Xaqani Qayıblının YAŞIL İŞIĞI

Yazarlar 15:50 14.03.2024

Ednews Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevin şair Xaqani Qayıblının doğum günü münasibətilə yazdığı "Xaqani Qayıblının yaşıl işığı" adlı yazısını təqdim edir:

Xaqani Qayıblı ilə ilk dəfə 80-ci illərin sonlarında, “Ədəbiyyat və İncəsənət” qəzetinin redaksiyasında görüşmüşdük. Onda Xaqani cavan bir oğlan idi. Bilmirəm, onun Bakıya ilk gəlişi idi, yoxsa qabaqlar da paytaxtımıza gedib-gəlişi olmuşdu? Amma onu bilirəm ki, Xaqani üçün Borçalıdan sonra Bakı, Azərbaycan dünyaya açılan bir qapı idi. Yəni bu qapının o üzündə ədəbi camiə, qaynar bir mühit, poeziya var idi. Sözlə dolu bir dünya vardı. Eyni zamanda bu qapıdan savayı dünyaya açılan başqa qapıları da Xaqani bir-bir açmışdı. Xaqani Qayıblının yolu məhz buradan – bu qapılardan başladı. 

O vaxtlar “Ədəbiyyat və İncəsənət” qəzetinə çoxlu məktublar gəlirdi, çap olunmaq istəyən çox sayda gənc var idi. O məktubların, o yazıların içində Xaqani Qayıblının bir şeiri mənim yadımdan çıxmamışdı. Həmin şeir “Yaşıl işıq” şeiri idi. Şeirdən bir misra xatırlamaq istərdim:

Yaşıl çöl görmüşəm, çəmən görmüşəm,
Bu mavi səmanı həmən görmüşəm.
Bir gün də özümü mavi Xəzərin
yamyaşıl suyunda çimən görmüşəm,
Hələ görməmişəm yaşıl işıq mən.

Bu şeir Xaqani Qayıblının da həyat yolunda yanan yaşıl işığa çevrildi. Şeirdə Xaqani öz bəxtinin, taleyinin qarşısında yanan qırmızı işıqdan gileylənir.  Şair ardınca yazır:

Hələ yaşıl işıq görməmişəm mən,
Kəsib yollarımı, keçidlərimi
Qırmızı işıqlar, sarı işıqlar...
Mənim yollarımı keçilməz edən
yarı taleyimdi, yarı işıqlar.

Qırmızı işıqlar kəsib yolumu,
‘‘Qırmızı günlərim’’ qalıb o tayda.
Kimsə məndən qabaq tərpənə bilib –
Özünə yurd-yuva salıb o tayda.

Şeirdə təkcə “qırmızı işıqlar” gileyi yadda qalmır, o şeir bütövlükdə insanın qarşısında açılan o yaşıl işığın ümidindən bəhs edir və çox maraqlı məqamları ilə diqqət çəkir. Elə bu şeir də Xaqani Qayıblının həyatında, taleyində yanan yaşıl bir işıq oldu: 

Ömrün dincliyinə gecələr qənim:
Çox vaxt gözlərimdə sökülübdü dan.
İçimdən çox işıq keçsə də mənim,
Mən keçə bilmirəm yaşıl işıqdan.

Mən tez-tez məclislərdən, dostlardan gələn xəbərlərdən bilirəm ki, Xaqani Qayıblı onun həyatında mənim rolum olduğundan eninə-boluna danışır. İstəyirəm, fürsət düşmüşkən deyim ki, Xaqani mənim rolumu hədsiz böyütməkdədir. Düzdü, həmin vaxtlar Xaqaninin Avropaya, Pribaltika Respublikalarına getməyində xeyir-dua verənlərdən biri də mən olmuşdum. Tələbəlik vaxtlarında həmişə onun arxasında olmuşam, gözüm onun üzərində olub, həmişə Xaqanini soraqlamışam, vəziyyəti ilə maraqlanmışam. Əlbəttə, həyatımızda yüzlərlə, minlərlə insanlar olub və mən həmişə o insanlara gücüm çatdığı qədər əl tutmuşam, dəstək olmuşam. Yəni Xaqaniyə etdiklərimi onlar üçün də etmişəm. Ancaq Xaqani var olsun ki, bütün bu yaxşılıqları heç vaxt yaddan çıxartmır, unutmur. 

Xaqani Qayıblı artıq ustad bir yazardır. Ölkə içində, ölkədən kənarda kifayət qədər tanınan Azərbaycanın nüfuzlu, seçilən şairlərindən biridir. Xaqaninin bu gün elmi titulu da var, o professordur. 2000-ci ildə Estoniya hökuməti tərəfindən Türkiyə və Estoniya arasında diplomatik və mədəni əlaqələrin inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə fəxri Estoniya vətəndaşlığı alan ilk türkdür. "Eston və türk dillərində feil quruluşlarının müqayisəsi" (elmi rəhbəri akademik Ago Künnap) adlı elmi işi ilə dünya dilçiliyində Fin-Uqor və Türk-Tatar dilləri arasındakı qohumluq əlaqələrini araşdıran təpədən-dırnağa türk oğlu türkdür. Hazırda Xaqani Estoniya prezidentinin şəxsi tərcüməçisidir. O, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, sədr müavini, 2016-cı ildən katibi, Estoniya-Azərbaycan cəmiyyətinin sədri, Tartu Universiteti Türk Dili Mərkəzi müdiridir. Türkiyə, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazıları ilə çıxış edir. Onun bu günə kimi "Çağdaş Seçkin Azerbaycan Şiiri (20. yüzyıl 90-lı yıllar)”, "Yenə canım söz gəzir", "Qırx yaşım qırx sözüm", "Türkcə-estonca, estonca-türkcə danışıq kitabçası", "Türkcə-estonca, estonca-türkcə turist sözlüyü", "Sənsiz ömrün bir ili" kitabları işıq üzü görüb. 

Və bilirəm ki, Tartuda işlədiyi zamanlarda çox sayda azərbaycanlı tələbəyə qol-qanad olub, dəstək verib. Onların elmə yiyələnməsində, təhsillərini alıb Azərbaycana qayıtmasında onun çox böyük rolu olub. Azərbaycanın Baltikyani bölgədə fəaliyyət göstərən diasporasının əlaqələndirilməsində, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında da Xaqanin çox böyük fəaliyyətləri olub. 

Mənim Xaqani Qayıblını çox istəməyimin bir çox səbəbləri var. Onlardan lap birincisi onun öz elinə, obasına, Borçalıya bağlı olmasıdır. İldə bir dəfə də olsa, Xaqani mütləq ki bir yol tapıb yurduna, elinə, obasına gəlir, öz torpağında dostlaşdığı adamlarla görüşür, vacib tədbirlərdə özünü irəli verir, qolunu çırmalayıb bütün təşəbbüsü öz üzərinə götürür, onların xeyir işində, yasında iştirak edir, şad günlərində gülür, acılı günlərində ağrını öz canına çəkir, onlarla yaşayır. Və bütün bunları ürəkdən, can-dildən, sidq-ürəkdən, sevə-sevə edir. Xaqanin məhz bu xasiyyəti həmişə məni cəlb eləyib. Bu cür şeylər, bu məhrəmlik istər-istəməz adamı fərəhləndirir, onu ruhlandırır. 

Xaqani Qayıblının Azərbaycan ədəbi mühiti ilə çox sıx təmasları var. Mühitdə elə biri yoxdur ki, Xaqaninin adı gələndə dodağını büzsün, üz-gözünü turşutsun. Xaqani dostluğa sadiq adamdır. Onun Təklədə yaşayan gözəl şair Allahverdi Təkləli ilə olan dostluğu, Eyvaz Əlləzoğluna bağlılığı, İmir Məmmədliyə sevgisi hər kəsə bəllidir. Xaqaninin bu insanlara olan sədaqəti, onlara ürəyini açıb verməyi müstəsna xarakterindən irəli gəlir. O, dostları üçün hər şeyi gözə alacaq bir şəxsiyyətə malikdir. Xaqani özündən yaşca böyük adamlara qarşı hər zaman sayğılı olub, onların adını uca tutub. Mən fikir vermişəm, yazarlar çox vaxt eqolu olur, ancaq Xaqanidə eqonun zərrəsi yoxdur. Bu da onun müsbət keyfiyyətlərindən biridir. Görürsən ki, Azərbaycan ədəbi mühitində heç bir misrası belə dəyərli olmayanlar bəzən peşəkar qələm yoldaşlarına, klassiklərə çamur atmaqla yadda qalmağa çalışırlar. Xaqaninin isə heç vaxt bu cür addımı olmayıb. Əksinə, Xaqani çamur atmaq yox, o çamurları aradan qaldırmaq istəyən şəxsiyyətdir. Bu mənada onun şairliyində paklıq, torpağından gələn təmizlik var.

Əziz dostum, qardaşım Xaqani Qayıboğlu, səni doğum günün münasibəti ilə qutlayır, xoş diləklərimlə təbrik edirəm! Bundan sonra da həyat yolunda hər zaman yaşıl işıq yansın!

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı