İsrail niyə savaşır? Xanəmir Telmanoğlu yazır...

Yazarlar 14:44 18.06.2025

Ey dili qafil fil faili məchul fani f....
Derlər,
Unudulmuş oxucu,

Anladığıma görə, tarix boyunca insanlığın zəkasını xeyrə və şərə yönəldən baş verən müharibələr insanın ağlına, savadına, bilgisinə görə deyil, spirtual taeliyi ilə rabitə qurmaqla fizikötəsi qoçaqlığını tətikdə saxlamaq üçün inancına görə baş verib. İnanc insanı bütün həyatı boyunca əzəl qaynağındakı hekayəsi və birikimi ilə mayalandırır. Yəni lokal müharibələr geniş anlamda xalqlar arasındakı inanc fərqliliyindən qaynaqlanmışdır. Ümumiyyətlə, insanlığın, bəşəriyyətin inancı qanla yoğrulub. Onun – insanın inancı qanla mayalanmasa, ona istədiyini verə bilməz. Əgər bir inanc özünü böyüdüb qloballaşdırmaq istəyirsə, daha çox qana bulaşmalı, daha çox göz yaşına səbəb olmalı, daha çox fəlakətə yol açmalıdır. Bu cür də demək yerinə düşər ki, insanlığın inancının kökündə bədbəxtlik, daha dərində qaranlıq, lap dərində şər dayanır. Hələ heç bir din yer üzündə özünü qansız -qadasız təsdiqləməyib. Ən azından o dini, inancı yayan peyğəmbərin belə qanını uf demədən axıdıb.

O mənada yer üzü həm də peyğəmbərlərin qanı ilə sulanmışdır. 

Mənim araşdırmalarıma görə, İsrail dövləti də inancına dayanaraq savaşa başlamışdır. 

Derlər,
Unudulmuş oxucu,

Öz ideya və inanclarının qorxunc tilsiminə düşmüş sionistlər gerçək şəkildə “vəd edilmiş torpaqlar”ı istəyir və bu amacla metafizik dözümlü təlimi görmüş fələstinlilərin qanını su yerinə axıtmaqdan qorxmur, çəkinmirlər. Ancaq bundan əvvəl də hz. Süleymanın sarayını, tapınağını, Süleyman məbədini yenidən inşa etmək niyyətindədirlər. Çünki yəhudilərin müqəddəs hesab etdikləri kitabda bu barədə açıq şəkildə yazılmışdır. Milladdan əvvəl 586-cı ildə Süleyman məbədi keçmişdə Əbu Nazar tərfindən işğal olunur, Qüdsü yıxıb yaxır. Daha sonra farsların kralı Böyük Kir Babili işğal edərək yəhudiləri Qüdsə göndərir. Məbəd isə yenidən inşa edilir. İlk inşası miladdan öncə 10-cu yüzildə hz. Musanın çadır tapınağının üzərinə tikilir. İlk inşaatda hz. Süleymanın bu sarayı tikərkən Livan dağlarındakı sidr ağaclarından istifadə etdiyi haqqında yazırlar. Dini baxımdan Netanyahu Livandakı sidr ağacının ardına düşüb. Kimsə bu sionistlərin niyyət və hesabını nəzərə almadan nəyəsə qiymət verib fikir formalaşdırmaqla məşğuldur.

Çağımızda çoxlarının yaddaşından unudulmuş Sidr ağacı haqqında Tövratda, İncildə, Quranda keçən və bu gün günasız qanların axıdılmasına sanki bais olan məqamlar da mövcuddur. Quran-i Kərimdə o qədər öyülməsə də, ancaq digər hər iki kitabda  güc, zənginlik, qüdrət, zəfər, məğrurluq ifadə edən mənaları da vardır. Bu gün o sidr ağacları Livanın şimalında yerləşən Bişeri qəsəbəsində öz mövcudiyyətini qoruyur. Dağlıq bir bölgədə yerləşən qəsəbə dəniz səviyyəsindən 1000 m yüksəklikdədir. Dağlıq ərazidir. Bu yerlərdə ilk gündən bu yana, yəni 1000 illik sidr ağacı meşəliyi vardır. Sionistlər dini baxımdan bu ağaclara, bu ağacların var olduğu ərazilərə daxil olmaq istəyirlər. Məscidi Aksanı Süleyman məbədinin yerində  yenidən inşa etməkdə israrlı görünürlər. İndi Məscidi Aksanın altında guya arxeoloji qazıntı işləri aparırlar. Sonra da məbədin özünün yıxıldığını dünyaya bəyan edəcəklər. Bölgədə əsl savaşın da o zaman başlayacağını kimsə təxmin eləmir. İsrailin, sionistlərin Livanı işğal etməkdə əsl məqsədləri burda haqqında danışdığım o sidr ağaclarını əldə etməkdir. İsrailin bu saatkı hədəfi Livanda şimal qəsəbə olan Bişehri qəsəbəsidir.

Derlər
Unudulmuş oxucu,

Sidr ağacları dövriyyəyə girdiyi zaman, kimsə bilmək istəmir ki, Hizbullah ikinci planda qalacaq. Məncə, sionizmin bütün savaş gedişatlarını dini baxımdan dəyərləndirmək daha doğru olardı. Sözsüz ki, bir daşla iki quş vurmaq kimə sərf etməz ki. Əlbəttə, burda coğrafi, politik, siyasi, geopolitik acıdan müəyyən avantajları da nəzərə almamaq mümkün deyil.

Sidr ağacları ilə Misir fironlarının mumiyalanması, Tanrı Amonun sandığının sidr ağacından düzəldilməsi və yaxud müalicə məqsədi ilə ondan istifadə olunması, (Sidr ağacının digər adı qətran ağacıdır. Boyları 40-60 m. uzunluğunda olur.)  Netanyahunun sionistlərə verdiyi mesajın alt qatında və yaxud pərdə arxasında (Livana girmək məsələsini nəzərdə tuturam) bu gerçəklik dayandığını kimsə unutmasın. Doğrudur, ola bilsin, kiməsə bu deyilənlər komediya kimi görünə bilər. Ancaq nə yazıq ki, bütün fəlakətlərin kökündə komediya kimi baxdığımız bu olay dayanır. 

Bəs yaxşı, əsl məqsəd və uzun vədəli hesab nədən ibarətdir? Doğrudanmı, o boyda nəhəng bir örgüt, sionizm hegemonluğu bu qədərmi düşüncəyə sahibdir? Yəni sidr ağacından və Tövratdan, İncildən başlayan inanc sionistləri hara aparır, hara qaldırır, onlara nə qazandıra bilər? 

Sionistlər dünyanın güc odaqlarını inandırmağa çalışırlar ki, dünyanın azadlıq, özgürlük, hürriyyət və hüzur deyiləsi anlayışları, düzəni, əməli yalnız onlarla gerçəkləşə bilər. Ancaq bu mesaja artıq dünyada inanmaq kimi bir mahiyyət yox səviyyəsindədir. Əgər dini inacla yola çıxan bir güc, o ağacları müqəddəs sayırsa, o ağacı aparıb müqəddəs saydığı daşı torpağı şərəfləndirib daha da əski müqəddəsliyi bərpa etmək istəyirsə, bəs milyonlarla insanın varlığını müqəddəs saymırmı? Bu dünyada sizcə, mütləq hakim güc olan Allah hansı  insanı, uşağı, qadını, gənci, qocanı, hansı müqəddəs elan edilmiş daşdan, torpaqdan, məbəddən müqəddəs, üstün, dəyərli və əziz sayar, hesab edər? Mütləq güc sahibi Ədalət ölçüsünü heç vaxt itirməz. Demək, minlərlə günahsız insanın, dinc sakinin qanına bais olan yəhudilər, sionist yönətim hər iki anlamda, həm bu dünya, həm o dünya mahiyyəti baxımından həqiqət, xeyir, düzgünlük, ədalət ölçüsü ola bilməz və olmaqdan da çıxmışdır. 

Qazanc, sərvət, güc, iqtidar əldə etmək naminə cansız əşyalara müqəddəs anlam təbliğatı yükləyib canlı insanları çıxdaş, yoxdaş eləmək yolunda atılan hər bir addım İblisin oyunundan başqa bir şey deyildir. İnsanlığın, xalqların, mədəniyyətlərin var olduğu yerdə əşyaların müqəddəsləşdirilərək üstə çıxarılması bütpərəslik inancı olaraq birbaşa İblisin hesabında, İblisin səhnəsində, İblisin ayırdığı, təşkil elədiyi meydanda oynamaqdan başqa bir anlam daşımır. 

Dünyada kimlərsə o əşyalara, daşa - torpağa bu qədər inanıb dəyər verərkən, öz həmcinsi olan mədəniyyət sahibi canlıların qanını axıtmaqdan zövq almaq bir yana dursun, onların yox edilməsini üstün bir şərəf və zəfər olaraq alqılaması da adamın varlığını alt-üst edir. 

Nə yazıq ki, 21-ci əsrdə bütbərəsliyin dəyişik şəkli, forması insanlığı yeni bir bədbəxtliklə, qırğınla, fəlakətlə üz-üzə gətirir. 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

“İki sahil” 34 yaşını qeyd edir
19:45 09.07.2025
Zelenski İtaliyaya getdi
19:30 09.07.2025
Borcların geri qaytarılması yoxsa... - Dilemma
19:15 09.07.2025
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib
19:06 09.07.2025
Özbəkistandan gələn ekspedisiya heyəti BAMF-ın qonağı oldu
19:00 09.07.2025
"Sərmayə olmadan davamlı enerji təchizatı mümkün deyil”
18:51 09.07.2025
ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu imzalayıb
18:36 09.07.2025
"Çelsi" klublararası dünya çempionatından nə qədər qazanacaq?
18:22 09.07.2025
Türkiyədə növbədənkənar prezident seçkisi keçirilməyəcək
18:07 09.07.2025
Tayvan tarixində ən böyük hərbi təlimlərə başlayıb
17:51 09.07.2025
Rubionun səsi ilə siyasətçiləri aldatdılar
17:36 09.07.2025
Fransada polis partiya qərargahına basqın edib
17:21 09.07.2025
Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Hamısı