ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir

Cəmiyyət 22:22 25.04.2024

Aprelin 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində ADNSU-nun “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının 60 illik yubileyinə həsr olunmuş “Makromalekullu birləşmələr texnologiyasının müasir problemləri” mövzusunda ikigünlük Beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb.

Ednews xəbər verir ki, açılış mərasimindən öncə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov və universitetin bir qrup əməkdaşı, o cümlədən qonaqlar Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin, eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad ediblər, məzarı üzərinə gül dəstələri qoyublar.

Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Belarus, Qazaxıstan, Misir, Malayziya və digər ölkələrdən alimlərin qatıldığı konfransın açılış mərasimində Elm və Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Elm və Ali Təhsil üzrə Dövlət Agentlyinin nümayəndələri, millət vəkilləri, ayrı-ayrı ali məktəblərin rektorları, elmi institutların, sənaye müəssisələrinin rəhbərləri iştirak ediblər.

Dövlət Himni səsləndirildikdən və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra “Yüksəkmolekullu birləşmələrin tədqiqinə həsr olunmuş 60 il” adlı sənədli film, tələbələrin təşəbbüsü ilə təşkil olunmuş fleşmob nümayiş olunub.

Sonra açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, konfransın sədri, dosent Vazeh Əskərov qonaqları və iştirakçıları salamlayaraq universitetdə “Yaşıl dünya naminə həmrəylik ili” və “COP29” çərçivəsində bir sıra tədbirlər keçirildiyini qeyd edib. O, ölkəmizdə kimya elmi və sənayesinə mühüm töhfə vermiş “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının 60 illiyinə həsr olunmuş beynəlxalq elmi-texniki konfransa ölkə miqyasında və respublikanın hüdudlarından kənarda böyük marağın göstərilməsindən qürur hissi keçirdiyini bildirib. Dosent Vazeh Əskərov ADNSU-nun strukturuna daxil olan kafedranın zəngin tarixidən danışıb və illər boyu formalaşmış və ənənələri qoruyub saxlayan bir kafedra olduğunu qeyd edib. Bildirib ki, 2023-cü il Ulu Öndər Heydər Əliyev ili adlandırıldığı üçün kafedranın təşəbbüsü ilə ilk dəfə olaraq ADNSU-da 26 may 2023-cü ildə müasir həyatımızın ən önəmli mövzularını əhatə edən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Sağlam qidalanma, reallıqlar, perspektivlər” adlı forum keçirilib. Bugünkü konfrans da “Yaşıl dünya naminə həmrəylik ili” və “COP29” çərçivəsində yüksək səviyyədə həyata keçirilir. Sonda dosent Vazeh Əskərov konfransın işinə uğurlar arzu edib.

Sonra Ekologiya və təbii sərvətlər nazirinin müavini, professor Rauf Hacıyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov, Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Elm və Təhsil Nazirliyi akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, BDU-nun üzvi kimya kafedrasının müdiri, Elm və Təhsil Nazirliyi akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru professor Vaqif Fərzəliyev, Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunun baş direktoru, professor Bəxtiyar Məmmədov çıxış edərək konfransın əhəmiyyətindən danışıblar və konfrans işinə uğurlar arzulayıblar.

Konfransda xarici ölkələrdən gələn qonaqlardan Türkiyə Cümhuriyyətinin Yıldız Texniki Universitetindən dr. Osman Sağdıç, Sakarya Universitetindən Kimya bölməsinin professoru Ahmet Tutar, Misir Delta Elm və Texnologiya Universitetinin prezidenti, prof. Yehia Elmashad geniş təqdimatla çıxış ediblər. ADNSU-nun elmə verdiyi töhfələrdən, yetişdirdiyi kadrlardan xəbərdar olduqlarını bildiriblər.

“Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müdiri, konfransın sədr müavini prof. Fariz Əmirli öz çıxışında iştirak üçün hər kəsə təşəkkürünü bildirib, konfransın işinə uğurlar arzulayıb.

ADNSU-da bölmə iclasları ilə davam edən konfrans aprelin 26-da başa çatacaq. Qeyd edək ki, konfransa 170-dək elmi məqalə və 220-dən artıq tezis təqdim olunub, 24 məqalə “Web of Science” beynəlxalq istinad bazasında indekslənən jurnallarda dərc olunacaq.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı