Bir gecənin tarixə çevrilən şəhadəti

Yazarlar 16:37 25.02.2025

Ey dili qafil fil faili məchul fani f....

Derlər,

Unudulmuş və unutqan oxucu, 

Şəhadətimiz vardı. Bu da Azərbaycan türklərinin öz müqəddəs torpaqlarındakı nöbəti şəhadətlərdən biriydi. Qoy,  bunu faciəyəyə, sürgünə, ölümə, sındırlmış iradələrə yozanlar,  öz əxlaqlarını meydanlarda görk eləməkdən usanmasınlar. Ancaq bu  tarixin bir etnos qarşısındakı şəhadət sınağı Allahın lütfü və inaətiylə şərəfləndiriləcəkdi. İnsanların tarixiylə o gün Allahın tarixi üz-üzə gələcəkdi. Görünən və dərk edilən o ki, bu şəhadət rübabyıyla köklənən tarix qanı qan, dərdi dərd, ölümü ölüm-itim bilmiyəcəkdi. Bax,  burda insanın tarixi Allahın təklif elədyiyi tarixdə qanı qandan, ölümü ölümdən qurtaracaqdı. Düzdü həsrətlər, ah-nalələr, vay-şivənlər insan iradəsinin yer üzü alışqanlığıyla öz məzənnəsinə minəcəkdi. Bəs vəd olunmuş əbədi həyat, sonsuz nur, bir də İlahinin bitib-tükənməz sevgi adlı səltənəti öz səxavətini əsirgəyəcəkdimi, qafil?!

 O gecə özüylə birgə yerin-göyün min illərə pərçimlənmiş lənətlərini də alıb  Azərbaycan torpağının bir güşəsinə gətirmişdi. Gecənin şərindən və qaranlığından istifadə edən qara donlu kafər ordusu bir yurdun altını üstünə gətirəcəkdi. Sabahkı gün və güzəranını min bir qayğı içində düşünə-düşünə yuxuya getməyə hazırlaşan bir qövmün başına açılacaqlar və gələcəklər vardı. Bir tərəfdən də bu şər ədalı qəhrə təbiətin də qəhri qarışmışdı. Yer-göy gecə saatları irəlilədikcə, elə biləsən buz bağlamağa min bir istəklə gedirdi. Hələ mən yaşlılarıdan, qocalardan, qız-gəlinlərdən, uşaqların məsumiyyət dolu baxışlarından danışmıram. O baxışlar ki, bir zamanlar həzrəti İsanının çöhrəsində məqamdan məqama düşüb,  Yaradanın səbrinə səbr əlavə etmişdi. Bu olub - bitənlərin qarşısında yalnız o gecə Allahdan başqa kimsə səbrli ola bilməzdi. Bu yurdun övladlarının zindanlardan ağır səbr daşlarının yanında dağlar da gülməli görsənirdi. Atılan toplar, yağdırılan atəşlər bir qədim şəhəri qana, alova, qorxu və göz yaşlarına qərq eləmişdi.

Ayağı yer tutan doğma dilsiz-ağızsız yavrularının əlindən tutub hara gəldi başını götürüb gedirdi. O gedənlərə o gecə dünyanın bütün ölümləri, itimləri, qan- qadaları qoşulub gedirdi:- onların gedəcəyi ən son yerə qədər qarabaqara izləməyindən əl çəkmirdi. Qışın oğlan çağıydı. Bir yanda əlisilahlı acımasız düşmənlər, bir yanda isə təbiətin heç cürə iynə ucu bopyda ümid işığı da kara gəlmirdi. 

Bütün dağlar, daşlar zülmə, vəhşiliyə sahib çıxırdı. Sular yer üzünün ən kəskin soyuqlarıyla əlbir olmuşdu. Ac-susuz,  güclə başını bir təhər götürüb gecənin qaranlığının bilinməzliyinə doğru səpələnən vətən övladları ümid adlı son pənahlarını da itirib hara gəldi üz tuturdular. Körpələrin, uşaqların aclıqdan, susuzluqdan və soyuqdan qovrulan dil-dodaqları bu qaranlıq göy qübbəsinin altına acı-acı fəryad səsləri, nalələri yayırdı. 

Derlər,

Unudulmuş və unutqan oxucu, 

Əli silah tutan oğullarımız isə son damla qanlarına, son güllərlərinə qədər döyüşüb Allahın şəhadətinə qovuşurdular. Artıq son güllələr, son ümidlər də bitmişdi. Özünü öldürən, qayadan atan kim, öz fəryadı ilə düşmən üzərinə gedən kimlər yoxudu?! Bu savaş Azərbaycan türklərinin  soyqırımı, bir şəhərin yerli-dibli silinməsiylə tarixin vəhşət payını bir daha zənginləşdirəcəkdi. Qazanmağına tarix qazanacaqdı, bəs saysısız - hesabsız insanların düşmən tərəfindən gülləbaran edilməsiylə verdiyi itgilər tarixin bu qazancı müqabilində olmazın artığı, olmazın həddən artığı deyildimi?

Dört tərəfdən mühasirəyə alınmış Xocalı şəhəri düşmən texnikasının yeri-göyü lərzəyə salan səsi, alovu, dəhşəti qarşısında  sadəcə əli silah tutan oğullarına güvənirdi. Sel kimi üzərlərinə axın eyləyən,  təpədən dırnağa silahlanmış  düşmən ordusunun qarşısında bu igid, mərd, qorxmaz oğullar beş-on silahla necə davam gətirə biləcəkdi? Nə vaxta kimi qara selin qarşısında sədd çəkiləcəkdi? Saatlarla gözləmələrinə, qanı su yerinə axıtmalarına baxmayaraq, yurdun heç bir bucağından qardaş köməyi gəlib çıxmırdı ki, çıxmırdı. 

Güclə də olsa, əliyalın şəhər sakinlərinin ölümün ağzından qurtarıb, nəyin bahasına olur olsun, salamat bir yerə köçürmək lazım gəlirdi. Xocalıda döyüşən oğullar o gecə nəyi bacardılarsa, onu da etdilər. O zamankı iqtidarın səriştəsizliyi və paşıpozuqluğu, milli məsuliyyət hisslərindən məhrum olması, minlərlə itgilərin ortaya çıxmasına səbəb yaratmışdı. 

Rus və erməni hərbi birləşmələrinin 25-i fevraldan 26-sı fevrala keçən gecə dinc sakinləri ot kimi biçmələri bir yana, əllərinə keçirdikləri qız-gəlinləri, qoca və uşaqları nə cür əsir alıb olmazın zülmlərini çəkdirdikləri bütün dünyaya bəllidir. Təsadüf nəticəsində sağ qalmış bəzi insanların söylədikləri  yaşantılarından doğan əzab və əziyyətin ən ağrıdıcı havasıdır. 

Derlər,

Unudulmuş və unutqan oxucu,

Kim olursan ol, yalnız bu ayda onların qaysaqlanmış yaralarının üzərinə od qoyma, köz basma. Xocalı  faciəsini yaşamış on-larla şahidlərin yaddaşında dərin izlər buraxmış  o yaralar, adamı yerdən- yerə vurur. Bəzən az qalırsan ki, bu insanlarla söhbət edərkən,  özünü keyidib sonra da danışıqlarına qulaq asasan. 

O tufanlı və zülmətli, qorxunc gecə hər bir Xocalı sakininin ömründə, günündə ağır bir zindan  möhürü kimi  damğasını qoyub. Bəlkə zaman gələcək, bütün xaraba bazara döndərilmiş yurd yerlərimnizin üzərində bütün maddi ehtişamlarımızı bərpa edəcəyik. Yıxılmış binalarımızı, maddi-mənəvi abidələrimizi yenidən daha gözəl dirçəldəcəyik. Ancaq o gecə yurd uğunda qanını bu torpağa halal edən insanlarımızın yenidən doğulması, yenidən dünyaya gəlməsi mümkün olmayacaq. Gedən nəsillə birgə xalqın, millətin açılacaq, böyüyəcək çox sirləri və gücləri itir, tükənir, qeyb aləminə çəkilir. Axı heç vaxtı yeri dolmayan bu qədər məsum insanların torpağa yurd, ölkəyə vətəndaş olma sevdasını kim halal - haqq şəkilində qaytara bilər ki? 

