Mili Dövlət Konseptinin Azərbaycan Modeli Diplomatiya və Prestij Siyasəti Zamin Axundov yazır...

Ikinci Qarbağ Müharibəsinin Geosiyasi Nəticələri Perspektivlər və Problemlər Fonunda Gələcəyə Baxış

Yazarlar 16:06 24.04.2025

Təqdim olunan məqalədə milli dövlət konseptinin Azərbaycan modeli və onun xarici siyasət strategiyası ənənəvi statistik arqumentlərdən qaçınmaqla, fəlsəfi  kontekstdə təhlil olunur. İkinci Qarabağ Müharibəsində Azərbaycan diplomatiyası və Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətdə milli maraq və geosiyasi balans konseptinə ümumi nəzər salınır. Fikirlərimizi əsaslandırmaq üçün Azərbaycanın xarici siyasət strategiyasında diplomatik dövlət və prestij siyasəti və bu  unikal konseptin praktikada təşkili məsələsinə dair konkret nümunələr gətirilir. Əsas məqsəd milli dövlət konsepti  ilə xarici siyasət və diplomatiya arasında qanunauyğunluğu göstərmək və İkinci Qarabağ müharibəsində xarici siyasət və diplomatiyanın roluna vurğu etməkdir.  Məqalədə Beynəlxalq Münasibətlər Sisteminin xaotik təbiətində milli dövlət və milli maraq kompleksinin daxili və xarici siyasət vasitəsilə təşkili prosesində diplomatiya və prestij siyasəti arasında unikal kombinasiyanın axtarılıb tapılması və bu qanunauyğunluğun fəlsəfi aspektinin müəyyən edilib göstərilməsinə cəhd edilmişdir. 

XXI əsrin qlobal geosiyasi mənzərəsində, hadisələrin  siyasi qərarları üstələdiyi belə bir  mürəkkəb dövrdə milli siyasət institutlarını formalaşdırmaq və bu konteksdə  milli dövlətin  periferiyada, daha geniş mənada isə beynəlxalq sistemdə maraqlarını təmin etmək fövqəladə çətin missiyadır və müvafiq olaraq milli maraq ideologiyası ilə milli dövlət konsepti  prinsipinin siyasi sistemlər vasitəsilə koordinasiya məsələsi  özlüyündə dəqiq strateji planlamalar tələb edir. Müasir dövrün standartları nəzərə alındıqda modern dünyada çox az sayda  dövlət özünün regional və beynəlxalq təhlükəsizliyini yuxarıdakı prinsiplər fonunda təşkil edə bilməkdədir.Xüsusilə milli dövlət konseptinin prinsipləri ilə  geosiyasət arasında  koordinasiyanın təşkili məsələsi daxili qaydada unikal kombinasiya tələb edir və   praktikada uğurlu siyasət  həyata keçirmək üçün xalq və siyasi sistem arasında harmoniya tələb olunur. 

Dövlət quruculuğu prosesinin Azərbaycan modeli,modern dövlət sistemləri ilə müqayisədə özünəməxsus inkişaf yolu keçmişdir. Bu proses ölkənin gələcək siyasi taleyinin nəzərə alınması planında, risk və perspektivlərin düzgün dəyərləndirilməsi şəraitində, həmçinin  geosiyasi balans və milli maraq konseptinin unikal harmoniyası fonunda təşkil edilmiş və bu zaman siyasi və geosiyasi reallıqlar maksimum nəzərə alınmışdır. Xüsusilə xarici siyasət və milli maraq kompleksinin unikal kombinasiyası, regional balans siyasəti və beynəlxalq sistemdə aktiv siyasət strategiyası  qısa bir dövr ərzində Azərbaycanın diplomatik dövlət obrazını formalaşdırmışdır.   Dünyanın ən mürəkkəb regionunda milli dövlət kompleksi ilə  geosiyasi balans siyasətinin təşkili məsələsi, özlüyündə yuxarıdakı ifadənin praktikada təsdiqi mahiyyətindədir. Xüsusilə Beynəlxalq Münasibətlər Sisteminin xaotik mənzərəsi nəzərə alındıqda geosiyasi balans və milli maraq siyasətinin təşkilinin nə dərəcədə çətin missiya olduğu aydın olur.  Çünki çoxqütblü sistemdə milli maraq siyasətinin regional və beynəlxalq səviyyədə  təşkili prosesi fövqəladə mürəkkəb proseslərin nəzərə alınmasını tələb edir və bir çox halda bu siyasət praktikada özünü doğrultmur.

 Ümumiyyətlə, nəzəri konsepsiyalardan fərqli olaraq praktik siyasətdə milli maraq konsepti ilə geosiyasi balans siyasətini uzlaşdırmaq böyük məharət tələb edir. Hansı ki, nəzəri konsepsiyalar bir çox halda realizm nöqteyi-nəzərindən praktik siyasətə adekvat olmur. Məhz bu dramatik reallığın fonunda Cənubi Qafqazda ən böyük iqtisadi və hərbi gücə sahib olan Azərbaycanın  xarici siyasət strategiyası,beynəlxalq arenada  diplomatik çeviklik qabiliyyəti, daxili resurslarla xarici maraqlar arasında unikal kombinasiya strategiyası  və s çoxsaylı amillər kateqoriyası Azərbaycan Respublikasını istisanız olaraq diplomatik dövlət kimi təqdim etməyə imkan verir. Bu bir faktdır ki, Azərbaycan Respublikası üç on illik kimi qısa bir dövr ərzində daxili və xarici siyasət strategiyası arasında unikal harmoniya yarada bilmiş və bunun  nəticəsində regionun ən qüdrətli dövlətinə çevrilmişdir. Azərbaycan sözün əsl mənasında güclü dövlət konseptinin prinsiplərini praktikada həyata keçirə bilmişdir. Bütün bunların fonunda milli dövlət həyatın bütün istiqamətlərində  intensiv iqtisadi-siyasi islahatlar apararaq beynəlxalq aləmdə reputasiyasını artırmış, ölkənin qarşısında duran taleyüklü məsələlərin həlli istiqamətində dəqiq strateji konsepsiyalar işləyib hazırlamışdır. Məhz milli dövlət konseptinin prinsiplərinə uyğun olaraq gələcəyin perspektivləri bu konteksdə dəqiq şəkildə planlaşdırılmışdır. Bu mənada ölkənin siyasi tarixində baş verən tarixi hadisələr, siyasi qərarlar və strateji konsepsiyalar təhlil olunduqda aydın olur ki, İkinci Qarbağ müharibəsində əldə olunmuş nailiyyətlər təsadüfi xarakter daşımır. Bu qələbə  dəqiq və prinsipal siyasətin məntiqi nəticəsi idi.

 İkinci Qarabağ Müharibəsi, Birinci  Qarabağ Müharibəsinin alçaldılmış nəticələrinə  reaksiya fonunda tarixi ədalətin bərpası prosesi idi və  bu müharibə  Vətən Müharibəsi kimi Azərabycan tarixinə qızıl hərflərlə yazılmışdır. Aydındır ki, bu münaqişə tipinə və geosiyasi mənşəyinə görə  postsovet məkanında daha dərin geosiyasi maraqlar nəzərə alınaraq konsepsiyalaşdırılmışdır. XX əsrin əvvələrində Azərbaycanın tarixi torpaqlarında Ermənistan dövlətinin yaradılması və ardınca XX  əsrin sonlarında Birinci Qarabağ Müharibəsi,  onun dramatik nəticələri,Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış ərazilərinin işğalı,  xüsusi geosiyasi plana uyğun olaraq həyata keçirilmişdir. Ümumiyyətlə,  SSRİ -nin dağılması prosesi ilə paralel postsovet məkanında  milli  münaqişə mərkəzlərinin meydana çıxması təsədüfi xarakter daşımırdı. Milli dövlətlərin meydana çıxması ilə paralel  müxtəlif coğrafiyalarda  bu tip etno-münaqişə ocaqlarının yaradılması sadə məntiqlə qəbul edilə bilməzdi.Təəssüf ki,  Birinci Qarabağ Müharibəsi zamanı ölkəni idarə edənlər geosiyai planda bu siyasəti və  onun gələcək dramatik nəticələrini düzgün qiymətləndirməmişdir.Beləliklə, SSRİ nin dağılması prosesi ilə milli dövlətlərin meyadana çıxması  arasında intellektual əlaqə mövcud olsada, postsovet məkanında formalaşdırılmış mövcud münaqişə mərkəzləri yeni geosiyasi mühitdə RF maraqlarına tamamilə uyğun proses idi və bu sonrakı mərhələdə  MDB kimi siyasi təzyiq mexanizmlərinin konsolidasiyasına zəmin yarada bilərdi. Ümumiyyətlə SSRİ nin dağılması ilə paralel Milli Müstəqllik arzularının meydana çıxması digər aspektdən imperiyanın geosiyasi maraqlarına uyğun proses idi. Lakin bütün hallarda SSRİ nin süqutu  qarşısıalınmaz proses idi və Baltikyanı regiondan Orta Asiyaya qədər böyük bir coğrafiyada milli müstəqillik uğrunda tarixi  mübarizə gedirdi. 

Nəticədə Baltikyanı və Mərkəzi Asiyada olduğu kimi, Cənubi Qafqaz xalqları da milli müstəqillik arzuları ilə mübarizəyə qalxdı və özlərinin tarixi  müsəqilliklərini əldə etdi. Lakin SSRİ nin və onun siyasi varisi RF-ın hərbi siyasi rəhbərliyinin birbaşa dəstəyi ilə, erməni millətçiləri yenicə milli  müstəqlliyini əldə etmiş Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. Erməni millətçiləri, Dağlıq Qarabağ və  Qərbi Azərbaycanda azərbaycanlılara etnik təmizləmə siyasəti həyata keçirdi, kütləvi qırğınlara başladı, Qərbi Azərbaycan və Dağlıq Qarabağın əzəli sakinləri,  Azərbaycan türkü əhalisi öz dədə-baba torpaqlarından deportasiya edildi. Daha sonra Ermənistanın hərbi siyasi rəhbərliyi böyük Ermənistan ideyasını reallaşdırmaq üçün, həmin dövrdə Azərbaycanın siyasi həyatında baş verən daxili çəkişmələrdən  istifadə edərək Azərbaycan Respublikasının ərazilərinin 20%-ni işğal etdi. Bununla da, Ermənistanın hərbi siyasi rəhbərliyi,Azərbaycanın daxilində gedən siyasi qarışıqlıqdan istifadə edərək,  elan olunmamış müharibə şəraitində Azərbaycan torpaqlarının işğalını rəsmən başa çatdırdı. Nəticədə Azərbaycanın suveren ərazisində  separatçı bir rejim yaradıldı və Azərbaycan Respublikanın  tarixi torpaqları beynəlxalq hüquq prinsiplərinə istinadən beynəlxalq siyasətin əsas predmetinə çevirildi. Bütün bunlar əsasən ona görə baş vermişdir ki, həmin dövrdə Azərbaycanın daxilində gedən hərbi siyasi çəkişmələr şəaritində dövlətin daxili resursları zəifləmiş və ya tamamilə sıradan çıxmışdır. 

Belə bir şəraitdə Azərbaycanda siyasi hakimiyyətin dəyişməsi tələbi ortaya çıxmış və daha sonra  bu tələb ümumxalq çağırışına çevirlmişdir.Nəticədə Azərbaycanın ümumilli lider Heydər Əliyev xalqın prinsipal tələbi ilə ikinci dəfə ölkəyə rəhbərlik üçün dəvət edilmişdir. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən qısa bir müddət sonra isə 1994 cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs müqaviləsi bağlanmışdır. Atəşkəs  rejiminin yaradılması ilə paralel Milli Dövlət quruculuğu prosesinə start verilmişdir. Tarixçilərin 1994 cü il atəşkəs müqaviləsindən sonrakı mərhələni,Azərbaycan dövlətinin yenidən toparlanması dövrü kimi xarakterizə etməsi heçdə təsadüfi deyil. Çünki, atəşkəs rejimindən sonra sürətlə  dövlət quruculuğu prosesinin əsası qoyulmuşdur.  Bununla da, həyatın bütün istiqamətlərində geniş islahatlara başlanılmış və bu dövr Azərbaycanda dövlət quruculuğu prosesinin  birinci mərhələsi kimi tarixə düşmüşdür. Bu mərhələ həmçinin milli dövlət qurulucuğu prosesinin əsas mərhələsi hesab oluna bilər. Çünki, Azərbaycanda dövlət qurulucuğu prosesi Milli Lider Heydər Əliyevin adı ilə bağlıdır və həmin mürəkkəb dövrdə, dövlət qurlucuğu prosesinin baş müəllifi istisnasız olaraq Milli Lider Heydər Əliyev olmuşdur.   

 Tarixi proseslərin inkişafı nəzərə alındıqda, 30 ildən artıq bir dövr ərzində  Azərbaycan  Respublikası  Heydər Əliyevin Milli Dövlətçilik konsepsiyasının prinsiplərinə uyğun olaraq fövqəladə böyük bir inkişaf yolu keçmişdir. Müasir dövrdə isə, ümumilli lider Heydər Əliyev kursunun prinsipal davamçısı kimi, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə bu siyasi kurs intellektuallaşdırılaraq davam etdirilməkdədir. Xüsusilə Prezident İlham Əliyevin rəhbərliyi altında,  unikal xarici siyasət strategiyası işlənilib hazırlanmış, dövlətin diplomatik immuniteti gücləndirilmiş,milli maraq və xarici siyasət arasında dəqiq prinsiplər müəyyən edilmişdir. Ölkənin iqtisadi- siyasi və hərbi strateji potensialının artırılması yolu ilə müxtəlif geosiyasi platformalarda aktiv diplomatik fəaliyyət strategiyası işlənilib hazırlanmışdır. Azərbaycanın xarici siyasəti prestij mahiyyətindədir. Bu isə millli dövlət konseptinin Azərbaycan modeli kimi xarakterizə oluna bilər. Ümumiləşdirsək,  Azərbaycanın xarici siyasət strategiyası  tam mənada onun diplomatik dövlət obrazını təcəssüm etdirir. Bu mənada diplomatiya və prestij siyasəti İkinci Qarabağ Müharibəsinin pozitiv nəticələrini konsepsiyalaşdıran əsas mühüm amil olaraq meydana çıxır.  

Əsasən böyük dövlətlərin personajına daxil olan prestij siyasəti və diplomatik dövlət obrazı İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycanın xarici siyasət strategiyasında bütün çılpaqlığı ilə özünü göstərmişdir. Bununlada  diplomatiya və prestij siyasəti  xarici siyasətin predmetinə çevrilmiş, geosiyasi balanas və milli maraq ideası arasında intensiv koordinasiya yaradılmışdır. Bu siyasət digər tərəfdən regional müharibə riskini minimuma endirmişdir. Heç şübhəsiz bu diplomatiya  ekolunun yaradılmasında və onun praktik olaraq sistemə transformasiyasında Prezident İlham Əliyevin rolu misilsizdir. Hətta müəyyən mənada bu ekol onun adı ilə bağlıdır. Beləliklə, müasir Azərbaycan dövlətində diplomatiya və prestij siyasi ideologiya kimi mühüm yer tutur.Prezident İlham Əliyevin müəllifi olduğu xarici siyasətdə çoxtərəfli əməkdaşlıq strategiyası və unikal balans siyasəti 2020 ci il yanvar ayında,14cü dəfə Dünya İqtisadi Formu çərçivəsində “  “Strateji baxış; Avrasiya”  mövzusunda keçirilən panel iclasında bütün çılpaqlığı ilə özünü göstərmişdir. Forumda iştirak edən Prezident İlham Əliyev  moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib,bir tərəfdən Rusiya,o biri tərəfdən Çin. Azərbaycanın prezidenti kimi siz birinci növbədə kimə zəng edərdiz-Moskvaya yoxsa Pekinə? Sualına cavab olaraq Prezident İlham Əliyevin “Bakıya” cavabı böyük önəm kəsb edir.[1] Prezident İlham Əliyevin bu cavabı əslində milli maraqların hər şeydən uca tutduluğu faktını sübut edən ən önəmli arqumentdir.  Xarici diplomatların və analitiklərin fikirincə,  İkinci Qarabağ Müaharibəsi zamanı Azərbaycan diplomatiyası regional təhlükəsizliyin qarantı kimi fövqəladə uğurlu olmuşdur.Xüsusilə   Prezident İlham Əliyevin liderliyində İkinci Qarbağ Müharibəsi zamanı, 1.risklər,2. perspektivlər,3. konkret tarixi şərait, düzgün qiymətləndirilmiş,aktiv diplomatiya və  prestij siyasəti konseptual xarakter daşımışdır.

Məhz bu dəqiq strateji planlamalar sayəsində Azərbaycan  İkinci Qarbağ Müharibəsindən zəfərlə ayrılmışdır. Hələ müharibənin ilk günlərində, Ermənistan rəhbərliyinin dünya içtimaiətini aldatmağa çalışan dezinformasiya siyasətinə qarşı, Azərbaycan Prezidenti 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçi şəhərində keçirilən XVI illik iclasının plenar sessiyasında Dağlıq Qarabağın və Azərbaycanın digər 7 rayonunun erməni işğalı altında olduğunu diqqətə çatdıraraq Ermənistanın əsassız ərazi iddialarını tarixi faktlara əsaslanaraq ifşa etdi. Bununla yanaşı, dövlət başçısı dünyaya bəyan etdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır. Eyni zamanda, Prezident İlham Əliyev diqqətə çatdırdı ki, əgər 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur.

Həmçinin  regional təhlükəsizliyin qarantı kimi güclü Azərbaycan reallığını bütün tərəflərə qəbul etdirdi. İkinci Qarbağ Müharibəsi həmçinin geosiyasi transformasiyanın yeni bir modelini, Azərbaycan mərkəzli  yeni regional təhlükəsizlik və əməkdaşlıq modelini yaratdı. Xüsusilə Şərqi Zəngəzur dəhlizini regional və beynəlxalq siyasətin subyektinə çevirərək daha geniş trayektoriyada əməkdaşlıq mühiti üçün geosiyasi platformanın vacibliyini irəli sürdü.Bütün bunlar yuxarıda qeyd olunan prestij siyasəti  və diplomatik dövlət konseptinin prinsiplərinin təşkili şəraitində mümkün olmuşdur. 

İkinci Qarabağ Müharibəsinə qədər, Azərbaycan xarici siyasətində sülh prinsipini rəhbər tutsada, həmçinin münaqişənin həllində müahribə faktoru da diplomatik vasitə kimi nəzərdən keçirirdi. Ölkənin qarşısında duran taleyüklü məsələnin həllində diplomatik resurslar  və prestijli dövlət obrazı Prezident İlham Əliyevin siyasi xəttində əsas prinsip olaraq qalırdı. Aydındır ki, sülh yolu ilə tənzimləmə mümkün olmadıqda müharibə versiyası qaçınılmaz olacaqdı. Prezident İlham Əliyev İkinci Qarabağ Müharibəsindən bir qədər əvvəl açıq şəkildə qeyd etmişdir ki,ATƏT-in Minsk qrupu fəaliyyətsizdir. Misirin geniş oxucu auditoriyasına malik “Almasryalyoum” portalında Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində ATƏT-in Minsk qrupu həmsədrlərinin ünvanına səsləndirdiyi tənqidi fikirlər,münaqişənin beynəlxaq səviyyədə siyasiləşməsinə etiraz olaraq vurğulanmalaıldır. AZƏRTAC xəbər verir ki, portalın xəbərində dövlətimizin başçısının müsahibəsindən aşağıdakı sitat önə çıxarılıb: “Mən demişəm ki, Minsk qrupu heç bir nəticə əldə etməyib. Lakin mən, eyni zamanda, demişəm ki, onların fəaliyyətinə tamamilə göz yuma və onları yalnız tənqid edə bilmərəm. Çünki hazırda masada olan əsas prinsiplər Minsk qrupunun köməyi ilə işlənib hazırlanmış prinsiplərdir. Beləliklə, onlar işlədilər, çalışdılar. Lakin onlar əraziləri boşaltması ilə bağlı Ermənistana təzyiq göstərmək üçün əllərində olan bütün alətlərdən istifadə etmədilər. Bu ölkələrdən hər birinin birtərəfli qaydada Ermənistana təsir etmək üçün kifayət qədər vasitələri var, istər hərbi dəstək olsun, istər siyasi dəstək, iqtisadi dəstək, diaspor dəstəyi və s. Lakin onlar əllərində olan bu alətlərdən istifadə etmədilər, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq özlərinin qəbul etdikləri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında israr etmədilər”.

Göründüyü kimi, Prezident İlham Əliyevin də  qeyd etmişdir ki,  ATƏT-in Minsk qrupunun nəzdində uzun sürən uğursuz diplomatik danışıqlar praktik olaraq münaqişənin sülh yolu ilə həllinə dair ciddi  ümidsizlik yaratmışdır. Belə bir vəziyyət Azərbaycanı qane edə bilməzdi. Azərbaycan güc yolu ilə, hərbi əməliyyatlar vasitəsilə Qarabağ və ətraf 7 rayonun işğaldan azad edilməsi planını masada tutsada, faktiki olaraq sülh siyasətinə son ana qədər sadiq qalmışdır. Geniş planda, regional təhlükəsizlik, konkret olaraq münaqişənin həllindən əhəmiyyətli dərəcədə asılı idi.Həmçinin regionun gələcək perspektivi də münaqişənin həllindən əhəmiyyətli dərəcədə asılı olaraq qalırdı. 

Geniş perspektivdə Azərbaycan tərəfi üçün münaqişənin həlli geosiyasi təhlükəsizlik şəraitində daha böyük perspektivlərə hesablanmış siyasət idi. Daxili qaydada isə bu  tarixi ədalətin bərpası nöqteyi nəzərindən milli dövlət siyasəti idi və Azərbaycanın ərazi bütövlüyünün təmini milli qürur məsələsi kimi gündəlikdə qalmaqda davam edirdi.Konkretləşdirsək, Azərbaycan regional təhlükəsizliyin təşkili məsələsində inteqarsiya və korporativ transformasiya siyasətinə üstünlük verdiyi halda, Ermənistan regional izoliyasiya şəraitində qeyri-təhlükəsizlik mühitində riskləri transformasiya edən tərəf  kimi, müharibə ritorikasından daha çox istifadə edirdi. Paşiniyan hökümətinin Dağlıq Qarabağın statusu ilə bağlı qeyri- ciddi bəyanatı hərbi əməliyyataların qaçınılmaz olduğu gerçəkliyini meydana çıxardı. Xüsusilə regional münaqişə riski də nəzərə alınırdı. Azərbaycan diplomatiyası Türkiyə ilə  paralel olaraq regional münaqişə riskinə qarşı aktiv fəaliyyətə keçəndə, artıq regional münaqişənin neqativ nəticələri müəyyən tərəflər üçün öldürücü olmuşdur. Çünki, hərbi əməliyyatlar zamanı  regiona üçüncü qüvvələrin daxil olması ehtimalı vardı və Azərbaycan üçün bu versiya qətiyyən  qəbul edilməz variant idi.  Lakin  Azərbaycandan fərqli olaraq Ermənistanın xarici siyasətində regional münaqişə riski nəzərə alınmırdı. Paralel müstəvidə Azərbaycan regional balans siyasətini Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əsas siyasi və ya geosiyasi balans xətti kimi əsas götürdüyü halda, Ermənistan tərəfi regional balans siyasətindən tamamilə uzaq idi. 

Beləliklə,  İkinci Qarabağ müharibəsi zamanı, Azərbaycan diplomatiyası, regional təhlükəsizliyin təşkili konteksində fövqəladə uğurlu siyasət həyata keçirə bilmişdir. Azərbaycan diplomatiyası, əsasən  Rusiya Federasiyası, Türkiyə Respublikası və Aİ üçülüyü arasında ünikal balans yaratmaqla  tərəflərin neytral qalmasına və Azərbaycana münasibətdə qeyri-obyektiv davranışlaradan qaçınılmasına müəyyən mənada nail ola bilmişdir.Paralel müstəvidə,  Azərbaycan diplomatiyası erməni lobbisinin aktiv fəaliyyətinə qarşı İkinci Qarabağ Müharibəsində yəhüdi lobbisinin imkanlarından məharətlə istifadə edə bilmişdir. Bu isə iki dövlət arasında olan səmimi dostluq münasibətləri fonunda mümkün olmuşdur. Konkretləşdirsək,  Azərbaycan tərəfi  İkinci Qarabağ Müharibəsində, son ana qədər, Dağlıq Qarabağ münaqişəsinin həllində sülh prinsipinə sadiq qalmışdır. Lakin 2020 ci  27 Sentyabr tarixində, Ermənilərin Dağlıq Qarabağ ərazisindən kənarda Azərbaycana qarşı elan olunmamış geniş çaplı hərbi əməliyyatlara başlamasından sonra, praktik olaraq sülh danışıqları başa çatdı. 

Azərbaycanın preventiv tədbirləri və əks hücum strategiyası çox sürətli və prinsipal xarakterli idi. Bu  frakt əslində Azərbaycanın eksterimal vəziyyətlər üçün əvvəlcədən hərbi-strateji əməliyyat planına sahib olduğunu sübut edir. İkinci məqam ondan ibarət idi ki, Azərbaycan özünün strateji mütəffiqi Türkiyə ilə paralel, strateji tərəfdaşı olan RF ilə intensiv konsultasiya şəraitində, diplomatik balans şəraitində maksimum presinq siyasətini həyata keçirərək, regiona üçüncü qüvvənin, konkretləşdirsək İranın Ermənistana bir başa hərbi dəstək göstərməsini və ya hər hansı formada münaqişəyə cəlb olunması riskinin qarşısını ala bilmişdir. Həmçinin Azərbaycan diplomatiyası Prezident İlham Əliyevin rəhbərliyi altında Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi məsələsini aktiv diplomatiyanın predmetinə çevirmiş, Aİ ölkələrinin enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolunu xatırlatmışdır. Aİ və hətta ittifaqa daxil olmayan ölkələr üçün Ermənistanın regional təhlükəsizliyə yaratdığı riskin fəsadlarını da gündəmə gətirməkdə idi. Bundan əlavə Azərbaycan BMT-nin konkret qətnamələrinə istinadən öz süveren ərazilərində antiterror əməliyyatlarını apardığını qeyd edirdi ki, bu da beynəlxalq hüququn prinsiplərinə uyğun idi. Beynəlxalq hüququn qüvvədə olan prinsipləri nəzərə alındıqda Azərbaycanın maraqlarının nəzərə alınması prinsipcə doğru olmalı idi. Lakin ikili sdandartlar burda da özünü göstərirdi. 

