bir şey də deyim, bu insanların əksəriyyətinin maddi vəziyyəti yaxşıdı. O zaman bunların dərdi nədi? Niyə öz həyatlarına türklər demiş, odaklanmırlar? Bu niyələr sonsuza qədər davam edəcək.

Çox vaxt da qibtə etdikləri insanlara baxıb "kaş mən də onun kimi olardım" deyə düşünürlər. Bu olmayan, kor düşüncə onların axırına çıxır. Ay insanlar, siz ilk öncə özünüzlə dost olun, özünüzü özünüzə təslim edin. Başqalarının həyatları sizə nə gətirəcək?

İstedad hər kəsə verilib. Ola bilməz ki, bir insan tamamilə istedadsız olsun. O nə vaxt istedadsız olur? Öz yerində olmayanda. Tutaq ki, şeir yazır, baxırsan, qurudur, sözlər ölə-ölə çıxır ağzından. Bu həqiqəti ona deyirsən,amma xeyri olmur, yenə də yazır, yenə də özünü şair hesab edir. Bəlkə o adam yaxşı bir tarixçi ola bilər, kim bilir? Nə yapışmısan şeirdən? Burda "şair" sözünü başqa sözlə də ifadə edə bilərsiniz.Ümumiyyətlə, həyat özünü ifadə etmək yeridir. Özünü tapmalısan. Sən hardasan? Harda uğur qazana bilərsən? Bax o zaman həyat sənə təbəssüm edəcək...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Hamısı