Cümə axşamı günü İraq paytaxtı Bağdadın cənubunda Mahmudiyyə məhəlləsində Şəəbi bazarı yaxınlığında partlayıcı qurğu işə salınıb. Nəticədə iki sivil yaralanıb.
Əl-Aləm telekanalının məlumatına görə, çərşənbə günü də Bağdadın şimal ətrafında bir bazar yaxınlığında və Bağdadın cənub-Şərqində Diyalə körpüsü yaxınlığında bomba partlayışı nəticəsində iki sivil həlak olub, 11 nəfər də yaralanıb.
BMT-nin İraqdakı xilasedici heyəti bir bəyanatda bildirib: 2017-ci il yanvar ayında təxminən 400 iraqlı həlak olub. 900 nəfər yaralanıb.
BMT-nin İraq üzrə xüsusi nümayəndəsi İan Kobiş deyib: İŞİD terrorçuları yaşayış məhəllələri və bazarlarda terror aktları törətməyə üz tutublar və gündəlik işləri ilə məşğul olan qadınlar, uşaqlar və yaşlı insanları hədəfə alırlar.
BMT-nin İraq üzrə nümayəndəsi bildirib: Bütün bu çətinliklərə baxmayaraq, İŞİD terrorçuları İraq xalqının iradəsini qırmağa və iraqlı qüvvələrin ruhiyyəsini zəiflətməyə dair öz məşum niyyətlərinə çata bilməmişlər.