Regional təhlükəsizlik məsələsinə gəlincə. Dağlıq Qarabağda aparılan hərbi əməliyyatlar zamanı Türkiyənin prinsipal mövqeyi son dərəcə təsirli olmuşdur. Bununlada Azərbaycan-Türkiyə strateji mütəffiqliyi  İranı regional səviyyədə balanlaşdıra bilirdi ki, bu da Azərbaycan Türkiyə müsnasibətlərində yeni və daha prinsipal strateji mütəffiqlik məsələsini aktuallaşdırmışdır. Həmçinin Türkiyə ilə birlikdə Azərbaycan hərbi əməliyyatlarla paralel bu münaqişənin həllindən sonrakı mərhələ üçün konkret geosiyasi təhlükəsizlik və əməkdaşlıq platformasını  yaratmağa başlamışdır. Bu geosiyasi əməkdaşlıq platforması Şərqi Zəngəzur dəhlizi məsələsində özünü gösrtərir. 10 noyabr 2020-ci ildə üç ölkənin dövlət başçıları tərəfindən imzalanan bəyənat Zəngəzur Dəhlizinə xüsusi vurğu fonunda Azərbaycan diplomatiyasının geosiyasi perspektiv viziyonu ilə  assosasiya olunurdu.  Bəyanatda 10 noyabr 2020-ci ildə Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edilirdi. Həmçinin,bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir ifadəsi xüsusi qeyd edilmişdir.

Sülh sazişində bu bəndin üç tərəfli razılaşmaya əlavə edilməsi, əslində Azərbaycan dövlətinin və onun prezidenti İlham Əliyevin regional təhlükəsizlik platformasının gələcək perspektivlərinə olan konseptual baxışı idi. Çindən Avropaya uzanan kommunikasiya xətlərinin məhz Şərqi Zəngəzur dəhlizi vasitəsilə qurulması isə daha geniş perspektivdə iqtisadi divident yaradardı.Aydındır ki, regionun gələcək  təhlükəsizliyi  Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə mümkün ola bilərdi. Bu konteksdə müharibə məntiqi nəticəsinə qovuşmalı idi. Regional münaqişə arzusu və yaxud hansısa digər səbəblərdən dolayı bir çox halda müharibənin dərhal dayandırılması və atəşkəs rejiminin bərpası tələb olunurdu. Bu isə Azərbaycanın milli maraqlarına uyğun tələb deyildi. Müharibənin davam etdiyi bir vaxtda, hərbi əməliyyatların dayandırılmasıl ilə bağlı çoxsaylı təzyiqlərə baxmayaraq, Azərbaycan prezidenti qətiyyətli davranmış və təzyiqlərə boyun əyməmişdir.  Prezident İlham Əliyevin münaqişənin həllinə dair  2020 ci il Noyabrın 9 da BBC verdiyi müsahibədə,Jurnalistin siz sona qədər Dağlıq Qarabağın və ətraf yeddi rayonun hər bir qarışı uğrunda savaşmaq niyyətindəsiniz sualına, Prezident İlham Əliyevin cavabı son dərəcə lokal və prinsipal olmuşdur.

 Prezident İlham Əliyev: Bizim mövqeyimiz lap əvvəldən çox aydın idi. Biz hazırıq və hələ də Ermənistan tərəfi işğal olunmuş ərazilərin boşaldılmasına dair üzərinə öhdəlik götürəcəyi təqdirdə istənilən vaxt dayanmağa hazırıq. Mən bunu müharibənin əvvəlindən deyirəm, əgər Ermənistanın baş naziri işğal olunmuş əraziləri boşaldacağına dair ictimaiyyət qarşısında üzərinə öhdəlik götürərsə, biz dayanarıq. Lakin bu vaxtadək artıq 40 gün keçib, onun bunu deməsinə dair heç bir əlamət yoxdur.- Bu, o deməkdir ki, Siz sona qədər döyüşəcəksiniz? Ermənistan işğal olunmuş ərazilərdən qoşunların çıxarılması ilə bağlı üzərinə öhdəlik götürməsə biz sona qədər vuruşacağıq. Hesab edirəm ki, Ermənistan böyük bir səhv edir, çünki lap əvvəldən bizə qulaq assaydılar, müharibə uzun müddət bundan öncə dayanardı və biz artıq danışıqlar masası arxasında olardıq.

Göründüyü kimi, Prezident İlham Əliyev hərbi əməliyyatlara iki mühüm aspektdən və ya perspektivdən baxırdı. Birincisi Azərbaycan BMT-nin qətnamələrini hərbi yolla həyata keçirirdi. Bu onun təbii hüququ idi. İkincisi isə regionun gələcəyinə dair geosiyasi təhlükəsizlik platforamsının yaradılmasının vacibliyini önə sürərək, əməkdaşlıq üçün perspektivlər təklif edirdi. Xüsususilə Avropanın enerji təhlükəsizliyi məsələsində Ermənistanın regional sülhü pozmaq cəhdləri və qeyri-kontsruktiv mövqeyi məsələsi gündəmə gətirilirdi ki, enerji təhlükəsizliyi fonunda  bu reallıq Aİ ölkələri üçün daha önəmli məsələ idi.  Beləlilklə, Dağlıq Qarabağ Müharibəsinin Azərbaycanın  xeyrinə həlli məsələsində hərbi əməliyyatlarla paralel Prezident İlham Əliyevin apardığı diplomatik mübarizə strategiyası  böyük rol oynamışdır.Azərbaycan İkinci Dağlıq Qarabağ münaqişəsinin iki əsas önəmli aspekti, hərbi strateji və diplomatik siyasi aspekti 44 günlük vətən müharibəsi dövründə ünikal kombinasiya kimi vahid bir mərkəzdən idarə olunan və daha çox böyük dövlətlərin personajına daxil olan konseptual xarakterli siyasət idi. 

Bu siyasət nəticəsində Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etmiş və bununla paralel regional təhlükəsizlik üçün potensial riskləri minuma endirmişdir. Hansı ki, İkinci Qarabağ Müharibəsi zamanı regional təhlükəsizlik üçün kifayyət qədər potensial risklər mövcud idi. Bu bir faktdır ki,  qeyd olunan  risk faktorlarının praktik olaraq reallaşması şəraitində  münaqişə regional xarakter ala və bu  regiona üçüncu qüvvələrin daxil olmasına gətirib çıxara bilərdi. Belə bir şəraitdə regional səviyyədə yeni müttəfiqlər və strateji toqquşmalar baş verə bilərdi ki, bu da bütöv bir regionun hərbi əməliyyatlar poliqonuna çevirilməsi ilə nəticələnərdi.  Lakin Azərbaycanın diplomatik manevrləri, balans siyasəti və tarixi şəraiti düzgün qiymətləndirmək bacaracağı ehtimal olunan mənfi tendensiyaların baş verməsinə imkan vermədi. Bütün bunların fonunda nikbin olmaq üçün kifayyət qədər əsaslar olsada risklər hələ də qalmaqdadır.  Müharibə Azərbaycanın xeyrinə həll olunsada sülh müqaviləsinin hələ də bağlanmaması  risk faktorunun nəzərə alınmasını tələb edir. Bu isə gələcəkdə hərbi strateji toqquşmaların baş verə bilmə ehtimalını gündəmdə saxlayır.  Bu yaxınlarda Prezident İlham Əliyev obyektiv gerçəkliyi dəyərləndirərək qeyd etmişdir ki, sülh müqaviləsinin bağlanmaması, gələcəkdə müharibə riskini potensiallaşdırır. Bütün hallarda İkinci Qarabağ Müharibəsinin nəticələri  nisbi təhlükəsizlik şəraitində regional inteqrasiya üçün ciddi əsaslar yaratmışdır. 44 günlük Vətən Müharibəsi  nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Həmçinin regional əməkdaşlığın və  geosiyasi təhlükəsizliyin transformasiyasi üçün real imkanlar yaranmışdır. Xüsusilə qeyd olunmalıdır ki, regional əməkdaşlıq və geosiyasi təhlükəsizlik üçün kifayət qədər əsaslar mövcuddur. 

Beləliklə, mülahizələri lokallaşdırsaq,  Azərbaycanın xarici siyasət strategiyasının mühüm aspekti ondan ibarətdir ki, bu siyasət, milli maraq və geosiyasi balans formatında, 1.uyğunlaşdırma,2.koordinasiya və 3.regional əməkdaşlıq platformasında həyata keçirilir. Bu zaman diplomatiya və prestij siyasətinin ünikal mexanizim kimi təşkili bu siyasətin həyata keçirilməsini təmin edir. Prestij siyasəti, dövlətin müstəqil siyasətini əsasalandırdığı halda diplomatiya bu siyasətin həyata keçirilməsində əsas faktor kimi çıxış edir. Milli dövlət konseptinin üç mühüm aspekti, 1.iqtisadi və siyasi güc parametrinin formalaşdırılması, 2. prestij siyasətinin əsaslandırılması, yəni müstəqil xarici siyasət kursunun praktikada tətbiqi və diplomatik ressursların bu prosesdə təşkili və milli maraq siyasətinin dövlət siyasəti səviyyəsində dərki, kompleks şəkildə bu mexanizmin əsas elementləri kimi çıxış edir.  Bütün bunların fonunda qətiyyətlə demək olar ki, Mili Dövlət Konseptinin Azərbaycan Modeli, Diplomatiya və Prestij Siyasəti  Ikinci Qarabağ Müharibəsinin geosiyasi nəticələrini yaratmış və bu siyasət regional təhlükəsizlik mühitinin formalaşdırılmasında mühüm amilə çevirilmişdir. Bununlada regional münaqişə riski minimuma endirilmiş,üçüncü tərəflərin İkinci Dağlıq Qarabağ Müharibəsinə  müdaxiləsinin qarşısını almış,bununlada  faktiki olaraq regional təhlükəsizlik mühiti yaradılmışdır. Bütün bunların fonunda,  perspektivlər və problemlər fonunda gələcəyə baxış modeli aydın və izah olunan xarakter almışdır.  Bu fakt, hazırda  geosiyasi aktorların regional səviyyədə xarici siyasətinə təsir edən əsas amil kimi qəbul edilir. 

Nəhayət, vətən müharibəsi zamanı Azərbaycan həm öz ərazi bütövlüyünü təmin etmiş, sülh üçün regional səviyyədə potensial imkanlar yaratmış, digər tərəfdən regional münaqişə riskinin qarşısını almışdır. Bütün bunlar milli dövlət konsepti prinsipinin həyata keçirilməsi şəraitində mümkün olmuşdur. Həmçinin Azərbaycan Cənubi Qafqazda regionun təhlükəsizlik mühitində transformasiyası üçün çoxtərəfli əməkdaşlıq və inteqrasiya platformasının müəllifi kimi müxtəlif mexanizmlər və əməkdaşlıq modelləri  ilə çıxış edir. Xüsususilə  Şərqi Zəngəzur dəhlizinin istifadəyə verilməsi şəraitində, regionun iqtisadi siyasi və humanitar inteqrasiyası və davamlı təhlükəsizlik mühitinin yaradılması tam mənada mümkün olardı. Bu dəhlizin açılması ilə  daha geniş mənada  Avropa ilə Asiya arasında yeni  kommunikasiya xətlərinin, enerji dəhlizlərinin istifadəsi mümkün ola bilər. Bu isə regional təhlükəsizlik və inteqrasiya üçün mükəmməl platformadır. 

Ümumiyyətlə Milli Dövlət Konseptinin təhlili zamanı, xarici siyasət və diplomatiya arasında qanunauyğunluq,güclü dövlət konsepti ilə milii maraq kompleksinin uzlaşdırılması məsələləri bu gün aktual mövzu kimi həm  akademik sferada həm də milli siyasi institutlar nəzdində gündəmdədir.Beynəlxalq Münasibətlər Sisteminin xaotik təbiəti nəzərə alındıqda bu sahəyə milli dövlətlər daha çox maraq göstərir. Bu mənada ölkəmizin xarici siyasət strategiyasını intensiv təhlil etmək və nəticələndirmək üçün davamlı işlər görülür. Fikirimizcə bu son dərəcə təbiidir və davam etdirilməlidir. 

“Euronews” telekanalı Azərbaycandakı mina problemindən danışdı

Xəbər xətti

Mili Dövlət Konseptinin Azərbaycan Modeli Diplomatiya və Prestij Siyasəti Zamin Axundov yazır...
16:06 24.04.2025
İran İslam İnqilabı Yaxın Şərqi necə dəyişdi ? I Hissə: İran İslam İnqilabı və Yaxın Şərqin Geopolitik Transformasiyası
14:37 24.04.2025
Kolonializmin Süqutu Dünyaya Nə Vəd Edir? III Hissə: Azərbaycanın Müstəmləkəçilik Təcrübələri
13:15 24.04.2025
Cahangirbəyli kəndi yenidən qurulur
13:00 24.04.2025
Çin Neft Universitetinin nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub
12:54 24.04.2025
İstanbulda 266 afterşok qeydə alınıb
12:52 24.04.2025
Muzey əməkdaşları Sankt-Peterburq şəhərində keçirilən elmi-praktik konfransda iştirak ediblər
12:45 24.04.2025
Çin növbəti kosmik missiyasını orbitə göndərir
12:44 24.04.2025
Bakıda obyektdəki yanğın söndürülüb
12:38 24.04.2025
Vatikanda 9 günlük matəm elan olundu
12:35 24.04.2025
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində tələbələrlə görüşüb
12:32 24.04.2025
“Azərbaycan florasının səhləbkimiləri” kitabı çapdan çıxıb
12:25 24.04.2025
Astanada Qazaxıstan Xalqları Assambleyasının 34-cü sessiyası keçirilir
12:12 24.04.2025
Bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb
12:09 24.04.2025
İran "Hizbullah"ın tərksilah edilməsinə qarışmayacaq
12:06 24.04.2025
İsrailin fövqəladə hallar qrupları meşə yanğınlarını nəzarətə götürüb
12:01 24.04.2025
Hərbi vəzifəlilərə xüsusi təyinatlı hərbi hissədə nəzəri və praktiki məşğələlər keçirilib
11:50 24.04.2025
Pakistan kosmosun sülh şəraitində tədqiqi sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır
11:44 24.04.2025
“Azərkosmos” Kosmik Texnologiyalar Konfransı çərçivəsində 10-dək Anlaşma Memorandumu imzalayacaq
11:21 24.04.2025
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında mübarizə aparacaq
11:21 24.04.2025
“NomadMania” səyyah klubunun üzvləri Füzulidədirlər
11:21 24.04.2025
BSU-da “Suverenlik və Konstitusiya hüquqları” mövzusunda dəyirmi masa keçirilib
11:15 24.04.2025
Fransiskin vəfatı ilə əlaqədar İtaliyanın Bakıdakı səfirliyində başsağlığı kitabı açılıb
11:12 24.04.2025
Türkiyədə “Azərbaycan kino günləri” təşkil olunacaq
10:43 24.04.2025
Kosmik Texnologiyalar Konfransı gələn il Özbəkistanda keçiriləcək
10:23 24.04.2025
Azərbaycan ABŞ-də keçiriləcək regional maliyyə konfransında təmsil olunacaq
10:20 24.04.2025
ILRS Azərbaycan ilə kosmik sahədə əməkdaşlıq imkanlarını genişləndirə bilər
10:20 24.04.2025
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü Xankəndidə keçiriləcək
10:11 24.04.2025
Bişkekdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan konsert təşkil olunub
10:10 24.04.2025
"ABŞ-nin gömrük tariflərinin artırılması Azərbaycan banklarına minimal təsir göstərəcək"
09:45 24.04.2025
Nikol Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib
09:24 24.04.2025
Azərbaycanda aprelin 27-dən mayın 3-dək “İmmunlaşdırma həftəsi” keçiriləcək
09:13 24.04.2025
Azərbaycan Prezidenti İlham Əliyev “Energy China” şirkətinin sədri ilə görüşüb
08:23 24.04.2025
Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir
08:13 24.04.2025
Süni intellekt ağciyər xərçəngini həkimlərdən dörd ay əvvəl aşkarlaya bilib
04:52 24.04.2025
İstanbulda zəlzələ zamanı hündürlükdən tullanaraq xəsarət alan 151 vətəndaşın müalicəsi davam edir
16:45 23.04.2025
Kolonializmin Süqutu Dünyaya Nə Vəd Edir? II Hissə: Çinin Afrika Siyasəti
13:25 23.04.2025
Bakıda leysan yağacaq, şimşək çaxacaq
12:14 23.04.2025
Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü İsrail çempionu olub
12:01 23.04.2025
Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
12:00 23.04.2025
Hamısı