Derlər,

Unudulmuş və unutqan oxucu, 

Qarlı qış  axşamının qaranlığında soyuğun iliyə işləməsi  vardı. Elə biləsən soyuq da, sazaq da, boran da düşmənlə, onun məkirli niyyəti ilə əlbir olmuşdular. Ancaq bunun belə olmadığını zaman keçdikcə görəcəyik. Düzdür, qarşıdan bahar gələcəkdi, soyuqla məkirli düşmənin yolları da ayrılacaqdı. O gecə ruhlara soyuqluq, sazaqlıq üfürən gecə, bir gün də istilik, doğmalıq üzünü göstərəcəkdi. Ancaq düşmən oğlu düşmən, bir kərəm qış oldusa, heç vaxtı bahar olmayacaqdı. Ermənilərin (ruslarla əlbirliyi, dil birliyi, siyasi birliyi sayəsində) Azərbaycan türklərinə qarşı olan soyuq, qılınckəsən münasibəti hələ də o qarlı, çovğunlu qış gecəsi kimi davam etməyindədir.

Derlər,

Unudulmuş və unutqan oxucu, 

Hər tərəfdən od alov yağırdı. Başını qaldırıb gedəcəyin səmti müəyyən də eləmək mümkün deyildi. Kim hara gəldi, üz tutub qaçırdı. Uşaqlı olan qadınlar isə o gecə dünyanın ən dəhşətli olmazlarını yaşayanlardandır. Ərləri ön cəbhədə düşmənin zirehli texnikasıyla keçdiyi hücumun qarşısını sinələrini sipər edərək alırdılıar. Ancaq bu top-tüfəngin, imperiyanın  ən sınaqdan çıxarılmış müasir silahlarının qarşısında, saysız –  hesabsız diviziyası qarşısaında heç Çin səddi də davam gətirə bilməzdi.   

 O gecə Xocalı adlı bir türk şəhəri yer üzündə öz yanıq izlərini qoyurdu. Bir şəhər başdan - ayağa od tutub yanırdı. Bu mühasirədən qurtula bilməyən sakinlərdən çoxu üzərlərinə yıxılan evlərin ağır çöküntüsü altında qalıb yanaraq can veirdilər. Bu insanlar erməni vəhşiliklərinin ağılalmazlığını bilsələr də, o gecə daşnaqların bu şəkildə zülmə əl atacaqlarını ağıllarından  heç keçirmirdilər. 

Dağlarda, daşlarda, meşələrdə, düzlərdə pərən-pərən düşmüş bu insanlara o gün kimsə yardım əlini uzatmadı. Xocalı sakinlərinin hamısının bir ağızdan təkrarladıqları bir fikir var: “ Əgər  o vaxtkı hökümət tərəfindən bizə az da olsa kömək gəlsəydi, ermənilərin bu dərəcədəki vəşiliklərinin qarşısı kəsinliklə alına bilərdi.“ Təəssüflər olsun ki,  o gecə eşidib bilənlərin əl-qolunu yanına salıb baş verən bədbəxtlilərdən xəbərsiz və ətərsiz qalması, bu günə kimi hər kəsin içini, çölünü yandırıb yaxır. Düzdür, Xocalı o gecə cayır- cayır alışıb yandı. Ancaq bu günə kimi bütün xocalılar qarışıq, hər bir Azərbaycan insanının bağrının başı olmuşlardan dolayı qiyamətə qədər sönməyən atəş tutub yanmağındadır. 

Derlər,

Unudulmuş və unutqan oxucu, 

Dünyanın ən ağır işlərindən biri nə olsa yaxşıdı? Ən ağır işlərindən biri!Soyuğun qılınc kimi kəsəri qarşısında heç nəyə gücü çatmayan ananın gözlər önündə körpələri donub ölür. Ancaq ana buna qarşı  heç nə etmək iqtidarında deyil. Ana yeri-göyü köməyə çağırır, Allahdan yardım diləyir. Lap özünü öldürür, amma  gözləri qarşısında balaları ya güllədən keçirilir, ya gözü çıxardılır, ya qolu- qılçası sındırılır, ya da boranın, tufanın sazağında donub buz kəsilir.Üst-başında olub-qalan pal-paltarını soyunub körpələrinin bədəninə sarıyır. Buz bağlamış körpə gözləri don vurduğundan bir nöqtəyə zillənib sonuncu nəfəsini əbədəiyyətə üfürür. O körpələrin bu dünyada ən sonuncu edə biləcəkləri iş, sonuncu nəfəslərini verə bilmək idi. Bu mənzərələr qarşısında buz bağlamış ana əllərini nə üzünə aparmağa, nə də dizlərinə vurmağa taqəti qalmır.

Sinəmizin başındakı yanğınları isə, min bir ah-nalələr içərisində yerlərini tərk edən insanların öz doğma ocaqlarının, dədə-baba qəbirlərinin başına dönməyi az da olsa səngidə bilər. Çox qəribədir ki, Azərbaycanın heç bir oğlu-qızı dönüşlə bağlı söhbət saldığın zaman, tərəddüt etmədən o böyük qayıdışın ilk müjdəsini fikir və düşüncələrinin ən şəhanə ifadəsi kimi vurğulayırlar. 

