ABŞ prezidenti Donald Tramp Suriyaya hərbi müdaxilə ilə bağlı Pentaqona xüsusi plan hazırlamaq göstərişini verib.
CNBC xəbər verir ki, Prezident həmin planın 1 ay içində hazır olmasını tələb edib.
Donald Tramp, xüsusilə Rakka şəhərinin İŞİD-dən azad olunmasını və orada təhlükəsiz zona yaratmağı düşünür.
Xatırladaq ki, ABŞ prezidenti 2 gün əvvəl Fox News telekanalına müsahibəsi zamanı Suriyaya Amerika hərbçilərinin göndərilməsinin mümkünlüyünə toxunmuşdu.