Yunanıstan-Makedoniya sərhədində qarşıdurma FOTO

Münaqişələr 11:55 10.04.2017
Avropa ölkələrinə sığınacaq ümidiylə üz tutmuş qaçqın və miqrantları döyür, soyundurur, hər şeylərini əllərindən alır, hətta elektroşok da verirlərmiş. Özü də elə həmin Avropa ölkələrinin sərhədində. Bunu «Oxfam» humanitar təşkilatı ötən həftəsonu açıqladığı hesabatında bildirir.
 
Qurum iddia edir ki, sonucda qaçqın və miqrantlar insan qaçaqçılarının əlinə keçir.
 
Ən pis rəftar halları isə Serbiya və Makedoniyada baş verib.
 
SOYUNUB QARIN ÜSTÜNDƏ OTURMAĞA MƏCBUR EDİBLƏR
 
Uşaqlar da olan bir qrupu gecənin şaxtasında Bolqarıstan sərhədində saxlayıblar. Sonra da onlara deyiblər ki, Serbiyadakı qaçqın mərkəzinə aparılırlar.
 
«Oxfam» tədqiqatçıları miqrantlardan eşidiblər ki, xorvat polisi onları lüt soyunmağa və Serbiya sərhədi boyunca geri qayıtmağa məcbur edib. Bir dəstə sərhədçi isə onların dalınca gedərək dəyənəklə döyüb. Bəzilərinin üstünə it buraxıblar.
 
İddialara görə, Macarıstan rəsmiləri miqrantları soyunmağa və qarın üstündə oturmağa məcbur edib, üstlərinə su töküb. Bolqarıstan polisi isə miqrantların üstündə axtarış aparmaqda, hər şeylərini, hətta ayaqqabılarını belə almaqda, sonra onları sərhəddən qaytarmaqda suçlanır.
 
Hesabatda vurğulanır ki, Qərbi Balkan ölkələri marşrutu boyunca qaçqın və miqrantlarla «əndişə yaradan» pis davranış aşkarlanıb. Bu iddialar daha çox Serbiya, Macarıstan, Xorvatiya, Bolqarıstan və Makedoniya sərhədçilərinə qarşı səslənir.
 
ƏFQANLARIN BAŞINA GƏLƏNLƏR
 
Isaaq adlı bir əfqanın danışdıqları tükürpərdicidir. «The Independent» qəzeti onun sitatını dərc edib. «Bolqar polisi bizimlə o qədər qəddarcasına davranırdı ki, bunu ömrümüz boyu unutmarıq –təkcə mən deyil, qardaşlarım da Bolqarıstanda qəddarlıq gördü. Lap əndazəni aşırdılar. Bizi qəfəsə saldılar və üç gün yemək vermədilər. Bizi vəhşicəsinə döyürdülər, hətta elektroşok verirdilər», – əfqan söyləyib.
 
Aarif adlı əfqan isə Xorvatiyaya daxil olarkən yaşadıqlarını nəql edir: «Sərhəddə bizi polis tutdu və bir maşına basaraq kondisioneri işə saldı. Çox soyuq idi. Sonra yorğanları, gödəkcələrimizi çıxararaq bizi Serbiya sərhədində buraxdılar. Mobil telefonlarımızı, pulumuzu almışdılar, bizi o qədər döymüşdülər ki, ayağa qalxa bilmirdik».
 
«Oxfam»ın Cənub Şərqi Avropa üzrə müşaviri Ruth Tanner deyir ki, bu əhvalatlar adamları insan qaçaqçılarının əlinə salır. Onlar sığınacaqdan ötrü hüquqi yollara əl atmaqdansa, insan alverçilərinə üz tuturlar.
 
«TƏHLÜKƏLİ OYUN»
 
«Təhlükəli oyun» adlı hesabat hazırlanarkən 140 nəfərdən müsahibə alınıb və hamısı da sığınacaq prosedurlarına baş vurmaq yolunda rəsmilərin pis rəftarıyla qarşılaşdığını bildirib.
 
Müsahiblərin çoxu Əfqanıstandan imiş. Qalanları Pakistan, Suriya, İraq, İran, Misir və Livandan gəliblər.
 
Həmin 140 nəfərdən 75-i Macarıstan və Serbiyadan çıxarılıb. Bəzilərini müxtəlif ölkələr bir neçə dəfə geri qaytarıb.
 
Miqrantlar və qaçqınlar davamlı olaraq, qeyri-rəsmi və məqsədli şəkildə regionda bir ərazidən digərinə qovulurlar. Hesabat BMT-nin Qaçqınlar üzrə Agentliyinin (UNCHR) bu barədə tapıntılarını dəstəkləyir.
 
«Oxfam» Serbiya, Makedoniya, Xorvatiya, Macarıstan və Bolqarıstan hökumətlərini insan haqları pozuntularına dərhal son qoymağa, miqrant və qaçqınlara qarşı cinayətlərə yol vermiş şəxslərlə bağlı təcili tədbirlər görməyə çağırır. (Azadliq Radiosu)
 
8be65af9-1900-4e43-ae8c-64a7da9bc8b2.jpg (76 KB)
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
20:00 19.05.2024
Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib
19:57 19.05.2024
Yevlaxda ər arvadını öldürərək özünə xəsarət yetirib
19:30 19.05.2024
Latviya Parlamentinin sədri Şuşaya gedib
19:00 19.05.2024
Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlayır
18:40 19.05.2024
İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq
18:20 19.05.2024
Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq
Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq
18:00 19.05.2024
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı
17:40 19.05.2024
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:20 19.05.2024
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
İlon Mask 30 il ərzində Marsda həyat vəd edir
17:00 19.05.2024
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə start veriblər
16:40 19.05.2024
Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb
16:20 19.05.2024
İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
16:00 19.05.2024
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:40 19.05.2024
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Hamısı