İraqın paytaxtı Bağdadın mərkəzində yerləşən "yaşıl zona" raket atəşinə məruz qalıb.
Bu barədə "Al Jazeera" telekanalı xəbər yayıb.
Raket atəşi nəticəsində xəsarət alanalar barədə məlumat daxil olmayıb.
"Yaşıl zona" - hökumət qurumlarının, parlamentin, əsas nazirliklərin və əksər xarici nümayəndəliklərin yerləşdiyi və diqqətli qorunan ərazidir.