Dünyanı vətənə gətirən adam Gülşən Behbud yazır...

Yazarlar 00:01 01.02.2025

Umud Mirzəyev deyəndə mənim ağlıma onun təsisçisi və prezidenti olduğu, uğruna 33 ilini həsr etdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondu gəlir. “Şəhidlər Xiyabanı” kimi müqəddəs məkanla yan-yana duran BAMF-ın qapısından içəri girəndə qarşımıza yığcam və səliqəli həyətin divarları boyu asılmış Qarabağ bölgəsinə dair “mənim evim”, “mənim kəndim”, “mənim şəhərim”, “mənim vətənim” başlıqlı dəyərli fotoqrafiya nümunələri çıxır. Bu şəkillər Umud Mirzəyevin şəxsiyyəti və fəaliyyəti barədə bizə çox şey deyir. Bura şair publisist, jurnalist, ictimai-siyasi xadim Umud Mirzəyevin “evidir “desək, yanılmarıq. 

Vətən, onun “dünəni, bu günü və sabahıdır”. Vətən mənə görə elə “Umud Mirzəyevin özüdür”.

BAMF-ın həyətindəki şəkillərə  baxıram - xarici ölkələrin nümayəndələri,səfirləri, millət vəkilləri, hətta baş nazirləri... mövzuları isə Qarabağ, torpaq, mina, şəhid... Umud müəllimin xidmətlərindən hər biri səmimiyyətinə, vətənə xidmətinə görə deyilmi?

Sonra isə onun BAMF-ın 30 illik fəaliyyətinə həsr olunan “Otuz il sülh naminə” kitabını vərəqləyirəm... və düşünürəm o, həqiqətən də 100 ildə bir doğulan insanlardan biridir.

Ümummilli lider Heydər Əliyevin  sözünü xatırlayıram...” Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir…”  

Tarixin 100 ildən bir yetişdirdiyi  dahinin, Ulu Öndərin haqqında bəhs etdiyi  Azərbaycan gənclərindən biri Umud  Mirzəyev olub.

1982-87-ci illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil alıb. 1988-ci ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində əmək fəaliyyətinə başlayıb. 1989-1993-cü illərdə isə həmin qəzetin “Elm, publisistika və məktublar” şöbəsinə rəhbərlik edib. 

U.R.Mirzəyev 1992-ci ildən fəaliyyətə başlayan və bu gün BMT-nin İqtisadi-Sosial Şurasının Əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və prezidentidir. Onun təşəbbüsü, eləcə də müxtəlif ölkə jurnalistlərinin dəstəyi ilə yaradılan BAMF davamlı olaraq xarici media nümayəndələrinin postsovet məkanındakı münaqişə bölgələrinə səfərlərinin təşkili və obyektiv informasiyanın yayılması istiqamətdə fəaliyyət göstərib. Dağlıq Qarabağ münaqişəsinin ən mürəkkəb və çətin vaxtlarında xarici ölkələri təmsil edən jurnalistlərin, xalq diplomatlarının cəbhə xəttinə yaxın ərazilərə yüzdən artıq səfərlərini reallaşdıran BAMF, Ermənistan ordusunun törətdiyi cinayətlərlə bağlı obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması isiqamətində ciddi addımlar atmışdır.  

Ulu  Öndər H. Əliyevin zamanında odlu-alovlu  gənclik illərini yaşayan, Qarabağlı, Füzulili  Umud Mirzəyev sanki illərin necə keçdiyindən  xəbərsizdi. Çünki Vətən onun dünəni, bu günü və sabahıdır... Ömrünü  yaşayaraq Vətənə həsr edən adama Umud Mirzəyev deyilir. 

Təvazökar davranışı, yüksək mədəniyyəti ilə seçilən, fərqlənən şəxsiyyətdir Umud Mirzəyev. Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olani şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalıblar.

30 il sülh naminə...

Oxuyuram... 

BAMF-ın ilk bəyanatı, yaranma zərurəti, həyat yolu, hətta BAMF-ın özüdür Umud Mirzəyev.  

Beynəlxalq Avrasiya Mətbuat Fondu 1992-ci ildə müxtəlif ölkələrdən olan bir qrup jurnalistlər tərəfindən yaradılmışdır. Təşkilatın yaradılmasının əsas məqsədi münaqişə bölgələrinə, konflikt zonalarına beynəlxalq jurnalistlərin, diplomatların səfərlərini təşkil etmək və həmin ərazilərdən obyektiv informasiya yaymaq olmuşdur. BMT-nin İqtisadi Sosial Şurasının ən yüksək - Əsas məşvərətçi statuslu üzvü olan BAMF dünyanın aparıcı beynəlxalq təşkilatları və qlobal media qurumları ilə sıx əməkdaşlıq edir. "Mən Sizin bəşəriyyət  üçün gördüyünüz  təmənnasız  işləri  dəyərləndirirəm"   Bu sözləri,  BMT-nin baş katibi  Pan Gi Mun  Beynəlxalq Avrasiya  Mətbuat Fondunun  prezidenti  Umud Mirzəyev haqqında hələ 2007- ci ildə deyib… Sadədən sadə, mürəkkəbdən  mürəkkəbdi Umud Mirzəyev. Sadəliyi  təvəzökarlığında, müəmmalı  təbəssümündə,  simasında, davranışlarında, insanlarla münasibətindədir. Mürəkkəbliyi isə  dəqiqliyində, iş prosesindəki  kaprizlərində görünür. Əvvəllər  məndən kimsə soruşsaydı ki, “ Umud  Mirzəyev kimdir”-  Deyərdim ki, sadə vətəndaş,  çox saylı QHT  rəhbərlərindən biri... Bu gün isə  deməyə  sözüm, yazmağa mövzularım o qədərdir ki,adam bilmir hardan  başlasın. Maraqlandım, oxudum,  araşdırdım   və  indi –indi tanıyıram Umud Mirzəyevi. İş, məsuliyyət, cavabdehlik... Məsuliyyətsizliyi öz övladlarına  belə bağışlamaz. Bu insan işləyən, çalışqan insanları ucaldıb başına tac edəndir. 

Haqlı  deyilmi? İnsanlar müxtəlif cür olur - iş görən və göstərən, gördüyü işləri şişirdərək reklam edən... Hər kəsə hörmətlə yanaşıram. Hərənin öz xarakteri var. Amma iş görüb, öz də lap böyük İŞLƏR görüb, sakit qalmaq insanın özünə qarşı haqsızlığıdır. Reaksiyası təbiəti qədər ağırdır, təmkinlə münasibət bildirər, fikir dinləyər.

Səmimiyyəti  qədər dərin, ucalığı qədər əzəmətli, iş üçün  doğulan, gördüyü işdən zövq alan lider şəxsiyyətdir Umud Mirzəyev. O, başqalarının  uğurlarına sevinməyi, həmin uğurların əldə olunmağına  dəstək  göstərməyi bacaran ziyalıdır. Fevralın 1-i Umud Mirzəyevin ad günüdür. Ad günü münasibətilə onu təbrik edir, Allahın nəsib etdiyi ömrü sağlam yaşamağı arzulayıram!

Hörmətlə, Gülşən Behbud

Milli Dəyərlər üzrə Maarifləndirmə İB –nin sədri, 

”Tərəqqi” medalı laureatı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Hamısı