“Euronews” telekanalı Azərbaycandakı mina problemindən danışdı

Xəbər xətti

İstanbulda zəlzələ zamanı hündürlükdən tullanaraq xəsarət alan 151 vətəndaşın müalicəsi davam edir
16:45 23.04.2025
Kolonializmin Süqutu Dünyaya Nə Vəd Edir? II Hissə: Çinin Afrika Siyasəti
13:25 23.04.2025
Bakıda leysan yağacaq, şimşək çaxacaq
12:14 23.04.2025
Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü İsrail çempionu olub
12:01 23.04.2025
Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
12:00 23.04.2025
AZAL Qurban bayramına özəl uçuşların sayını artırır
11:47 23.04.2025
Çin şirkətləri ilə yaşıl enerji üzrə 6 sənəd imzalanıb
11:33 23.04.2025
Azərbaycan Mədəniyyət Mərkəzi Türk Dil Qurumu ilə birgə ana dilimizin təbliği ilə bağlı layihələr həyata keçirəcək
11:22 23.04.2025
Bakıda Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir
11:22 23.04.2025
Naxçıvanla Çinin Urumçi şəhəri qardaşlaşır
11:18 23.04.2025
Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni mərhələyə yüksəlir
11:00 23.04.2025
Azərbaycanın COP29 uğuru Londonda mükafatlandırılıb
10:55 23.04.2025
Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
10:44 23.04.2025
Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə peyki türk dövlətlərinin kosmik sahədə əməkdaşlığının flaqmanı ola bilər
10:40 23.04.2025
Azərbaycan və Çin kosmik sahədə əməkdaşlıq edəcək
10:35 23.04.2025
Pekində Azərbaycan-Çin sənədləri imzalanıb
10:30 23.04.2025
"Azərbaycanla münasibətlərimiz keyfiyyətcə yeni səviyyədədir"
10:29 23.04.2025
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları bəlli olub
10:22 23.04.2025
Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub
10:16 23.04.2025
Prezident İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub
10:12 23.04.2025
Azərbaycanın dayanıqlı turizm təcrübələri beynəlxalq sammitdə təqdim olunub
10:11 23.04.2025
Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub
05:00 23.04.2025
23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı günüdür
01:22 23.04.2025
Türkiyə Böyük Millət Məclisi 105-ci ildönümünü qeyd edir
00:05 23.04.2025
23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür
00:01 23.04.2025
Vaksin Diplomatiyası: Dünyanın Siyasi Landşaftı Necə Dəyişdi?
19:33 22.04.2025
"İstilik təchizatı haqqında" qanun layihəsi parlamentə daxil olub
16:45 22.04.2025
İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
15:53 22.04.2025
Qazaxın azad edilmiş kəndlərində 74,3 ha ərazi minalardan təmizlənib
15:51 22.04.2025
Kolonializmin Süqutu Dünyaya Nə Vəd Edir? I Hissə: Kolonializm süqut edir, yoxsa dəyişir?
13:35 22.04.2025
Serbiyanın milli televiziyasının blokadası davam edir
12:59 22.04.2025
Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı regionlarda maarifləndirmə tədbirləri keçirilib
12:54 22.04.2025
Heykəltəraş Zurab Sereteli Gürcüstanda dəfn ediləcək
12:38 22.04.2025
Bakıda “4-cü İllik SƏTƏMM Konfransı” keçiriləcək
12:25 22.04.2025
Hesablama Palatasının göstəricilərin kəmiyyət və keyfiyyət meyarları üzrə təsnifləşdirilməsi və tamamlaması təklif olunub
12:09 22.04.2025
Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
12:01 22.04.2025
"Azərbaycan və Ermənistan arasında sülhün möhkəmlənməsinə töhfə verməyə hazırıq"
12:00 22.04.2025
Sabah Cəlilabadın bəzi küçələrində qaz olmayacaq
11:55 22.04.2025
Qarsda ermənilərin cinayətləri barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında gənclərin rolu müzakirə edilib
11:47 22.04.2025
Aşıq Ələsgərin vəfatının 100 illik yubileyi UNESCO-nun tədbirlər proqramına daxil edilib
11:40 22.04.2025
Hamısı