“Rusiya KİV-ləri təyyarə qəzasının əsas mahiyyətini ört-basdır etməkdən çəkinməlidir”

Yazarlar 12:51 25.01.2025

Ötən ilin dekabrında Bakı-Qroznı istiqaməti üzrə hərəkət edən və Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus mülki təyyarə ilə bağlı Azərbaycan öz şərtlərinin yerinə yetirilməsini gözləyir. Hava gəmisinin Qroznı üzərində "Pantsir S-1" HHM sistemi tərəfindən vurulduğu təsdiqlənib. Hətta mülki təyyarəyə atəş açan və həmçinin bu əmri verən şəxsin kimliyinin müəyyən edilməsi barədə də məlumatlar  var. Bütün həqiqət ortada olduğu halda təəssüf ki, bu ölkənin KİV-ləri RF Prezident Administrasiyasından aldıqları komandaya uyğun olaraq ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirir. 2020-ci ilin noyabrında Rusiyaya məxsus helikopterin vurulması ilə AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması arasında paralellik aparmaq absurddur.
İlk növbədə ona görə ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli Bəyanatı 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə imzalanıb. Belə olan halda Rusiyaya məxsus helikopterin noyabrın 9-u, saat 18:30-da sərhədin Naxçıvan hissəsində aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirməsinin məqsədi nə idi? Üstəlik, nəzərə alsaq ki, həmin vaxt Rusiya sülhməramlıları hələ Qarabağda yerləşdirilməmişdi. Bununla belə, Azərbaycan tərəfi baş vermiş hadisə ilə bağlı manipulyasiyaya yol vermədi. Prezident İlham Əliyev rusiyalı həmkarına zəng edib üzrxahlıq etdi, helikopterin tam qiyməti ödənildi, həlak olan hərbçilərin ailələrinə kompensasiya ödənildi.
Digər bir uğursuz analogiya 2023-cü il antiterror əməliyyatı zamanı Qarabağda rusiyalı sülhməramlıların ölümü ilə bağlıdır. Rusiya KİV-lərinin bu hadisə ilə bağlı Azərbaycanı ittiham etməsi üçün heç bir əsası yoxdur. Məsələ burasındadır ki, antiterror əməliyyatı başlanan zaman Azərbaycan tərəfi sülhməramlıları əvvəlcədən xəbərdar etmişdi. Bununla belə, bir neçə hərbçi bəlli olmayan səbəbdən öz avtomobili ilə döyüş ərazisinə hərəkət edərək, hadisənin baş verməsinə zəmin yaratmışdı. Buna baxmayaraq, yenə Azərbaycan tərəfdən üzrxahlıq olundu, cinayət işi qaldırıldı.
Qəzanın təfərrüatlarından aydın olur ki, təyyarədəki insanların ölümü üçün hər şey edilib. Eyni zamanda “kavyor əməliyyatı”nın detallarının da aydınlaşdırılmasına ehtiyac var. Təbii ki, Bakı Moskvanın davranışından narazıdır və Rusiya tərəfinin qeyri-dost addımları anlaşılan deyil. Rusiya KİV-ləri bu qəzanın əsas mahiyyətini ört-basdır etməkdən, əsassız versiyaları qabartmaqdan çəkinməlidir.
Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, qəzanın baş vermə səbəbləri şəffaf, obyektiv və hərtərəfli araşdırılmalı, Rusiya tərəfi etiraf və üzrxahlıq etməli, kompensasiya ödəməli və günahkarlar cəzalandırılmalıdır.

Nigar Məmmədova

Milli Məclisin Deputatı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı